Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fazil Mehdiyev - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Ağdam rayonunun "Qarağacı" qəbristanlığında dəfn edilib.

Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.


Tarix: 24.01.2015 / 16:30 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanın müharibələri‎
loading...