Soltanpud yaşayış yeri — Ağdam rayonu ərazisındə Xaçınçayın sağ sahilində qədim yaşayış yeri. Bura yan-yana düzülmüş müxtəlif ölçüdə və formada olan üç təpədən ibarətdir. Üçüncü təpə Soltanpud təpəsidir. Nəhəng ehram kimi ucalan bu təpə əkinçı-maldar icmalara məxsus nadir qədim yaşayış yerlərindən biridir. Bu təpə haqqında müxtəlif əfsanələr, rəvayətlər mövcuddur.
Bəzi tədqiqatçılar Sultanpud təpəsini e.ə VII əsrdə Qara dəniz çöllərindən Şərq ölkələri üzərinə axan saysız-hesabsız köçəri skiflərə məxsus qəbir abidəsi-kurqan, yerli əhali isə Sultan bəyin tapşırığı ilə düzəldilmış təpə hesab etmişdir. Təpənin hündürlüyü 60-70, şimaldan-cənuba diametri 300, şərqdən-qərbə diametri 200 metrdir. Təpə uzunsov-oval formada olub geniş bir ərazini tutur. Abidəni şərq tərəfdən böyük meşəliklər əhatə edir. Şimal hissədə əkinçılik üçün yararlı geniş sahələr yerləşır. Yaşayış yerinin cənubunda və qərbində İmanqulubəyli kəndi yerləşir.
İlk tədqiqatlar göstərir ki, təpə qəbir abidəsi-kurqan deyildir. O bir neçə minillik uzun bir dovrü əhatə edən çox təbəqəli qədim yaşayış yerinin qalığıdır və öz mədəni təbəqələrinin sayına və qalığına görə Azərbaycanda nadir maddi mədəniyyət abidələrindən biridir. Güman etmək olar ki, təpədə ilk dəfə yaşayiş eramizdan əvvəl V-IV minilliklərdə - mis dövründə olmuşdur. Ermızdan əvvəl III minillikdə təpənin qədim sakinləri tarixi inkişafın tunc mərhələsinə qədəm qoymuş, təsərrüfatda böyuk uğurlar qazanmışlar. Bu dövrdə toxa əkinçiliyindən xış əkinçiliyinə keçilməsi, mal-qaradan qoşqu qüvvəsi kimi istifadə edilməsi, şübhəsiz ki, əkinçiliyin inkişafını sürətləndirmişdir. Təsadüfi deyildir ki, Soltanpud təpəsindən əldə edilən maddi mədəniyyət nümunələrinin əksəriyyəti məhz qeyd edilən dövrə - tunc dövrünə aiddir. Bu dövrə aid tapıntılar içərisində bir cüt tuncdan düzəldilmiş nəlbəki formalı qab diqqəti daha cox cəlb edir. Qeyd etmək lazımdır ki, bu tapıntı bütün Qafqazda nadir tapıntılardan hesab olunur.Burada əldə edilən saxsı qab qırıqları bə küplər yüksək keyfiyyətə malikdir.Küplərin çoxu boz rəngli və qalın divarlı olub,əldə yaxşı bişirilmişdir.Küplərin üstü çərtmələrlə naxışlanmış və bəzədilmişdir.Məlumdur ki bu cür küplərdən yerli əhali taxıl məhsulları saxlamaq üçün istifadə etmişdir.Küplərin birinin üstündəki bəzək daha zəngindir.
Soltanpud təpəsindən müxtəlif materiallarla yanaşı,çoxlu miqdarda daşdan hazırlanmış əmək alətləri tapılmışdır.Şüpəsiz bu alətlərin böyük qismi oturaq həyatla bağli olan qədim əkiçilik təsərrüfatında istifadə olunmuşdur.Bunlara oraq,daş toxalar,vəllər,dən daşları və s.daxildir
Soltanpud təpəsindən əldə edilən maddi mədəniyyət nümunələri içərisində küpələr və camlar xüsusi maraq doğurur.Bu nümunələrin xeyli hissəsi boz rənglidir,qırmızı rəngli nümunələr də az deyildir.Küpələr də təsərrüfat küpləri kimi qum qatışıqlı gildən hazırlanmışdır.Küplərin çoxunun lentşəkilli qulpları var.
Ilk tunc dövrü yaşayış yerlərinin xüsusiyyəti haqqında danışarkən göstərmək lazımdır ki bu dövrə aid qədim yaşayış yerləri iki və daha çox təpə ilə təmsil olunur.Bu vəziyyət Zaqafqaziya,Şimali Qafqaz abidələrində və Azərbayçanda Baba Dərviş abidəsində (ilk dəfə) izlənilmişdir.
Axtarış zamanı Xaçınçayın sahilindəki təpələrin üçündən də eyni dövrə-tunc dövrünə aid müxtəlif maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır .
Neçə-neçə min illər bundan əvvəl ulu babalarımız ələri ilə kobud daşlardan hazırlanmış şum və biçin alətləri,mis və tunc əşyalar ,gildən düzəldilmiş müxtəlif ölçülü küplər və qablar böyük bir kitabənin pozulmaz sətirlərinə çevrilmişdir.
Tarix: 24.01.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanın müharibələri