Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat tarifleriQatıqlı bənövşəyi kələm salatı

Qatıqlı bənövşəyi kələm salatı

MATERİAL SİYAHISI:

1 böyük kasa bənövşəyi kələm turşusu
1 kasa qarğıdalı
3 yerkökü
1 kasa süzmə qatıq
1 dəstə cəfəri
1 dəstə şüyüd
Zeytun yağı
Duz

İÇİ:

Bənövşəyi kələm turşusunu incə nazik doğrayırıq. Süzmə qatıqla qarışdırırıq. Boşqaba qatıqlı kələmi qoyuruq. Kökləri rəndələyirik və tavada az yağda qovururuq. Duzunu atırıq. Cəfəri və şüyüd doğrayırıq.

Qatıqlı kələminin üzərinə yerkökü qovurmasından əlimizlə top top alıb aralı olaraq qoyuruq. Aralarındakı boşluqlara da qarğıdalı qoyuruq. Kənarlara da doğranmış cəfəri və şüyüd qoyuruq. Üzərinə zeytun yağı tökərək servis edirik. Ardı »

Salat tarifleriÇuğundur salatı resepti

Tərkibi:
1-2 ədəd ota boy çuğundur
2 ədəd yerkökü
4 ədəd yumurta
4 ədəd kartof
50 qr qoz ləpəsi
Moyanez
duz

Hazırlanması:
Əvvəlcə yerköku kartof yumurta çuğundur qaynadılır. Pişdikdən sonra soyumaqa qoyulur. Sonra kartof yumurta yerkökü çuğundurun qabikların soyuruk. Sonra kartofu torkadan keçirdib mayanez vurub üzərinə çuğundur qoz ləpəsi səpirik sonra eyni ilə kartof yumurtada edilir moyanez vurulur. Üzərin istəsəniz qoz ləpəsi vəya çuğundur edə bilərsiz.

Nuş olsun! Ardı »

Salat tarifleriBalıqlı sağlıklı salat

Balıqlı sağlıklı salat

MATERİAL SİYAHISI:

1 kasa tunes balığı
1 dəstə quzu qulağı
1 dəstə roka
Kiçik kahı
1 qırmızı istiot
1 kasa istiotlu zeytun
Şüyüd
Yaşıl soğan
Gilas pomidor
Limon
Zeytun yağı

İÇİ:

Quzu qulağını, roka və kahı əlimizlə qırırıq. Qırmızı bibəri təmizləyib doğrayırıq. İstiotlu zeytunu, şüyüdü və yaşıl soğanı doğrayırıq. Gilas pomidorları ikiyə kəsirik. Hamısını qarışdırıb boşqaba alırıq. Üstünə tunes balığını tökürük. Limon sıxırıq.Zeytun yağını tökərək servis edirik. Ardı »

Salat tarifleriRəngli makaron salatı

Rəngli makaron salatı

MATERİAL SİYAHISI:

Yarım paket rəngli makaron
1 kasa göbələk
1 kasa qarğıdalı
1 kasa kornişon turşu
1 kasa qara zeytun
1 kasa yaşıl zeytun
1 ovuc içi qədər təzə nanə
2 köz istiot
1 kasa gilas pomidor
Zeytun yağı
1 limon

İÇİ:

Makaronu qaynadırıq və süzürük. Göbələkləri kub doğrayırıq. Tavaya zeytun yağı tökürük və göbələyi qovururuq .Göbələk suyunu qoyub çəkəndə altını bağlayırıq və soyuduruq. Köz biberi, kornişon turşu, nanə, yaşıl və qara zeytunu doğrayırıq.

Qarışdırma qabına makaron göbələyi və doğranan digər materialları qoyuruq. Qarğıdalını əlavə edirik. Zeytun yağını tökürük, limon suyunu sıxırıq Hamısını qarışdırırıq və boşqaba Ardı »

Salat tarifleriÇiyələkli ispanaq salatı resepti

Həm çəki itirməniz köməkçi olacaq, həm də sizi tox tutacaq bir salat tərifimiz var.

Tərkibi:
Yarım kq çiyələk
Yarım kq körpə ispanaq
1 çay stəkanı badam
1 yemək qaşığı pendir

Sousu üçün:
1 yemək qaşığı alma sirkəsi
1 yemək qaşığı toz şəkər
4 yemək qaşığı zeytun yağı
1 çay qaşığı Worcestershire sous və ya xardal

Hazırlanması:
Sous üçün lazımlı olan bütün vəsaitləri blenderdan keçirin. Zeytun yağını əlavə edərək qarışdırın və soyuducunda təxminən 2 saat saxlayın. Çiyələkləri istədiyiniz kimi doğrayın. Körpə ispanaqları kasaya yerləşdirin. Üzərinə çiyələk və badamları səpin. Sousu salatın üzərinə gəzdirin. Son olaraq üzərinə pendiri də rəndələyib süfrəyə verin.

Nuş olsun! Ardı »

Salat tarifleriKöz bibərli kartof salatı

Köz bibərli kartof salatı

MATERİAL SİYAHISI:

3 pörtmüş kartof
3 közlenmiş istiot
3 turşu
1 kasa istiotlu zeytun
1 kasa dənə qarğıdalı
1 kasa çeri pomidor
1 limon
1 dəstə cəfəri
1 çimdik roka
1 ədəd kahı
Zeytun yağı
Limon

İÇİ:

Kartofları kub doğrayırıq. Közlenmiş bibərləri doğrayırıq. Turşu, istiotlu zeytunu və çeri pomidoru doğrayırıq. Cəfəri və roka doğrayırıq. Hamısını bir qarışdırma qabına alırıq. Qarğıdalını qoyuruq. Zeytun yağını, tökürük. Limonu sıxırıq. Hamısını qarışdırırıq. Salatı servis qabına qoyuruq. Kənarlarına kahı yarpaqları qoyaraq xidmət edirik. Ardı »

Salat tarifleriRəngli əriştəli salat

Rəngli əriştəli salat

MATERİAL SİYAHISI:

2 su b. Çiçək əriştə
1 kasa qarğıdalı
1 dəstə qarışıq göyərti
1 kasa turşu
Çuğundur turşusu suyu
5 dilim vetçina
1 dəstə cəfəri
Limon
Zeytun yağı

İÇİ:

Çiçək əriştə suda qaynadırıq. Duzunu atırıq. Pörtən əriştə də ikiyə bölürük, yarısının üzərinə az çuğundur suyu töküb qarışdırırıq. 5 dəqiqə gözlədirik, əgər çuğundur suyu qalarsa süzürük.

Qarışdırma qabına iki rəngli əriştə qoyuruq. Misiri tökürük. Cəfəri, turşu və vetçina doğrayırıq. Hamısını qarışdırma qabına əlavə edirik. Limonu sıxırıq. zeytun yağını tökürük, qarışdırırıq. Boşqaba qarışıq göyərti qoyuruq, üzərinə salatı tökərək servis edirik. Ardı »

Salat tarifleriBarbunya Salatı

MATERİAL SİYAHISI:

500 q. Barbunya
2 kök
2 qırmızı istiot
1 çay stəkanı misir
1 dəstə cəfəri
1 kasa kornişon turşu
Yarım kəvər
1 limon
Zeytun yağı

İÇİ:

Kökləri soyub küp küp doğrayırıq. Barbunya və kökləri ayrı qazanlarda qaynadırıq.

Pörtən tərəvəzləri süzüb soyumağa qoyuruq. Bu zaman qırmızı istiot, kəvər, cəfəri və turşu istədiyimiz ölçüdə doğrayırıq. Qarışdırma qabına doğranmış materiallarımızı alırıq. Soyuyan səbzələridə əlavə edirik. Zeytun yağı töküb limonu sıxırıq. İstəyə görə bir az da duz qatıb qarışdırırıq. Boşqaba alıb xidmət edirik. Ardı »