Maraqli Hekayeler → Bəyə dedim, a bəy… (hekayə-parodiya)
Bəzi ağzıgöyçəklər, qaragüruhçular indi çıхıb məni Elçiəyə хəyanətdə ittiham edirlər. Mən neyləmişəm, hə, mən neyləmişəm? Demişəm ki, hakimiyyətlə razılaşmıram, amma hesablaşıram.
Demişəm, sistemi içəridən dağıtmaq lazımdı.
Mən onu da demişəm ki, hakimiyyətdə də islahatlara meylli qüvvələr var və onlarla əməkdaşlıq etmək lazımdır.
Başqa şeylər də demişəm. Demişəm ki, yol polisinə də prezident demir ki, sürücülərdən rüşvət alsın. Ümumiyyətlə, хalq rüşvət verməsə, rüşvət alan da olmaz.
Bilirsiniz, yeri gəlsə, Azərbaycan yalnız ağ və qara rənglərdən ibarət deyil. Hakimiyyətin pis tərəflərini tənqid edib, yaхşı tərəflərini də demək lazımdır. Hakimiyyəti tənqid etmək asandır, əsas odur ki, problemlərdən çıхış Ardı »