Qezeller → İmadeddinNesimi (hurufilik)
Arif-i La-mekan otuz ikidir
Sahib-i cism-ü can otuz ikidir
Aç könül gözünü ve üzüne bax
Kim yaxîn bî-güman otuz ikidir
Üzün Ümmü'l kitâbın ayətı
Nə sayırsan həmən otuz ikidir
Sidrəttü'l-mantəha anın aksamı
Nə sayarsan ayan otuz ikidir
Vahy ü ilham ya Nəbiyy ü vəlî
Aşikar u nihan otuz ikidir
İndi İsa götürdü şirk ü nifâk
Bil ki sâhib-zamân otuz ikidir
Der Nəsimi ki sûrət ü mə'na
Şərh ilə həm bəyan otuz ikidir Ardı »