Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerBir-birindən maraqlı hekayələr

Həyatınıza yön verəcək ibrətli hekayələr.

Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin. Lakin vəzirlərindən biri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökümdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tikmək daha məqsədə uyğundur.
Bu hekayədən götürəcəyimiz ibrət odur ki, əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, bir Ardı »

Maraqli HekayelerSən məni Allahdan istəməyi bilmədin (7-ci bölüm)

Sən məni Allahdan istəməyi bilmədin (7-ci bölüm)

Aliyə oğlunu sakitləşdirə bilmirdi. Uşaq sanki son nəfəsi imiş kimi çığıraraq ağlayırdı. Səsə oyanıb gələn Rəhman kömək etmək istəsə də, heç nə əlindən gəlmirdi. Sona xanım səsə gəlmişdi. Yuxulu və əsəbi səslə Aliyəni danlayırdı.
- Bir uşağa da baxa bilmirsən. Nə oldu, səndən başqa uşaq doğan yoxdu, camaatın uşağı niyə belə ağlamır. Bəlkə qolunu, qılçını çıxarmısan. Sabah açılan kimi sınıqçıya göstərək.
Özünü itirmiş Aliyə bilmirdi nə etsin, nə desin. Rəhman isə sabah həkimə getmək haqqında düşünürdü.
Onlar çox həkimlər gəzdilər, uşağın dərdini bilən omadı. Axırda Rəhman Aliyəni uşaqla birlikdə Rusiyaya aparmaq qərarına gəldi. Bu xəbərdən Sona xanım çox əsəbləşdi. Lakin onlara mane ola bilmədi. Ardı »

Maraqli HekayelerMənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini bağlayanda bitəcək...

Iki qardaş olur. Böyük olanı böyük bir ərazinin sahibi və kəndin ağası idi. O qədər zəngin idi ki, zənginliyi başqa kəndlərdə də dillərdə gəzirdi.
kiçik qardaş isə böyük qardaşının ərazisində qarın toxluğu üçün qar-qış, isti- soyuq demədən işləyirmiş.
Ortalığın istidən yandığı bir yay günü kiçik qardaş yorğunluqdan haldan düşür və bir ağacın kölgəsində yatıb qalır.
Çox keçmir ki, böyük qardaşı qardaşını, ayağındakı böyük ayaqqabılarıyla sərt şəkildə vuraraq:
"Qalx, iş zamanı yatılarmı? İşləməyənə pulsuz çörək yoxdur."- deyərək oyadır.
Qardaşı isə nə olduğunu anlamadan çaşmış gözlərlə qarşısında dayanan böyük qardaşının o heybətli cüssəsi ilə qarşılaşır və: "qardaş niyə oyandırdın məni? Çox gözəl bir yuxu görürdüm. Yuxumda Ardı »

Maraqli HekayelerYeddi qız

Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.

Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.

İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.

Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.

Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.

Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.

Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.

Yeddinci qız isə heç Ardı »

Maraqli HekayelerArtıq gec olanda...!

Bu olay Rusiyada yaşanıb. Şəkildəki körpə sevinclə qaçıb anasna deyib ki, onun dodaq boyasıyla kağizda urək şəkili cəkib və sözü ağzında yarımçıq qalan körpəyə anası zərbələr vuraraq döyüb. Huşunu itirən körpə özünə xəstəxanada gəlib və korpədən uzr istəyən anaya övladının son sözu bu olub: "Ana mən ürəyi çəkdim ki deyəm seni sevirem..."

Heç vaxt uşaqlara əl qaldırmayın. Onlar o qədər müdafiəsiz olurlar ki bunu duyan ilan pələng canavar və s. yırtıcılar belə çox vaxt onlara toxunmurlar! bu bir faktdır.. Ardı »

Maraqli HekayelerMenim ANAM

MENIM ANAM
Savadsizdir
Adini da yaza bilmir
Menim anam
Ancaq mene
Say öyredib
Ay öyredib
Il öyredib
En vacibi dil öyredib
Menim anam
Bu dil ile tanimisam
Hem sevinci
Hem de qemi
Bu dil ile yaratmisam
Her serimi,her negmemi,
Yox men hecem,men yalanam
Kitab kitab sözlerimin
Müellifi menim Anam! Ardı »

Maraqli HekayelerDəst

Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı:«Köhnə qəzetiniz var?» — deyə soruşdu. İşim olduğu üçün əvvəlcə «Yox» demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də cırıq ayaqqabı geyinmişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım.

Onlar buxarının yanında qarınlarını doyurmağa başladılar, mən isə işimi görmək üçün mətbəxə qayıtdım. Ancaq qonaq otağında səssizlik diqqətimi cəlb etdi. Bir anlıq başımı içəri Ardı »

Maraqli HekayelerSona aparan işarələr.

Bir qoca yemir-içmir, böyük çətinliklərə qatlaşaraq pul yığır və ev alır. Evi aldığı ilk gün “Evim mənim sən mənim illərdir çəkdiyim əziyyətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl mənə xəbərdarlıq et ki, ehtiyatımı görə bilim” ,- deyə səslənir. Evdən isə heç səs çıxmır, qocada bunu razılaşmanın ifadəsi kimi anlayır.
Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır. Qoca ora mala ilə sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır. Qoca orayada sement vurur.
Bu minvalla illər keçir bir gün qoca işdən evə gələndə evin dağıldığını görür. Ardı »