Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerAzərbaycan kişisi "peysər" olmamaq üçün qadın qohumunun vaginasına nəzarət etməlidirmi?

İndividual və kollektiv məsuliyyət anlayışları var. İndividual məsuliyyət aydındır və doğru olandır. Heç kəs qanunu pozmamalıdır. Ancaq kollektiv məsuliyyət bütün ədalət formalarından məhrumdur. Bu ən geridəqalmış, totalitar və avtoritar sistemlərdə tətbiq olunur.



Kollektiv məsuliyyət nə deməkdir? Sadə dillə desək, cinayət yerinə yaxın olan və ya cinayətkarla qohumluq əlaqəsi olan hər kəs onun etdiyi cinayətə görə məsuliyyət daşıyır. Qısası, əgər hansısa küçədə qətl hadisəsi baş veribsə, bu qətlə heç bir aidiyyatı olmayan küçənin bütün sakinləri məsuliyyətə cəlb olunmalıdırlar.

Azərbaycanda seksual münasibətlər sahəsində belə kollektiv məsuliyyət forması mövcuddur. Belə bir murdar və iyrənc sistem hər bir kəsin ləyaqətini alçalda bilir. "Peysər" anlayışı Ardı »

Maraqli HekayelerÖlü uzunqulaq

Bir varlı insan qoca bir kəndlidən 100 dollara bir uzunqulaq alır. Kəndli uzunqulağı ona növbəti gün gətirməli idi. Kəndli danışılmış vaxtda gəlir, amma yanında uzunqulaq olmur. O deyir:

— Bağışlayın, amma uzunqulaq keçindi.

— Onda, mənim pullarımı özümə qaytarın, 100 dollarımı geri verin!

— Verə bilmərəm, axı onları artıq xərcləmişəm.

— Yaxşı, onda uzunqulağı mənə gətirin.

— Siz onunla nə edəcəksiniz ki? — qoca kəndli soruşur.

— Mən onu lotereyada oynayacağam.

— Axı, siz ölü uzunqulağı lotereyada oynaya bilməzsiniz.

— İnanın ki, bunu edə bilərəm. Sadəcə, onun ölü olmasını heç kəsə demək lazım deyil.

Hadisədən bir ay sonra, həmin kəndli yenə bu varlı insana rast gəlir.

— Həmin ölü uzunqulağın Ardı »

Maraqli HekayelerSənə izah edə bilmədiyim duyğularım (6-cı bölüm FİNAL)

Sənə izah edə bilmədiyim duyğularım (6-cı bölüm FİNAL)

1 həftə tamamlanmaq üzrə idi. Bu müddət ərzində Fəxrəddin "Eleonora”ya unudulmaz gecələr bəxş etmişdi. Şəhərə gəzintiyə çıxmışdılar. Kafedə əyləşib yemək yemişdilər. Fəxrəddinin əl işlərinə tamaşa edən "Eleonora” həmişə emalatxanadakı gənc qızın baxışları ilə qarşı-qarşıya gəlirdi. Fəridin söz yardımı ilə Fəxrəddin taxta üzrə nişanlama əməliyyatını bitirmişdi. Onu "Eleonora”nın əllərinə verdi. Gözlərinə inanmaqda zorlandı. Mina partlamasından görmə qabiliyyətini əbədi itirən Fəxrəddin təkcə qadınlar sahəsində təcrübəli deyilmiş. Taxta materialın üzərində güllərin əksini tapan "Eleonora”nın dili söz tutmurdu.
Bu gün müddət tamamlanırdı.Fəxrəddin məbləği qabaqcadan ödəmişdi.
"Eleonora” səhərin gözü açılan kimi Fəxrəddinin güclü qolları arasından çıxmağa cəhd göstərdi. Alınmadı, cəhdi iflasa uğradı. Fəxrəddinin nəfəsini hiss etdi.
-Burax məni,-bir az Ardı »

Maraqli HekayelerMənalı pritçalar

Bir ölkənin padşahının bir vəziri olur.
Bu vəzir hər səhər tezdən durub saraya gələr və padşahı yatmağa qoymazdı və deyərdi ki, tezdən duran insan həmişə xeyir tapar. Lakin padşah yatmağı çox sevərdi və gec durardı. Bir müddət belə davam edəndən sonra padşah başqa vəzirlərdən məsləhət istəyir ki, necə etsin ki, vəzir bunu hər səhər oyatmasın və belə qərara gəlir ki, oğrular tutsun ki, vəzir səhər saraya gələnde onu soysunlar. Hətta paltarını da alsınlar.

Səhər vəzir öz adətinə sadiq qalaraq saraya gəlirdi. Oğrular bunu yolda soyurlar. Yazıq vəzir tez evə qayıdır və əynin dəyişir. Buna görə də, saraya gecikir. Padşah deyir:

— Nə Ardı »

Maraqli Hekayeler"Etdim. Səni yaratdım!"

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.
kasıb dilənçi qıza kömək edinQız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.
Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:
"Belə bir şeyin olmasına necə Ardı »

Maraqli HekayelerNankorluq

Neçə illər idi ki, dərzi işləyirdi. Balaca bir tikiş maşını, bir də balaca bir emalatxanası vardı. Gecə-gündüz əlləşib-vuruşur, ancaq qazancı bir qarın çörəyə çatırdı.
Soyuq bir qış gecəsində dərziyə dəhşətli bir faciə üz verdi. Elektrik qızdırıcısını söndürməyi unutduğu üçün emalatxanası yandı. Səhər işə gələndə artıq emalatxanadan əsər-əlamət qalmamışdı.

İndi necə olursa-olsun bir iş tapmalı idi. Bir xeyli ac-susuz gəzəndən sonra bir bankın qarşısına gəldi. Bankın yaxınlığındakı parkda oturub bir qədər dincəlmək istəyirdi. Elə bu vaxt bankın qarşısında dayanan maşından yaşlı bir adam düşdü. Üz-gözündə bir gərginlik var idi. Hiss olunurdu ki, bərk əsəbidir. Yanındakılara: "Məni rahat buraxın. Bir az tək qalmaq istəyirəm. Bəlkə Ardı »

Maraqli HekayelerTəcrübə

Məhşur həkim Pol Raskin , tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misallarla başladı : “Xəstə” nə danışır nə deyilənləri başa düşür.bəzən saatlarla anlaşilmaz şeylər söyləyir.Zaman, məkan və ya şəxs anlayışı yoxdur.Yalnız adı ilə çağıranda reaksiya verir.Onu həmişə kimsə yedirdir , yuyundurur , geyindirir . Dişləri yoxdur . Yeməklərini əzib verməkdən başqa çarə qalmır . Ağzından su axdığı üçün köynəyi həmişə ləkə icində olur . Yeriyə bilmir . Nə vaxt yatıb nə vaxt duracağı məlum deyil . Bəzən gecə yarısı durub qışqırır və heç kimi yatmaqa qoymur . Bəzən sakit , bəzən əsəbi olur . Kimsə gəlib onu Ardı »

Maraqli HekayelerNifrət və Məhəbbət

Bir gün bir ev yanırdı. Nurani bir kişi görür ki, bir qarğa saman çöpünü dimdiyində gətirib yanan evin üstünə atır.
Qoca soruşdu:
— Ay qarğa axı sənin gətirdiyin saman çöpü alovu gücləndirməyəcək ki, nə üçün belə edirsən?
Qarğa cavab verdi:
— Mən bununla insanlara öz nifrətimi bildirirəm.
Elə bu vaxt kiçik bir qaranquş dimdiyindəki bir damcı suyu alovun üstünə atdı.
Qoca soruşdu:
— Ay qaranquş niyə zəhmət çəkirsən, axı bir damcı su alovun sönməsinə necə təsir edəcək?
Qaranquş cavab verdi:
Mən bununla insanlara öz Məhəbbətimi bildirirəm. Ardı »