Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerYaşlı bənna

Yaşlı bir bənna həyat yoldaşı və ailəsi ilə birlikdə daha azad bir həyat yaşamaq üçün müttəhidinə təqaüdə çıxmaq istədiyini dedi. Müttəhid, bənnanın təqaüdə çıxmasına kədərləndi. Bənnadan sonuncu bir istəyinin olduğunu dedi: «Sonuncu dəfə mənə bir ev tikərsənmi?»

Bənna könülsüz razılaşdı və işə girişdi. İşi tez bitirmək istədi. İşi könülsüz gördüyü üçün tikdiyi son ev bu günə qədər tikdiyi bütün evlərdən keyfiyyətsiz oldu. Özünü həsr etmiş olduğu peşəsinə belə son vermək nə bəxtsizlikdi!… İşini bitirdikdən sonra, varlı sahibkar evə baxmaq üçün gəldi.

— Bu evi sənin indiyə qədərki fəaliyyətinə görə, məndən sənə hədiyyə kimi qəbul et.

Bənna çaşdı. Kaş ki, tikdiyi evin öz Ardı »

Maraqli HekayelerŞarsatan və Zənci uşaq

Balaca zənci bir uşaq şəhərin lunaparkında gəzərkən bir satıcının əlindəki şarları seyr edirdi. Hər rəngdən və hər formada olan şarlar par par parıldayırdı.
Nə oldusa qırmızı bir şar bağlandığı yerdən açılaraq havaya qalxdı. uçdu, uçdu və nəhayət yerdən seçilməyəcək qədər yüksəldikdən sonra gözdən itdi.
Bu mənzərəni seyr etmək üçün toplaşan insan kütləsini görən satıcı daha bir şar buraxmanın yaxşı bir reklam olacağını düşünərək havaya parlaq sarı rəngdə bir şar daha buraxdı. Daha sonra bir dənə də ağ şar buraxdı.
Kiçik zənci uşaq, olduğu yerdən böyük bir heyranlıqla göydə uçan rəngarəng şarlara baxaraq:
"Əmi ...." dedi.
«Görəsən bir də qara rəngdə şar Ardı »

Maraqli HekayelerYaxşılıq yoxdur

Bir qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə çökər və yalvarmağa başlayar: «Ey insan, nə olar mənə yardım et, ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd görüb görmədiyini soruşar, kəndli „görməmişəm“ deyər və ovçular uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu çıxarır.
»Çox təşəkkür edirəm" deyər. Qurd, «Mənə böyük bir Ardı »

Maraqli HekayelerDəvəçi və Filosof

Səhrada avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:

- Onların birinə buğda, digərinə qum doldurdum, -deyə cavab verdi.

Filosof: Ardı »

Maraqli Hekayeler... Can Nene, Bir Nagil De !

Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir Ardı »

Maraqli Hekayelerİnsanı həyatda yaşadan ümiddir...

Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bilidir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı. Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı, dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı. Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: "Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan Ardı »

Maraqli HekayelerGözləmə...

Şən kompaniya-3 oğlan və 3 qız Floridanın qızıl çimərliyinə istirahətə gedirdi. Onları mehriban günəş, isti qum, mavi su və gözəl səfa gözləyirdi. Onlar sevib sevilirdilər. Ətrafdakılara xoş gülüş bəxş edirdilər. İstəyirdilər ki, hamı onlar kimi xoşbəxt, sevincli olsun.
Avtobusda onlarla birlikdə bir gənc oğlan da gedirdi. O kədərli halda sanki nədənsə sıxılırdı. Qızlardan biri onun yanında əyləşdi. Bu gəncin adı Vinqo idi. Vinqo 4 il Nyu-york həbsxanasında olub, indi isə evinə qayıdır. Bu gənc qızı daha da təəccübləndirdi, bəs nə üçün o belə kədərlidir.
- Siz evlisiniz? - qız soruşdu.
Bu suala çox qəribə cavab gəldi
- Bilmirəm...
Qız təəcüblə soruşdu:
- bilmirsiniz?
Vinqo dedi:
- Bilirsiniz mən Ardı »

Maraqli HekayelerYaşanmış hadisə

Evini yenidən dekorasiyaya etdirmək istəyən bir yapon, bunun üçün evinin orta divarını dağıdır. Yapon evlərində adətən iki taxta divar arasında bir boşluq olur. Divarı dağıdarkən, çöldən vurulan bir mismarın ayağına batdığı üçün, orada sıxılıb qalan bir kərtənkələ görər. Həmin adam bunu gördüyündə özünü pis hiss edər və eyni zamanda bu onun marağına səbəb olar.
Fikirləşir ki, bu mismar 10 il əvvəl, ev tikilərkən vurulmuş bir mismardır. Yaxşı, necə olub ki kərtənkələ bu vəziyyətdə heç tərpənmədən 10 il boyunca yaşaya bilib? Qaranlıq bir divar boşluğunda, heç tərpənmədən, 10 il boyunca yaşamaq qeyri-mümkün bir şeydir.
Beləcə, həmin adam işi dayandırar və kərtənkələni bir müddət izləməyə Ardı »