Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerDoğum günü hədiyyəsi

Gənc adam bir küçə boyunca irəliləyərkən, ruhunu oxşayan bir qoxuyla diksindi. Payız çoxdan bitmiş, fəsil qışa dönmüşdü. Buna görə də ağaclardan bir qoxu yüksələ bilməzdi. Əlbəttə ki, aylar əvvəl ölən çiçəklərdən də...
Adam, yaddaşının ən dərin künclərindən gələn bir siqnalla, özünü bir anda uşaqlıq illərinə çevirən bu əsintini daha yaxşı hiss edə bilmək üçün, dərin bir nəfəs aldı. Eşitdiyi şey, kiçik ikən top oynadıqları çayırın əzildikcə xoş iy verən reyhanlarını, ya da bacısının gəlinliyinə bənzətdiyi albalı çiçəklərinin qoxusunu xatırlatmasına baxmayaraq, onlardan çox gözəl idi.payız səssizliyində düşündürücü məqamlarGənc adam, özünü bildiyi gündən etibarən bütün mənliyini qucaqlayan, lakin litsey illərində birdən itən o qoxunun Ardı »

Maraqli HekayelerSəndən Nigaranam (3-cü bölüm)

Səndən Nigaranam (3-cü bölüm)

Annanin laghlarina mehel qoymayaraq, hemin axsham Nikle futbol oyununa baxmagha getmishdik. Bizim mektebin komandasi qonshu mektebe qarshi oynayirdi. Duzu, oyun boyunca hec ne basha dushmemishdim, Nik ne qeder oyun qaydalarini mene basha salmagha cehd etse de, basha dushmediyimi gorub o da el cekmishdi. Bir topa gore oyuncularin bir-birini yixmasi, ezmesi mene vehshilik kimi gelirdi. Butun bunlara baxmayaraq, yaxshi eylenmishdik. Oyundan sonra Nik meni oz dostlari ile tanish etmishdi. Nik senior oldugundan (yeni, mektebin son 12-ci sinfinde oxumaq), onun dostlarinin coxunu tanimirdim. Belelikle, danishib gulub gecenin bir yarisi Dairy Queen-e getmish, oficiantin haqli yere narazi baxishlarina sebeb olmushduq. Nikle vaxt kecirmek xoshuma Ardı »

Maraqli HekayelerTofiq Bayram - Qadin Ureyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd Ardı »

Maraqli HekayelerSəbr et, Allahın yardım əli həmişə üzərimizdədir.

Dənizdə batmış gəmidən ancaq bir nəfər xilas olur və o, kiçik bir adaya düşür. ALLAHa dua edir ki, ona yardım etsin. Ancaq günlər keçir və heç kəs ona yardım üçün gəlmir. Nəhayət yorulur və taxtalardan özünə kiçik bir daxma düzəldir. Bütün xilas etdiyi əşyaları ora daşıyır. Bir gün yemək axtarmaq üçün gedir və qayıdan zaman görür ki, daxması alışıb yanır. İçərisində olanların hamısı kül olur. Çox təəssüf ki, hər nəyi vardısa yanıb kül olur. Bu mənzərini görüb çox narahat olur və yerində quruyub qalır. Əllərini göyə qaldırıb fəryad çəkir: “ALLAHım, Sən necə razı oldun ki, mənimlə belə rəftar edəsən?”.
Həmin günün Ardı »

Maraqli HekayelerBağışla...

Bəlkə də, əksəriyyəti üçün bu səhərin başqalarından elə də fərqi yox idi.

Dan yeri yavaş-yavaş söküldükcə ilk nəzərə çarpan qışın insanın iliklərinə qədər işləyən soyuğu və bu soyuğa özünəməxsus gözəllik qatan qarın asta-asta,sanki kimlərəsə acıq verirmiş kimi yağaraq şəhəri bəzəməsi oldu.
Hamını sevindirmirdi təbiətin belə ağ gəlinə bənzəməsi. Bəzilərini “işə necə gedəcəyəm?“ sualı, kimisini “görəsən uşaq özü dərsə gedə biləcəkmi?“ düşüncəsi narahat edirdi. Əslində şaxtalı hava təkcə sakinlərin planlarını dəyişdirməmişdi. Səhərdən hara sığınacaqlarını bilməyən kimsəsiz küçə pişiklərinin məsum baxışları və ya qarda qorxa-qorxa iz qoyan sərçələr öz problemlərini fikirləşən şəhər sakinlərinin gözlərinə belə görünmürdü.
Yuxudan duranda hələ 7:30 zəngini çalırdı saat. Ardı »

Maraqli HekayelerSehirbaz və qoyunlar haqqında pritça

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.

Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə Ardı »

Maraqli HekayelerPadşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi.

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub Ardı »

Maraqli HekayelerHəyata fərqli baxış

Amerikada bir kişi lotodan bir milyon dollar qazanır,avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir.



Adam heç düşünmədən pulunun beş yüz min dollarını ona verir.
Sabahısı gün bu hadisəyə şahid olan biri, kişiyə o pulu verdiyi qadının bir fırıldaqçı olduğunu və onu aldatdığını söyləyir. (adam həqiqətən də aldadılmışdır)
Bu xəbəri eşitdikdən sonra kişi yalnız gülür.
Bu vəziyyətə qarşısındakı insan olduqca təəccüblənir.
-Necə ola bilər,axı qadın səni aldatdı, heç kədərlənmədin?
Kişnin verdiyi cavab maraqlıdır:
-Mənim sevincim sabah öləcək bir qızın olmamasıdır! Ardı »