Həyatı
Tamaşa Rüstəm qızı Əliyeva 1921-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuşdur. Yetkinlik yaşından sonra zəhmətsevərliyi sayəsində kənd təsərrüfatı sahəsində yüksək naliyyətlər əldə etmiş onun əməyi yüksək qiymətləndirilmiş Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adına layiq görülmüşdür, pambıq üstası adı verilmişdir. O Lenin ordeni, bir çox orden və medallarla təltif olunmuş, SSRİ Ali Sovetinin və Azərbaycan SSRİ Ali Sovetinə dəfələrlə deputat seçilmişdir.
Tamaşa Əliyeva rayonun bir cox təsərrüfatlarında kolxoz sədri işləmiş, rayon partiya komitəstnin büro üzvü olmuş,Ölkəmizi mötəbər məclislərdə layiqincə təmsil etmiş,SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, SSRİ Plan büdcə komissiyasının üzvü olmuşdur. Onun adına çoxlu oçerklər, hekayələr yazılmış, Teymur Elçinin sözlərinə Əşrəf Abbasovun bəstələdiyi "Qarabağın Qızları" mahnısı həmin dövrlərdə dillər əzbəri olmuşdur. Tamaşa Əliyeva Ağdam rayon istehsalat idarəsinin rəisi vəzifəsində çalışmış, ömürünun son dövrlərində rayon icra hakimiyyətinin Üçoğlan ərazi nümayəndəsi vəzifəsində çalışmış, 1998-ci ildə vəfat etmiş, boya-başa çatdığı kəndində dəfn olunmüşdür.
Tarix: 23.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanın müharibələri