Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat tarifleriDüyülü salat

Düyülü salat

MATERİAL SİYAHISI:

1,5 su b. Düyü
1 qırmızı istiot
1 yerkökü
1 su b. Qarğıdalı
1 limon
1 dəstə şüyüd
1 dəstə cəfəri
Zeytun yağı

İÇİ:

Yerkökünü soyuruq və xırda kub şəklində doğrayıb, qaynadırıq. Düyünü yuyub süzürük və ayrı bir qazanda qaynadırıq. Pörtən düyünü süzərək soyumağa qoyuruq. Qarışdırma qabına soyumuş olan düyü qoyuruq. İçinə pörtmüş yerkökü qoyuruq. Qarğıdalı qoyuruq. Qırmızı bibəri xırda kub şəklində doğrayırıq və əlavə edirik. Şüyüdü və cəfəri nazik doğrayırıq və əlavə edirik. Limonun suyunu sıxırıq Zeytun yağını tökürük və qarışdıraraq xidmət edirik. Ardı »

Salat tarifleriZeytunlu qırma salat

Zeytunlu qırma salat

MATERİAL SİYAHISI:

1 dəstə qarışıq göyərti
1 çimdik roka
1 kasa qara zeytun
1 kasa yaşıl bibərli zeytun
1 kasa gilas pomidor
5 dənə quru pomidor
4 qırmızı turp
200 q hellim pendiri
Balzamik sirkə
Zeytun yağı

İÇİ:

Göyərtiləri əlimizlə qaldırırıq. Zeytun yağı və balzamik sirkə töküb qarışdırırıq. Xidmət qabının əsasına qoyuruq. Qara zeytun, yaşıl zeytun və quru pomidorları incə bir şəkildə doğrayıb qarışdırırıq. Hellim pendirini uzun və incə bir şəkildə doğrayırıq. Yaşıllıqların üzərinə pendirlərini qoyuruq. Ətrafına ikiyə bölünmüş gilas pomidor və incə doğranmış turpları qoyuruq. Zeytun və pomidor qarışığını ən üstünə səpirik. Üzərinə bir az zeytun yağı Ardı »

Salat tarifleriGül kələm Salatı

MATERİAL SİYAHISI:

Yarım gül kələm
1 kasa kornişon turşu
1 kasa misir
2 köz qırmızı istiot
1 dəstə cəfəri
1 limon
Zeytun yağı
Duz

İÇİ:

Gül kələmi çiçəklərinə ayırırıq. Qaynayan suya qoyuruq və 10 dəqiqə qaynadırıq. Qaynar sudan qaldırdığımız kimi soyuq su dolu bir qaba qoyuruq. Süzürük və soyumağa qoyuruq. Qarışdırma qabına gül kələmi alırıq. Üzərinə misiri qoyuruq. Kornişon turşu, köz qırmızı bibəri və cəfəri doğrayıb qarışdırma qabına əlavə edirik. Limon suyunu sıxırıq, zeytun yağı və duz tökərək servis edirik. Ardı »

Salat tarifleriQatıq souslu tərəvəz salatı

Qatıq souslu tərəvəz salatı

MATERİAL SİYAHISI:

3 pörtmüş kartof
1 çiçək gül kələmi
2 köz qırmızı istiot
1 kasa istiotlu zeytun
1 kasa meksika lobyası
1 kasa sütül qarğıdalı
2 xörək qaşığı xardal
Limon
Zeytun yağı

İÇİ:

Qazanda su qaynadırıq və gül kələmi qaynar suya qoyub qaynadırıq. Amma çox uzun müddət bişirmirik, soyuq suya alırıq ki, yaşlını itirməsin. Gül kələmi soyuyanda çiçəklərin ayırırıq. Pörtmüş kartofları və köz bibərləri kub doğrayırıq. Qarışdırma qabına kartofu, köz istiotu, qarğıdalı, meksika lobyasını və dilim-dilim kəsilmiş yaşıl zeytunu qoyub qarışdırırıq.

Boşqaba bu qarışığı tökürük. Üzərində və boşqabın kənarlarına gül kələmi çiçəklərini qoyuruq. Ayrı bir qabda qatqı, Ardı »

Salat tarifleriKöz İstiotlu Kartof Salatı

MATERİAL SİYAHISI:

3 pörtmüş kartof
3 közlenmiş istiot
3 turşu
1 kasa istiotlu zeytun
1 kasa dənə misir
1 kasa çeri pomidor
1 limon
1 dəstə cəfəri
1 çimdik roka
1 ədəd kahı
Zeytun yağı
Limon

İÇİ:

Kartofları kub doğrayırıq. Közlenmiş bibərləri doğrayırıq. Turşu, istiotlu zeytunu və çeri pomidoru doğrayırıq. Cəfəri və roka doğrayırıq. Hamısını bir qarışdırma qabına alırıq. Misiri qoyuruq. Zeytun yağını, tökürük. Lumunu sıxırıq. Hamısını qarışdırırıq. Salatı servis qabına qoyuruq. Kənarlarına kahı yarpaqları qoyaraq xidmət edirik. Ardı »

Salat tarifleriYay salatı resepti

Tərkibi:
Faraş kartof-160 q
təzə xiyar-200 q
pomidor-200 q
göy soğan-150 q
konservləşdirilmiş göy noxud-150 q
yumurta-4 əd
xama-250 q (Xamanı 4 x.q. duru bitki yağı ilə əvəz etmək olar.)
cəfəri-40 q
duz, istiot.

Hazırlanması:
Bişirilib təmizlənmiş kartof, göy soğan və göyərti xırda-xırda doğranır, göy noxud, duru bitki yağı, duz, istiot əlavə edilib qarışdırılır və boşqaba təpəcik şəklində yığılır. Tərtibə salarkən salatı bişmiş yumurta dilimləri, xiyar, pomidor dilimləri və göyərti ilə bəzəmək olar.

Nuş olsun! Ardı »

Salat tarifleriYasəmən salatı ))

Yasəmən salatı
Indi istifadə etdiyimiz üsulla demək olar ki , bütün salatları hazırlamaq olar .Klassik üsul : qatlar hazırlanır və araları mayanezlə doldurulur..
1) Surtgəcdən keçirilmiş kartof
2) Doğranmış baş soğan
3) Hisə verilmiş kolbasa
4) Surtgəcdən keçirilmiş alma 2 ədəd
5) Azacıq qızardılmış və xırdalanmış badam ( qoz, findıq ,araxis və s . istifade etmək olar)
6) bəzəmək üçün yumurta
7) Konservləşdirilmiş ananas
8) Gülün budaqları üçün keşniş və ya cəfəri budaqlarından istifadə etmək olar
Gülləri hazırlamaq üçün yumurtanın ağını surtgəcdən keçirib çay qaşığının içərisinə yerləşdirib azacıq sıxın (bərkidin) və sonsa yaşıl budağın üzərinə çevirin . Güllərin çəhrayı alınması üçün çuğundur Ardı »

Salat tarifleriMeyvə səbəti resepti ))

Bayram süfrələrinizi bəzəyərkən gözəl və qeyri adi bir şeylər etmək istəyirsiniz? Bunun üçün sizlərə meyvələrin süfrəyə verilməsi üçün maraqlı bir ideya təklif etmək istəyirəm.

Tərkibi:
alma
ağ üzüm
qara üzüm
vişnə
çiyələk
diş çöpü

Hazırlanması:
Hər bir səbəti almadan düzldəcəyik. Almanın baş hissəsini yarım barmaq qalınlığıda kəsib çıxarırıq və gül formasında kəsirik. Almanın içini qaşıq vasıtəsilə çixarırıq. Almalar qaralmasın deyə üzərinə limon suyu sıxırıq. Meyvələri almanın içinə yığırıq. Hazırladığımız çiçəyi də diş çöpünün vasıtəsi ilə almanın bir tərəfinə sancırıq.
Budur almadan meyvə səbətlərimiz hazırdır.

Nuş olsun! Ardı »