Həyatı
18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. S.Bayramov adına Ağdam 1 nömrəli orta məktəbi 1969-cu ildə, V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini 1973-cü ildə bitirib.
“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub.
1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk ki¬tabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabları çap edilib.
2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub.
2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.
2012-ci ildə Amerikada ingiliscə çap olunan “Müasir Azərbaycan nəsr antologiyası” kitabında 4 hekayəsi gedib.
Orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat kitablarında hekayələri tədris olunur.
2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub.
2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub, 1-ci yer.
Əsərləri rus, türk, ingilis, gürcü, qırğız, krımtatar və s. dillərə tərcüm edilib.
Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdü.
Shahbulaq.az müstəqil ədəbiyyat portalının təsisçisidi.
Tarix: 23.01.2015 / 16:50 Müəllif: Feriska Baxılıb: 206 Bölmə: Azərbaycanın müharibələri