Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat tarifleri«Ananas» salatı

İstifadə olunan məmulatlar:
– kartof – 2-3 ədəd orta ölçülü,
– toyuq budu – 1 ədəd (300 – 400)qr,
– ortadan iki hissəyə bölünmüş qoz ləpəsi – 150 qr,
– yumurta – 3 ədəd,
– pendir - 100 qr,
– marine edilmiş xiyar – 4-6 ədəd,
– baş soğan – 1 ədəd ,
– göy soğanının yarpaqları (bəzək üçün),
– mayonez,
– duz,
– istiot.

Hazırlanması
Kartofu yaxşıca yuyub qabiqlı halda bişirin və iri gözlü sürtgəcdən keçirin.
Yumurtanı bərk bişirin və qabığını soyub iri gözlü sürtgəcdən keçirin.

Toyuq budunu tam yumuşaq olana qədər bişirin əti sümükdən ayırıb xirda – xırda doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Xiyarı Ardı »

Salat tarifleriYaşıl soğanlı cəfəri salatı resepti

Tərkibi:
3 ədəd təzə yaşıl soğan
Yarım dəstə cəfəri
2 ədəd pomidor
Yarım limon
1 ç.q narşərab
Bir çimdik duz
2 x.q zeytun yağı

Hazırlanması:
Pomidorların qabıqlarını soyub kub şəklində doğrayın. Cəfəri və təzə yaşıl soğanları təmizləyib bol suda yuduqdan sonra iri-iri doğrayın. Ayrı bir kasanın içində duz, narşərab, limon suyu və zeytunyağını qarışdırın. Doğranan vəsaitləri salat qabına əlavə edib sousu üzərinə gəzdirərək tökün, qarışdırıb servis edin.

Nuş olsun! Ardı »

Salat tarifleriHəsir şlyapa salatı resepti

Tərkibi:
1-2 çuğundur
3 kartof
1 iri yerkökü
100 q pendir
3 yumurta
300 q mal əti
mayonez
xama
2 diş sarımsaq
1,5 st. qoz
nar
cəfəri

Hazırlanması:
Mayonezi xama və əzilmiş sarımsaqla qarışdırın - bu, sousdur, layların arasına çəkiləcək.

Əti, tərəvəzi, yumurtaları suda bişirin.

Lay-lay düzün:

kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq
çuğunduru sürtgəcdən keçirin + mayonezli qarışıq
yerkökünü sürtgəcdən keçirin + mayonezli qarışıq
xırdalanmış qozun bir hissəsi
xırdalanmış ətin yarısı + mayonezli qarışıq

Bundan sonrakı layların diametrini kiçildin:

kartofu sürtgəcdən keçirin + mayonezli qarışıq
xırdalanmış yumurta sarısı
sürtgəcdən keçirilmiş pendir
ətin qalanı
yerkökü

Sonra salatın üstünə mayonezli qarışıq çəkin, yumurta ağını sürtgəcdən keçirib üstünə döşəyin, sous gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş pendir və qoz səpin.

Salatı nar dənələri və cəfəri yarpaqları ilə bəzəyin.

Nuş olsun! Ardı »

Salat tarifleri"Portağal dilimi" salatı

"Portağal dilimi" salatı

İstifadə olunan məmulatlar:

• 250 qr toyuğun sinə əti,
• 1 ədəd soğan,
• 1 ədəd kök,
• 200 qr marine edilmiş şampinyon göbələk,
• 200 qr qaynadilib süzülmüş düyü,
• 4 ədəd bərk bişirilmiş yumurta,
• 100 qr yumuşaq pendir,
• 250 qr mayonez,
• 2 diş sarımsaq,
• duz zövqə görə.

Hazırlanması

Kökü nazik dilimlərlə doğrayın və cox xırda doğranmıç soğanla elə qarışdirin ki, kökün rəngi mümkün qədər qabariq olsun.
Toyuq ətini, göbələyi xırda – xirda doğrayın, sarımsağı sürtgəcdən keçirib pendir ilə qarışdırın.
İçərisi düz olan boşqaba salatı laylarla portağal dilimi şəklində (şəkildəki kimi) düzün və hər layın arasını mayonezləyin: Ardı »

Salat tarifleriHisə verilmiş balıq və çuğundurdan salat

Tərkibi:

Hisə verilmiş balıq-150 q
Kartof- 2 ədəd
Təzə xiyar- 2 ədəd
Baş soğan- 1 ədəd
Şüyüd

Sous üçün:

Xama-100 q
Limon şirəsi-25 q
Bal-10 q
Duz, istiot

Hazırlanması:

1. Kartofla çuğundur suda bişirilir, qabığı soyulur.
2. Balıq, kartof, xiyar, çuğundur doğranılır.
3. Sous üçün: xamaya bal, limon şirəsi, duz və istiot əlavə edilib qarışıdırılır.
4. Doğranılmış ərzaqlara sous və şüyüd əlavə olunur.
5. Hazır salat halqavarı doğranılmış baş soğanla bəzədilir.

Nuş Olsun! Ardı »

Salat tarifleriDüşbərəli gülkələm salatı

Düşbərəli gülkələm salatı

MATERİAL SİYAHISI:

1 gül kələmi
1 kasa düşbərə
1 pk. Göbələk
1 kasa qarğıdalı
3 köz qırmızı istiot
1 kasa qatıq
1 dəstə cəfəri
1 diş sarımsaq
Zeytun yağı
Duz

İÇİ:

Gül kələmi çiçəklərinə ayırırıq və qaynar suya qoyub 5 dəqiqə qaynadırıq. Göbələkləri kub doğrayırıq. Tavaya duru yağ tökürük və göbələkləri qovururuq. Göbələklər bişəndə altını bağlayırıq. Düşbərəni qaynadırıq və süzüb soyuduruq.

Qarışdırma qabına göbələyi, düşbərə, doğranmış köz biberi və cəfəri, qarğıdalı əlavə edirik. Brokkoli, bir az daha incə bölərək əlavə edirik. Zeytun yağını və duzunu tökürük, qarışdırırıq. Qatığın içinə sarımsağı rəndələyib çalırıq və salatının üstünə tökərək servis Ardı »

Salat tarifleriKahılı buğda salatı

Kahılı buğda salatı

MATERİAL SİYAHISI:

1 kahı
1 çimdik roka
1 su b. Pörtmüş buğda
1 kasa çuğundur turşusu
Gilas pomidor

SOSU ÜÇÜN:

1 kasa süzmə qatıq
Zeytun yağı
Su

İÇİ:

Kahı və roka doğrayırıq. Çuğundur turşusunu kub doğrayırıq. Hamısını bir boşqaba qoyuruq. Pörtmüş buğda səpirik. Gilas pomidorları ikiyə kəsirik. Süzmə qatığın konsistensiyanı su yüngül açırıq və zeytun yağını töküb qarışdırırıq. Salatının üzərinə bu sousu tökürük. Üzərinə təkrar roka, buğda və gilas pomidor atırıq. Ardı »

Salat tarifleriQat-qat salat resepti

Tərkibi:
350 q kartof
150 q kök
200 q çuğundur
150 q soğan
200 q duzlu xiyar
200 q alma
3 ədəd yumurta
Mayonez
Duz

Hazırlanması:
Əvvəlcə yerkökü və kartofu bişiririk.
Çuğunduru da ayrı qabda bişiririk.
Soğan xırda doğranılır.
Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. Sonra suyunu süzün və soyuq su ilə yaxalayin ki, soyusun.
Kök də sürtkəcin xırda gözündən keçirilir.
Kartof da sürtkəcin xırda gözündən keçirilir.
Duzlu xiyar xırda doğranılır.
Yumurta sürtkəcin xırda gözündən keçirilir.
Alma da soyulub sürtkəcin xırda gözündən keçirilir.
İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə mayonez çəkirik.

2-ci qat: Kök və mayonez.
3-cü qat: Soğan əlavə olunur.
4-cü qat: Duzlu xiyar və mayonez əlavə olunur.
5-ci qat: Rəndələnmiş yumurta Ardı »