Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Babayev (III)

Tofiq Babayev — Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin sabiq müavini, general-mayor.

Həyatı
Babayev Tofiq Behbud oğlu 1949-cu il iyunun 9-da Ağdam rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmişdir. Bir müddət fizika müəllimi, komsomol və partiya komitələrində məsul vəzifələrdə işləyib.

Tofiq Babayev 30 ilə qədər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. General-mayor Tofiq Babayev Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır.

General İstanbula müalicə olunmağa getmiş, 9 sentyabr 2012-ci ildə İstanbulda xəstəxanada vəfat etmişdir


Tarix: 23.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanın müharibələri‎
loading...