Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerSəndən Nigaranam (4-cü bölüm)

Səndən Nigaranam (4-cü bölüm)

Vanna otaginda buz kisesini ayagima qoyub oturmushdum, yanigin agrisini hiss etmirdim. Hele de qulaqlarimda Rufatin dediyi sozlerdi. Ne qeder bele oturdugumu bilmirem. Birden qapi doyuldu, Keti iceri girdi. Menim halimi gorub meni qucaqladi, "Agritmir ki? Bu da kececek" deyirdi, bilmedim, dizimin, ya ureyimin agrisini nezerde tutur. Umid edirdim ki, ureyimin agrisi kececekdi. Ketiye 'bir shey yoxdur, siz dushun gelirem" dedim, sozleri de avtomatik deyirdim, hele de key kimi idim. Keti inamsizca mene baxib cixdi otaqdan. Shuuralti basha dushurdum ki, Rufat meni aldatmayib, hec vaxt mene yalnish umid vermeyib, mene qarshi sehv hereket etmeyib. Sadece bu iller erzinde men ozumu bu fikre Ardı »

Maraqli HekayelerDəyərli olanın dəyərini sadəcə "usta"sı anlar

Vaxtilə bir müdrik illərcə yanında yetişdirdiyi şagirdinin səviyyəsini öyrənmək istəyər. Onun əlinə çox parlaq və sirrli görünüşə sahib iri bir daş verib: "Oğlum" deyər, "Bunu götür, qarşına çıxan dükanlara göstər, nə qədər pul verdiklərini soruş, ən sonda da zərgərə göstər. Heç kimə satmadan yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə bildir.
Şagird əlindəki ilə ətrafındakı dükanları gəzməyə başlar.
Əvvəlcə bir baqqal dükanına girər və "Bunu neçəyə götürərsiniz?" deyə soruşar.
Baqqal parlaq bir muncuğa bənzətdiyi daşı əlinə alar; o yan-bu yana çevirər;sonra: "Buna bir tək lirə verərəm. Bizim uşaq oynasın" deyər.
Daha bir dükana gedər. O da parlaq bir daşa bənzədib, ancaq bir beş lirə Ardı »

Maraqli HekayelerYetimi sevindir, fəzilət sahibi ol!

“Yetimlə xoş davranmaq, ona qarşı haqsızlıq etməmək Allaha xoş gedər”, — deyiblər. Çünki hər kəs də öz səlahiyyəti altında olan yetim üçün Allah qarşısında hesab verməli olacaq. Cəmiyyət inkişaf etsə də, min il əvvəlki ağrılar bu gün də eyni ağırlığı ilə yaşanmaqdadır. İnsan üçün dəyişməyən duyğular var. Üstəlik, zamanından, məkanından asılı olmayaraq, bu duyğular dəyişmir. Məsələn, gözlədiyinə qovuşan bir insan istər-istəməz sevinir yaxınını itirən bir insan isə istər-istəməz üzülür.
İslam terminologiyasında “yetim” adı həddi-büluğa çatmadan atasını itirmiş uşağa şamil edilir. Yetimlik mövzusu dünən aktual olduğu kimi, bu gün də, aktualdır sabah da öz aktuallığını itirməyəcək. Doğrudur, dövrümüzdə dövlətlər öz yetimlərini himayə etmək Ardı »

Maraqli HekayelerHikmət dolu fikirlər

Bir gün Loğman oğluna “ sənə üç məsləhət vermək istəyirəm” deyir:

— Birincisi, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.

— Ikincisi, çalış dünyanın ən rahat yataqlarında yatasan.

— Üçüncüsü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan.

Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək:

— Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?

Cavabında Loğman buyurur:

— Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb, onların qəlblərində özünə yer tapa bilsən, Ardı »

Maraqli HekayelerFranz Litz və "tələbəsi"

Bir alman gənc qız pianino dərsləri verərək yoxsul ailəsini dolandırmağa çalışırdı. Bu gənc qız hər yerdə yalan söyləyərək məşhur macar bəstəkarı və musiqiçisi Franz Listz-in tələbəsi olduğunu deyirdi.

Bir dəfə Listz konsert vermək üçün yoxsul qızın yaşadığı şəhərə gəlir. Bu zaman gənc musiqiçi yalanının aşkar olunacağını və ailəsinin bir tikə çörəksiz qalacağını anlayır. O gözü yaşlı şəkildə məşhur bəstəkarın yanına gələrək söylədiyi yalanını etiraf edir. Dahi bəstəkar onu diqqətlə dinləyir və qızdan musiqi bacarığını sərgiləməsini xahiş edir. Qız ifa etdikdən sonra bəstəkar onun yol verdiyi səhvləri düzəldir.

— İndi isə mənim əzizim, siz artıq mənim tələbəmsiniz. Elan verərək səhnədə ilk sizin, Ardı »

Maraqli HekayelerMüdrik insan və qadın

Bir dəfə göz yaşları içərisində olan bir qadın qoca müdrikin yanına gəlir.

— Axı mən nə edim — yanağından süzülən göz yaşları arasında o, soruşur:

— Mən həmişə insanlarla xoş davranmaq, onlara qarşı xeyirxah olmağa çalışıram, bacardığım qədər kömək edirəm. Baxmayaraq ki, hamı ilə mehriban və qayğıkeşəm, əksər hallarda minnətdarlıq və hörmət əvəzinə, qismətim haqsızlıq və acı hərəkətlər, küskünlük olur. Mənə qarşı sanki düşmən kəsilirlər. Axı mənim günahım yoxdur. Bu ədalətsizlik məni lap taqətdən salır, göz yaşlarıma hakim ola bilmirəm. Mənə bir çarə qılın.

Müdrik insan ona baxır və üzündə təbəssümlə deyir:
— Başdan ayağa soyun və şəhərdə beləcə çılpaq gəz.

— Siz ağlınızı itirmisiniz, Ardı »

Maraqli HekayelerAna ürəyi

Bir cavan oğlan daşürəkli bir qızı sevmiş və onunla evlənmək istəmişdi. Ancaq qız, qorxunc bir şərt irəli sürərək:
Sənin sevgini ölçmək istəyirəm, dedi. Bunun üçün də itimə yedirmək üzrə mənə ananın ürəyini gətirəcəksən.
Cavan, tüklər ürpərdən bu təklif qarşısında nə edəcəyini çaşmış və uzun bir tərəddüddən sonra hisslərinə məğlub olub anasını öldürməyə qərar vermişdi. Anası, bəlkə də vəziyyəti fərq etdiyi üçün oğuluna çox müqavimət göstərmədi. Və uşaq, anasını öldürərək ürəyini bir dəsmala qoydu. Cavan, qızın istəyini yerinə yetirmiş olmanın həyəcanıyla yolda qaçarkən, ayağı bir daşa ilişdi. Özü bir tərəfə, dəsmal içindəki ürək bir tərəfə atıldı. Canının ağrısından, ağızından istər istəməz" Ah Ardı »

Maraqli HekayelerSən məni Allahdan istəməyi bilmədin (5-ci bölüm)

Sən məni Allahdan istəməyi bilmədin (5-ci bölüm)

Təyyarə hava limanına endi. Sentyabr ayı olmasına baxmayaraq, hava çiskin və buludlu idi. Rəhman təyyarədən düşüb çıxışdakı taksilərə dogru getdi. Taksiyə əyləşib ünvanı sürücüyə bildirdi. Hava limanı şəhərdən o qədər də uzaq deyildi deyə, bir azdan taksi Tanyanın yaşadığı evin qabağında dayandı. Rəhman sürücünün pulunu verib, yuxarı qalxdı. Axşam idi. Saat səkkiz olardı. Rəhman evin qapısının zəngini basdı. İçəridən Ruslanın səsi gəldi. Tanya qapını açdı.Ana- bala Rəhmanı görüb sevindilər. Onun boynuna sarıldılar. Nədən belə gec gəldiyinin səbəbini soruşdu Ruslan:
-Ata, axı mən sənsiz darıxırdım, niyə gəlmirdin? -Rəhman uşağın qabağında özünü suçlu hiss etdi. Ürəyi sancdı,lakin özünü ələ aldı:
-Hə, oğlum bu dəfə bir Ardı »