Qezeller → " Saqi, kəm eyləmə bir dəm əlimizdən camı " qəzəli
Saqi, kəm eyləmə bir dəm əlimizdən camı,
Meyi-gülfamdən alsın qoy ürəklər kamı.
Qoyma qəm-qüssədə qalsın bu xərabət əhli,
Durma nolar, gətir, ey saqi, meyi-gülfamı.
Saqidən, meydən əgər hardasa söhbət düşsə,
Salır izzətlə bəşər yadə Ömər Xəyyamı.
Mənə bir busə əta etsə o gül ləblərdən,*
Dönəcək gülşənə ömrün bu xəzan əyyamı.
Çatmaz öz kamına hər kim ki, qurub könlündə,
Gəlməsin qüssə, kədər, qəm-deyə istehkamı.
Dönmərik hər nə bəla versə üz eşq içrə bizə
Ey rəqib, vurma dəxi, gəl bu qədər eyhamı.
Hansı məclisdə məqam eylədik, eşq əhli dedi:
“Görmədik eşqdə Yasin kimi bir bədnamı” Ardı »