Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QezellerAGLATDI MENI

Sensiz ey gul, deme biganeler aglatdi meni.
Bezi uydurmalar, efsaneler aglatdi meni.

Agladib periwan ede bilmezdi meni,
Zulfune melhem olan waneler aglatdi meni.

Wemitek goz yawim axmazdi qeminden geceler,
Dovru ruyindeki, pervaneler aglatdi meni.

Konlumu gordum ol zufr icre esir oldugunu,
Sanki zencirde divaneler aglatdi meni.

Min xeyal eyler idim gozlerivin wovqi ile,
Yad ederken seni mestaneler aglatdi meni.

Sensiz ey gul, ne mey icdimse gozumden geldi,
Dondu qan rengine peymaneler aglatdi meni.

VAHID alemde teki ewq evi abad olsun,
Her zaman mescidi viraneler aglatdi meni.

IMZA: VUZSAL AGAYEV / 02-04-2011 Ardı »

QezellerQƏZƏL

Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq ,
Aşikar eyləməyincə ürəyim qan olacaq ?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin ,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq ?

Bəs haçan rəhm edəcək bülbülü - biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq ?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var ,
Ayrılıq dərdinə , bilməm necə dərman olacaq ?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm ,
Bilmədim , xatirim eşqində pərişan olacaq .

Sən götürt məscidi zahid , bizə meyxanəni ver ,
Kim bu işdə görək axırda peşiman olacaq ?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül ,
Yarsız yerdə Ardı »

Qezeller" Bu yaşda " qəzəli

Saldın məni, ey gül, dəli sevdayə bu yaşda,
Tən eyləyir aləm məni-rüsvayə bu yaşda.

Eşqin, inan Allaha ki, ey qönçədəhanım,
Döndərdi məni bülbüli-şeydayə bu yaşda.

Yüz dəfə alıb gündə qədəh saqi əlindən,
Qurşandı könül badeyi-səhbayə bu yaşda.

Ar eylədi o heç nə yaxından, nə də yaddan,
Bağlandı könül zülfi-çəlipayə bu yaşda.

Əhvalımı kim gördü təəccüblə soruşdu:
Heç eşq-məhəbbətmi olar, ayə, bu yaşda?

Kamilləşər insan, bu məsəldir, qocalanda,
Düşdüm görəsən bəs niyə xülyayə bu yaşda?

Yasin, elə yaz şerini heç kim deməsin, bax
Sən bir buna, bir yazdığı misraya bu yaşda. Ardı »

Qezeller" Dünya " qəzəli

Bəşərə qalmaqal verir dünya,*
Hər kəsə bir zaval verir dünya.

Oturub çox da gəl xəyal etmə,
Bu ömürdən kam al, verir dünya.

Dəymişin çox verəndə şad olma,
Vaxt olur həm də kal verir dünya.

Özünü dərk edəndə çox gec olur,
İnsana dar macal verir dünya.

Bir ömr keçdi neynədin, Yasin,
Di cavab ver sual verir dünya. Ardı »

Qezeller" Səni, ey tazə hilalım, yetişib mah olasan " qəzəli

Səni, ey tazə hilalım, yetişib mah olasan,
Nədi sevdayi-məhəbət bilib agah olasan.

Göstərib hüsnünü dünyamızı heyran edəsən,
Cümlə aşiqlərə aləmdə nəzərgah olasan.

Yoxdu bir sahibi, can mülkü biyabanə dönüb,
Gələsən sən orada təxt qurub şah olasan.

Nə qədər aşiqi məhv eylədi naz-qəmzə oxu,
Ey könül, kaş ona sən də nişangah olasan.

Qurban olsun demisən Yasini qoy bir telimə,
Daim, ey gül, nə ola böylə xeyirxah olasan. Ardı »

Qezeller" Təngə gəlmiş, könül, aləm sənin əfqanından " qəzəli

Təngə gəlmiş, könül, aləm sənin əfqanından,
Nə şikayət eləyirsən yenə dövranından?

Bəlkə bir gün doğa bəxtin günəşi, həsrətlə
Bax çıxıb can evinin hər səhər eyvanından.

Əsdirir qəm küləyin lənətə gəlmiş dövran,
Sovurur ömrümüz əyyamını xırmanından.

O kərəm sahibinin tut ətəyindən daim,
Üzmə ümmid əlini sevgili cananından.

Naşükür olmaginən, nemətə şükr et, Yasin!
Ruzidir, etmə giley bir dəxi hicranından. Ardı »

Qezeller"Allah ucadır,vəsf ediləndən də böyükdü"

Allah ucadır,vəsf ediləndən də böyükdü,
Hər kim tanımazsa onu dünyadə, dönükdü.

Bir qəlbdə iman əgər olmazsa nə fayda,
İmansız olan qəlbin özü sinədə yükdü.

Qiymət verilir ol üzüyə vardısa qaşı,
İmanı kimin yoxdusa qaşsız bir üzükdü.

Əkdinsə kötüksüz ağacı gözləmə meyvə,
Hər bir ağacı var edən əlbəttə kötükdü.

Imansız əməl sahibi fəxr etməsin əsla,
Dərya üzərində onun əmalı köpükdü.

Firon dilədi tövbə edə olmadı məqbul,
Çünki yetirşərkən əcəli qəddini bükdü.

Hər qəlbi dəğəldən könül,imanmı umursan?
Layiq deyil imanə kimin zatı çürükdü.

İmandır edən hər gecəni nurlu bizimçün,
İmansıza hər nurlu səhər bil ki,sönükdü.

Fikr eylə sirat körpüsü haqqında Qəvimi,
Ol körpü Ardı »

Qezeller"Vermişәm dünya mәtain qarәtә cananә mәn"

Vermişәm dünya mәtain qarәtә cananә mәn,

Olmuşam mәsruru xürrәm, eylәrәm şükranә mәn.



Neylәrәm qәmxanәni, qәm çәkmәyә dünya üçün?

Eylәrәm şükrü sәna ol xaliqi-sübhanә mәn.



Dami-qәmdir bu cahan, meyl eylәmәn ol danәyә,

Görmüşәm tüğyani-Adәm ismini dәr danә mәn.



Yar kuyi mәskәnimdir, istәrәm ol kuyi mәn,

Yarsız meyl etmәnәm ol rövzeyi-rizvanә mәn.



Yari-baqidir mәnә, hәmrahü hәmxabım müdam,

Hәmnişin, hәmsöhbәtәm ol qadirü yәzdanә mәn.



Mәniyi-zatım nümayan, mәndәdir әnvari-hәq,

Dәrgәhi-piri-muğanәm, guşeyi-meyxanә mәn.



Mәndәdir cami-sürahi, xәlvәti-kaşanә hәm,

Cami-Cәmdir, Mәhvәşi, peymanә o, mәstanә mәn, Ardı »