Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerKiçik diqqət

Yazıçı olmaq istəyirdi. Ancaq bu arzusunu həyata keçirəcəyinə çox az inanırdı. Çünki ömrü boyu ancaq dörd il məktəbə gedə bilmişdi. Üstəlik, ailəsi də həmişə səfalət içində yaşamışdı (hətta atası borclarını ödəyə bilmədiyi üçün həbsə də düşmüşdü).

Ən yaxşı tanıdığı şey aclıq idi. Çünki aclığın bütün iztirablarını yaşamışdı.
Uzun “mübarizələrdən” sonra tapdığı yeganə iş siçanlarla dolu bir zirzəmidə boya qutularına kağız yapışdırmaq idi.

Hamının ona güləcəyini düşündüyü üçün hekayələrini gecələr göndərirdi. 22 yaşında ilk hekayəsini göndərəndə də belə düşünmüşdü. Üstəlik, bu hamısı deyildi. Göndərdiyi bütün hekayələr geri qayıdırdı...

“Meydandan çəkilmək” istəyirdi ki, bir gün bir məktub aldı. Redaktorlardan biri hekayəsini bəyəndiyini yazmışdı. O gün Ardı »

Maraqli HekayelerZənginlik pulla ölçülmür.

Günlərin bir günü varlı bir kişi övladına göstərmək istəyir ki, “gör insanlar necə də kasıbdılar.” Bu səbəbdən də oğlunu özüylə kəndə aparır
Onlar maddi cəhətdən çox kasıb olan bir adamın evinə gəlirlər və bütün günü o evdə qalır və gecə də o evdə gecələyirlər. Səhər isə şəhərə qayıdanda yolda atası oğlundan soruşur ki, “hə, balam, de görüm səyahətimiz necə oldu?”
Oğul da cavab verir ki, “çox gözəl”.
Sonra atası soruşur:
- Bəs camaatın necə kasıb olduğunu gördünmü?
Uşaq cavab verir ki, “bəli, atacan, gördüm”.
Bu zaman atası yenə soruşur:
- Bəs bu kasıblığı görüb, nə öyrəndin?
Uşaq cavab verir:
- Öyrəndim ki, Ardı »

Maraqli HekayelerBir saxta boyunbağı

Bir gün bir qadının yoldaşını iş görüşməsinə dəvət edirlər. Hər kəs həyat yoldaşı ilə gələcəkdi.
O da öz həyat yoldaşını aparmaq istəyirdi. Həyat yoldaşı isə
- Mənim gözəl paltarım yoxdur dedi nə geyinəcəyəm ki...
...Yoldaşı biraz dar gün üçün yığdığı pulu xanımına verdi özünə paltar al dedi.
Qadın o gün üçün çox gözəl bir paltar almışdı. Amma ki, onda çatışmayan nəsə vardı... bu geyimə əlavə olunacaq qızıl taxmaq. Amma nə etsin belə bir qızılı yox idi.
Bir rəfiqəsi vardi, onun gözəl sepləri bilərsizkləri vardır. gedim ondan istəyim dedi, sadəcə 1 günlük.
Qadının rəfiqəsi bütün zinət əşyalarını tökdü qadının qarşısına:
- seç, hansını istəyirsən tax, sənə qurbandır dedi...
Qadın ən Ardı »

Maraqli HekayelerMüqayisə...

İşləri heç cür yaxşı getmirdi. Odur ki, dostunun yanına getməyi qərara aldı. Qısa hal-əhvaldan sonra: “İşlərim yaxşı getmir. Heç cür istədiyimi əldə edə bilmirəm. Gördüyüm işlərin çoxu yarımçıq qalır. Nə edəcəyəm, bilmirəm”, — dedi.
Dostu:
— Səni narahat edən elə budur? — deyə soruşdu.
Adam:
— Bəli, — dedi, — səndən məsləhət almağa gəlmişəm. Bu vəziyyətdən çıxmaq üçün nə etməliyəm?
Dostu cavab verdi:
— Sənə bir məsləhətim var. Bu gün evə gedəndə bir kitabxanaya baş çək. Oradan “Nyu-York Tayms”ın 1970-ci il almanaxını al və 930-cu səhifəsinə bax. Orada sənə lazım olan şeyi tapacaqsan.
Adam dostundan ayrılar-ayrılmaz, bir kitabxanaya getdi. “Nyu-York Tayms”ın Ardı »

Maraqli HekayelerHəyat və ölüm Allahın əlindədir

Cərrahin telefonu zəng çaldı.

— Bəli, eşidirəm.

— Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.…

— Gəlirəm deyib Həkim tələsik yola düşdü.

Həkimi xəstəxanada xəstənin atası qınaqla qarşıladı :

— Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz? Öz oğlunuz olsaydı belə edərdinizmi ?

Cərrah gülümsədi:

— Mənə xəbər çatan kimi tələsik gelmişem. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.

Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat 2 saat çəkdi. Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından sakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı. Ataya «Oğlunuz yaşayacaq» dedi.

Ata bir an sevindi, sonra yenə qəzəblənib dedi:

— Cərrah çox pis adamdır. Nə olardı ki, çıxanda mənə xoş xəbər versəydi.

Köməkçi həkim Ardı »

Maraqli HekayelerGözəgörünməz Təhlükə

Müəllifi özüm olduğum qısa bir məqalə. Arxivimdən tapdım. ( Doğrusu necə yazmışamsa elə də təqdim edirəm, düzəliş etmək istəmədimki təbiiliyi qorunsun )

Ad: Gözəgörünməz Təhlükə
Janr: Traqediya-komediya
Baş rolda: Beyin, Ürək, Ağciyər, Qaraciyər, Qan, Böyrek, Bağırsaq, Mədə, Əllər, Ayaqlar, Göz, Qulaq, Dil, Diş, Burun.
Il: 2011.
Yer: Bakı, kirayə götürülmüş ev.
Saat 04.00… Bədən yorğunluqdan çökmüş, yatağa uzanmış halda…

Söhbətə Beyin başladı: haydaa, bu nə həyatdı ala, hərgün stress, əsəb… Axır bir gün insulit kecirəcəm, dincələssüz. Ürək: hec məni demirsən ay beyin, adam nəqədər ürəyinə salar bir şeyi, nəqədər həyəcan, qorxu keçirər, mənə deyən lazımdı Nöş döyünürsən:)
Qaraciyər: Uydaaa, bu nədi ala, tökülürəmki, zalımoğlu zalım siqarəti sümürüb Ardı »

Maraqli HekayelerHörümçək toru qədər yaxşılıq

Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu Ardı »

Maraqli HekayelerBöyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın Ardı »