Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Rifahı naminə xalqın çalışmışıq biz də " qəzəli

Rifahı naminə xalqın çalışmışıq biz də,
Yolunda yanmışıq, az çox alışmışıq biz də.

Bir an da qalmamışıq gendə milli davadan,
Bu xəlqə qaynayıb hər dəm qarışmışıq biz də.

Küsəndə başqaları biz də küsmüşük ondan,
Düşüb bu səhvi başa tez barışmışıq biz də.

Amansız olduğunu yaxşı bilmişik çərxin,
İşıqlı, nurlu sabahçun çalışmışıq biz də.

Bu millətin əzilib haqqı tapdananda susub
Dayanmayıb uca səslə danışmışıq biz də.

Yolunda haqq işinin arxalanmışıq həqqə,
Bir Allahın ətəyindən yapışmışıq biz də.

Vətən, yanırsa vətəndaş vətən olur, Yasin,
Bu cür alışmağa çoxdan alışmışıq biz də. Ardı »

Qezeller" Bu ömrü sürməyim üstündə bir həqarətdir " qəzəli

Müctəssi-müsəmməni-məxbuni-məhzuf (əbtər)
MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün (fə'lün)


Bu ömrü sürməyim üstündə bir həqarətdir,
Səninlə həmfikir olmaq böyük cinayətdir.

İnanmıram nə deyirsənsə artıq, ey dünya,
Bu ağzı bir kərə yandırmışam, kifayətdir.

Qocalmısan daha ondandı heç nə görmürsən,
Bu görməməzlik özü yoxsa bir siyasətdir?.

Sənin bu daş-tərəzindən gözüm su içmir heç,
Əgərçi baş verən hər şey deyir qiyamətdir.

Vur, istəsən məni öldür, inanmaram guya
Kiminsə nəfsi ölüb, eşqi sağ-səlamətdir.

Sınaydı çərxi fələk zalımın bu yollarda,
Onun bu gərdişi əslində bir fəlakətdir.

Qaranlıq olsa da, Yasin, yol ağzı, səbr eylə,
O qurban olduğumun eşqi bir hidayətdir. Ardı »

Qezeller"Bir bax süzülən yaşıma gör qanəmi döndü"

Bir bax süzülən yaşıma gör qanəmi döndü
Nakam vüsalın qisməti hicranəmi döndü.

Qoydum sinəmi eşq oxuna bir nişan olsun
Yaydan atılan sevgi oxun yanəmi döndü.

Sındırdı əlif qəddimi həsrət məni əydi
Sınmış həyatım indidə zindanəmi döndü.

Qəflət məni görcək o gözəl səmtini əydi
Üz tutdu yaşıl çöllərə ceyranəmi döndü.

Hərgah o gözəl afəti mən sadə sanırdım
Tərk etdi mələk xisləti şeytanəmi döndü.

Səndən çalışır hər kəsə bir xoş nəzər alsın
Bir xoş nəzərin xəstəyə dərmanəmi döndü.

Qoydum sapanda??? dərdi atam qoy uzaq olsun
Hərləndi əcəb dərd yenə Salmanəmi döndü. Ardı »

Qezeller"Saxlasın"

Gəl, gəl ey dilbər, səni Allah nəzərdən saxlasın,

Fitnədən, şərdən, xətərdən, dərdi-sərdən saxlasın.


Gözlərim yaşın çəkib ardınca, sahil seyrinə,

Getmə kim, axsın kənar, qeyzin Xəzərdən saxlasın.



Etməsin canın sevən aşıq təmənna ləblərin,

Etməyib vəslin xəyal, cismin şəkərdən saxlasın.



Yoxdu tabım həsrətə, gizlənmə məndən ey pəri,

Taxmasın zənciri sail, dərbədərdən saxlasın.



Kölgəni torpağə yox,gəl sal bu cansız cismimə,

Tozlu yollardan onu, qoy barı hərdən saxlasın.



Olmasın bidar mən tək məst gözlərdən rəqib,

Məst yatsın ömrünü, şərrin bəşərdən saxlasın.



Bizəban, eşq atəşi, sarmış sərasər cismini,

Üzmə əl dərgahdən, şükr et, betərdən saxlasın
Ilqar Bizəban Ardı »

Qezeller" Yaşarır gündə, gülüm, yüz kərə göz dərdindən " qəzəli

Yaşarır gündə, gülüm, yüz kərə göz dərdindən,
Od salır könlümə könlündəki köz dərdindən.

Çox deyib yaxşı sözü yaxşı adamlar, nə qalıb,
Demirəm söz neçə müddətdi ki, söz dərdindən.

Səni vəsf etməyə çatmır gücü, ey gül, bir bax,
Dildə çoxdandı ki, sərgəştədi söz dərdindən.

Yerin əlbəttə cəhənnəmlik olar, ey könlüm,
Getsən aləmdən əgər döndərib üz dərdindən.

Bu qədər dərdini Yasin çəkə bilməz, ey dil,
Yazığın çünki açılmır başı öz dərdindən. Ardı »

QezellerMen işsizem

Pas salıbdır el-qolum, axşam -seher men işsizem
Ger soraq tapsan bir iş tez ver xeber ,men işsizem.

Evde menden başqada heç işlemir qardaş,bacı
Hem qohum-qonşu bekar, hem kend,şeher ,men işsizem.

Bağlanıb bextim kimi ölkemdeki fabrik,zavod
Nede dövletden buna vardır teper, men işsizem.

Mende ey "meclis"deki sentek veten övladıyam
Bir oyansın vicdanın,sal bir nezer ,men işsizem.

Bir zaman da müsteqil olduq sevindim men buna
Söndü qelbimden sevinc,tapdım keder, men işsizem.

Çox bekar gezdim, odur könlümdeki pak fikrime
Hem qumarbaz,narkaman etmiş eser ,men işsizem.

Yoxdusa ölkemde bir iş ,xarice qıldım sefer
Ecnebi dövletlere oldum nöker,men işsizem.

Çoxda ses salma ,danışma ,dinleyen olmaz seni
Aqila, sende menim tek düş geber,men işsizem.
24.04.05 Ardı »

Qezeller" Döşənib gözlərimdə dar küçəniz " qəzəli

Xəfif bəhri

Döşənib gözlərimdə dar küçəniz,
Arzuma oldu bir məzar küçəniz.

Xam xəyallarla döymüşəm o qədər,
Olub artıq cadar-cadar küçəniz.

Gözlərimdən ki, düşdü, indi yaman
Korlanıb güzgü tək hamar küçəniz.

Deyinir bir ümid də öz-özünə,
Kəsib ömrün nə var, nə var küçəniz.

Daha dərdin mənimlə bölmür heç,
Yollarımdan düşüb kənar küçəniz.

Köçür artıq yavaş-yavaş deyəsən
Ürəyimdən qatar-qatar küçəniz.

Düzülüb Yasinin güman yoluna
Belə daş-daş, divar-divar küçəniz. Ardı »

Qezeller"Gətir mənə"

Görsən nə yerdə qəm bəni-adəm,gətir mənə,
Çünki qəm əhliyəm,qəmi-aləm gətir mənə.

Qəmsiz cahanda söylə bir adəmmi ömr edir,
Sən də bu vəchdən kərəm et qəm gətir mənə.

Əhd etmişəm ki,mən qəmi aləmdə çox çəkim,
Bir də məbadə sən bu qəmi kəm gətir mənə.

Artdıqca qəm dəmadəm əcəb qədrim artırır,
Qoy qədrim artıra,qəmi hərdəm gətir mənə.

Yox qəmdən özgə çarəm,özün rəhm qıl,təbib,
Qəmdir bu qəmli könlümə mərhəm gətir mənə.

Müddətdi qəmdən ötrü yamanca darıxmışam,
Qəm intizarı çeşmim edib nəm,gətir mənə.

Qəmdir ucaldan adımı qəmgin Qəvimiyəm,
Qəmlər bu qəddim eyləsə də xəm, gətir mənə. Ardı »