Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayelerİtirilmiş kişilik (2-ci bölüm)

İtirilmiş kişilik (2-ci bölüm)

Məncə artıq bu şam yeməyi hakda danışmağa ehtiyac yoxdur.

Onlar bir yerdə yaşamağa başladılar.Zöhrə xanım sahib olduğu nə var idisə, hamısını rəsmi şəkildə Anara vermişdi.Artıq Anar, şirkətə motosikletlə gedən adi işçi yox, bahalı maşınlarla gedən müdür idi.
Həyat və zaman dayanmadan gedirdi.Artıq dörd il idi ki onbirlikdə idilər.Bir övladlarıda olmuşdu.Uşaq "daun” sindromu ilə anadan olmuşdu.Axı ağıllı Anar bu yaşda olan bir qadının problemli övlad dünyaya gətirmə ehtimalının böyük olduğunu bilməli idi.Daun sindromlu körpə isə əsas ehtimal olmalı idi.Uşaq böyüdükcə mənsub olduğu sindromun əlamətləri xarici görünüşündə və davranışlarında artırdı.Bu vəziyyət Zöhrə xanımı çox narahat edirdi.Getdikcə o uşaqdan utanırdı sanki.Bəli, məndə utanardım.O körpənin yerində olsam, Ardı »

Maraqli HekayelerBu da keçər

Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş.

Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək, amma qurtara bilməyənin də boynunu vurduracaq.

Kim bu işə girişər? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:

— Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçara ilə düzəltmək mümkündür. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına Ardı »

Maraqli HekayelerKim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…
Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir:
— Sən Ardı »

Maraqli HekayelerPlatonun cavabları

Platondan iki sual soruşmuşlar.

Birincisi: İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları hansılardır?
Platon başlamış saymağa:
— Uşaqlıqda darıxarlar və böyümək üçün tələsərlər. Böyüyərlər və uşaqlıqları üçün darıxarlar... — Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qazanmaq üçün də pul xərcləyərlər... — Sabahdan üçün narahatlıq edərkən bu günü unudarlar. Bu səbəbdən nə bu günü nə də sabahı yaşayarlar... — Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər...

Sıra gəlmiş ikinci suala: Yaxşı, siz nə təklif edirsiniz?
Müdrik cavablandırmış:
— Kiməsə özünüzü «sevdirməyə» çalışmayın! Edilməsi lazım olan tək şey, hər şeyi öz axarına buraxmaqdır... Ardı »

Maraqli HekayelerÇay..

Beş-altı yaşlarında bir oğlan valideynləri ilə meşədə gəzərkən birdən şəffaf sulu çay gördü. O, təmiz sudan içdi, sonra isə əyləncə xatirinə əlinə kiçik budaq alıb çayın suyunu bulandırmağa başladı.

Çayın dibi palçıqlı idi, ona görə də həmin an qum, tökülmüş yarpaqlar və hər cür zir-zibil suyun səthinə qalxdı. Bir az əvvəl dupduru olan çay içmək üçün yararsız oldu. Çayın çirkli suyuna baxmaq oğlanı tezliklə bezdirdi. O, budağı çaya atıb anasının yanına qaçdı.

Bu ərəfədə uca dağların başında başqa bir oğlan da əlində budaq çayda oynayırdı. Onun da könlündən suyu bulandırmaq keçdi. Lakin çayın dibi daşlı olduğundan budaq qırlıdı və oğlan heç Ardı »

Maraqli HekayelerÖvlad gözü,ana ürəyi

Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.
Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. "Badam" dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və Ardı »

Maraqli HekayelerSən nəyə güvənirsən

Böyük övliyalardan olan (8-ci əsr ) Şaqiqi-Bəlxi hər kəsin öz başına çarə axtardığı bir qıtlıq ilində bir varlının köləsinin əl açıb oynamasına şahid olur. Ona yaxınlaşıb soruşur:
-Hər kəs qıtlıqdan, aclıqdan şikayət edərkən sən nəyə güvənirsən?
Kölə cavab verir:
-Hər kəsdən mənə nə? Mənə heç nə olmaz. Ağamın 7-8 kəndi var, hər ehtiyacımız ondan ödənilir.
Bu cavab , elə bil, Şaqiqini qəflətdən oyatdı. Çünki o da qıtlıqdan narahat olmuşdu. Kölənin sözlərindən sonra öz-özünə deyir:" Hey Şaqiqi, özünə gəl! Bu kölə insan olan ağasına bu qədər güvənir, özünü bu qədər rahat hiss edir. Axı sən bütün canlılara ruzi verən Allaha inanır və təvəkkül edirsən. Bu, necə Ardı »

Maraqli HekayelerTəmənnasız borc....

8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqə - sahmana saldım: 2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
...*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 16.50 qəpik

Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
*Səni doqquz ay bətnimdə daşıdım: pulsuz
*Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: pulsuz
*Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
*Hər gecə Ardı »