Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerSən məni Allahdan istəməyi bilmədin (11-ci bölüm FİNAL)

Sən məni Allahdan istəməyi bilmədin (11-ci bölüm FİNAL)

İllər keçmişdi. Tanya ikinci oğlunu Bakıda dünyaya gətirdikdən sonra Rəhmanın yanına Rusiyaya qayıtmışdı. Amma böyük oğlu Ruslan Aliyənin yanında qalmışdı. O Aliyəni, məktəbdəki dostlarını, bacı-qardaşlarını çox sevdiyindən, onlardan ayrılıb getmək istəməmişdi.
Tanya isə Rəhmanın yanında idi. Rəhman yenidən öz işində işləyirdi. Tanya arada-sırada Bakıya gələr, Aliyənin yanında qalardı. Rəhman isə çox seyrək gəlir və çox tez qayıdırdı.
Aliyə bu ikili taleyinə, qaynanasının zülmlərinə baş əyərək yaşayırdı. Gənclik illərində böyük əzablar bahasına qəbul etdiyi bu həyat, artıq adiləşmişdi. Uşaqlar böyümüş, Aliyə isə artıq orta yaş həddinə çatmışdı. Ayna qarşısına keçəndə orada tamam başqa bir qadın görürdü Aliyə. Bu qadının gözündən kədər yağırdı, bənizi Ardı »

Maraqli HekayelerYaşlıdan cavana örnək dərsi

Jurnalist yaşlı cütlükdən belə bir sual soruşur:
— Necə olduki nə az nə çox, 65 il bir dam altında yaşadınız ?
Yaşlı qadın belə cavab verir: — " Bizlər cırıq paltarların yamaqlandığı, söküklərin tikildiyi, qırıqların təmir edildiyi bir zamanda doğulmuşuq, istifadədən sonra atıldığı və yerinə təzəsinin alındığı bir zamanda deyil… "
P.S Düşünürəm bir cümlə də olsa, bu cümlədə böyük bir hikmət və həqiqət yatır. Əl əxsus indiki gənclərə örnək olacaq hekayədən ibrət və nəticə çıxarmağa dəyər. Ardı »

Maraqli HekayelerSəni Sənsiz.... Səssiz Səssiz....

Bağladım gözlərimi budaqdım dərinlərə,
Xəyallar yüklədim həsrətli ürəyimə,
Ah.! .bir görsəm gülən gözlərini,
Bədəninə dolasam qollarımı möhkəm-möhkəm
Heç buraxmadan doya doya sarılsam,
Əllərimlə darasam saçlarını,
Budaqsam gözlərinə dərin dərin,
Gerçək deyil amma!
Xəyal dünyamda yaşayıram mən...
Səni Sənsiz.... Səssiz Səssiz.. Ardı »

Maraqli HekayelerSənə izah edə bilmədiyim duyğularım (3-cü bölüm)

Sənə izah edə bilmədiyim duyğularım (3-cü bölüm)

Qol saatına nəzər saldı. 2-dən xeyli keçmişdi. Başını qaldırıb gecənin qaranlığında sayrışan ulduzlara baxdı.Əyləşdiyi skamyanın söykənəcəyinə kürəyini verib qollarını sinəsində çarpazlaşdırdı.Sakitlik hökm sürürdü ətrafda. Bir xeyli oturduqdan sonra qalxıb evə getməyə qərar verdi.
Yolun bomboş olduğunu görüb keçməyə başladı.Birdən yanında maşın peyda oldu.Gənc və yaraşıqlı adam şüşəni aşağı endirib onu başdan-aşağı süzüb əminliklə gülümsədi.
-Əyləşin, sizi evə aparım.
Başını yüngülcə tərpədərək arxa qapını açaraq salona daxil oldu.Qısaca ünvanı bildirdi. Maşın yollara düşdü. Başını şüşəyə dayadı. Balaca güzgüdən ona zillənən maraq dolu baxışları sezsə də, əhəmiyyyət vermirdi.
Çantasından pul çıxardıb uzadanda qəbul edilmədi. Heç nə demədən maşından düşüb başını qaldıraraq yaşadığı evinə baxdı. Maşın yerindən tərpənmədiyini Ardı »

Maraqli HekayelerÇəhrayı zolaqlı varlıq (4-cü bölüm)

Çəhrayı zolaqlı varlıq (4-cü bölüm)

Bu gün mən, bir daha bunun şahidi olmuşdum. İndi yolun yarısından çoxunu geridə qoymağımıza baxmayaraq, mənə elə gəlirdi ki, sanki uzun zamandır yola çıxmışıq. Süleymangi­lin evindəki dözülməz başağrım isə, yenidən şiddətlənməyə başlamışdı. Özümü o qədər də yaxşı hiss etmirdim. Hətta yorğunluğum o həddə çatmışdı ki, qaranlıq meşədə uzaqdan görünən işıq belə nəzərimdən yayınmışdı. Minarə xanım qolumdan tutub, əlimdəki fənəri bir qədər aşağı salanda da, ilk öncə nə baş verdiyini anlamadım. Ancaq qadın asta səslə məndən, qarşıya baxmağımı istəyəndə, gördüklərim məni dəhşətə gətirdi və cəld şəkildə işığı söndürdüm. Əlində fənər olan bir şəxs, bizə yaxınlaşırdı…

Minarə xanım arxama keçib gizlənsə də, mən nə Ardı »

Maraqli HekayelerRamiz Rövşən “Belə-belə işlər” (Hekayə)

H
əsən kişinin dünyada nəyi var idi?

Bir kəhər atı var idi.

Nəyi yox idi?

Arvadı yox idi, uşaqları yox idi.

Həsən kişi bu dünyada nədən qorxurdu?

Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar.

Kim bilir onda yazığın günü necə keçər?

Həsən kişi bu dünyada day nədən qorxurdu?

Kəhər atın ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün kəhər at ölər, Həsən kişi bu dünyada tək-tənha qalar.

Kim bilir onda yazığın günü necə keçər?

Həsən kişi nə deyirdi?

Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan.

Yəni hər adamın öz balaca dünyası var.

Özü də bu dünyalar üçtərəfli-üçtərəflidi.

Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, Ardı »

Maraqli HekayelerSən, xeyirli olanı istə!

Acı da olsa, son vaxtlar qız uşaqlarını elə bətndəcə məhv etmək kimi ağrılı bir mənzərə ilə daha çox qarşılaşırıq. Hətta bəzən həyat yoldaşı hamilə xanımını xəstəxanaya yerləşdirəndə: “Mən oğlan istəyirəm, qız yox!” — deyə “nota” da verir.
xeyirli ovlad
Bu, dəhşət deyil, bəs nədir? Belə adamlar heç düşünmürlər ki, qız, ya oğlan, fərqi yoxdur, hər ikisi Allahın nemətidir. Qızı oğlandan və ya oğlanı qızdan ayırmaq nə dərəcədə doğrudur?
Bu barədə Sədi Şirazi ibrətli hekayələrindən birində yazır: “Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadlıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki Ardı »

Maraqli HekayelerGöz aydınlığı

May ayının 25-i idi. Ülvi bir azdan 9-cu sinfi qurtaracaqdı. Amma hələ qabaqda buraxılış imtahanları var idi. Ülvini rahat buraxmayan imtahanlar deyil, başqa şey idi...
Sinif yoldaşları hər il olduğu kimi bu il də imtahanlardan sonra yaşadıqları kənddə gəzintiyə çıxmağa qərara almışdılar. Sinif nümayəndəsi bütün şagirdlərə, o cümlədən Ülviyə də 10 manat pul gətirməyi tapşırmışdı. Bu il də keçən illərdəki kimi" Mənə evdən icazə vermirlər" deyə bilmirdi. Çünki artıq böyük bir kişi olmuşdu. Atasının isə buna imkanı yox idi...
Axşam yeməyindən sonra Zahid kişi oğlunun fikirli olduğunu görüb soruşdu:
- Oğlum, sənə nə olub? Niyə kefsizsən?
- Bir az başım ağrıyır, keçib gedər...
Ertəsi gün Ülvi Ardı »