Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanÇuxursəd Əyalətinin hakimləri

Əmir Sad (XIV əsrin sonu – 1410-cu il);
Pirhüseyn bəy (Əmir Sadın oğlu, 1410-cu ildən);
Piryaqub (Pirhüseynin oğlu, 1420-ci il);
Əbdül ( Pirhüseynin oğlu-1430-cu il);
Uzun Həsən (1447-ci il);
Yaqub bəy Cahan şahın hökmü ilə (1440-cı il);
Həsənəli Qaraqoyunlu (1460-cı ildən);
Div sultan Rumlu (1515-ci ildən);
Hüseynxan sultan (1550-ci ilədək);
Şahqulu sultan Ustacalı (1550-1575-ci illər);
Qara Mustafa (1577-ci il);
Mahmud xan Toxmaq (1576-1583);
Fərhad paşa (1580);
Məhəmməd Şərif paşa (1604-cü ilədək);
Əmirgunə xan Ağcaqoyunlu-Qacar (Şah Abbas dövründə – 1605-1621);
Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar (1635);
Murtuza paşa (1635-ci il);
Kəlbəli xan (1636-1639);
Məhəmməd xan Çaqatay Kötük (1639- 1648);
Xosrov xan (1648-1652);
Məhəmmədqulu xan (1652-1656-cı il);
Nəcəfqulu xan (1656-1663-cü il);
Abbasqulu xan (1663-1666-cı illər);
Səfiqulu xan (1666- 1674-cü illər);
Sarıxan bəy (1674-1675-ci illər);
Səfiqulu xan Pörnək-Türkman (Təbrizli Rüstəm xanın Ardı »

Qərbi AzərbaycanSabunçu (Qəmərli)

Tarixi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir.

Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur.

Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.

Coğrafiyası və iqlimi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.

Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər, 1918-ci ilin Ardı »

Qərbi AzərbaycanHəçəti

Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd.

Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır.
Adı[redaktə]
Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (
Tarixi[redaktə]
Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox Ardı »

Qərbi AzərbaycanƏziz Əliyev repressiya qurbanı

XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Əziz Əliyev 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxardılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Ardı »

Qərbi AzərbaycanXələf Xələfov

Xələf Xələfov — Azərbaycan Xarici İşlər Nazirliyinin müavini, diplomat.

Həyatı[redaktə]
Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olmuşdur.

1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirmişdir.

1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olmuşdur.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olmuşdur.

1997-ci ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur

Xarici dillərdən alman və rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır. Ardı »

Qərbi AzərbaycanTəvəkkül Hüseynov

Həyatı[redaktə]
Hüsеynov Təvəkkül İslam oğlu 25 mart 1938-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə Yüngül Sənayе Tеxnikumuna qəbul olmuşdur. 1957-ci ildə tеxnikumu fərqlənmə diplomu ilə bitirərək еlə həmin il Özbəkistanda Daşkənd Politеxnik İnstitutuna daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran Təvəkkül Hüsеynov təyinatla Mingəçеvir Toxuculuq Kombinatına göndərilir və burada ilk əmək fəaliyyətinə başlayır.

1962-ci ildən 1973-cü ilə qədər həmin kombinatda sıravi mühəndislikdən başlayaraq müxtəlif vəzifələrdə işləmiş və 1973-1975-ci illərdə isə Mingəçеvir Toxuculuq Kombinatının baş dirеktoru vəzifəsində çalışmışdır.

Yüksək biliyə, gеniş dünyagörüşə, bacarıqlı və səriştəli təşkilatçılıq Ardı »

Qərbi AzərbaycanMail Əhməd

Həyatı[redaktə]
Əhmədov Mail Maman oğlu 1934-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində, Paski məhəlləsində anadan olmuşdur. Yeddi yaşı olanda atası Böyük Vətən müharibəsinə gedir, bir ildən sonra itgin düşməsi haqqında kağız gəlir. Anası Əfruz Mahmud qızı övladlarını tək böyüdəsi olur.

1950-ci ildə ailəliklə Azərbaycana deportasiya olunurlar. 1959-cu ildə APİ-ni bitirib.

1964-cü ildən bugünədək Bakıxanov qəsəbəsindəki Olimpiya İdman Litseyində işləyir.

Yaradıcılığı[redaktə]
1961-ci ildən müxtəlif mətbu orqanlarda şeirləri çap olunan Mail Əhmədin “Həsrət karvanı” (2000), “Qaytarın dünyanı qoyun yerinə” (2001), “Bir qəlbin harayı” (2003), “Vaxt bizi illərə qaytaran deyil” (2005), “Çinar da ağlayarmış” (2007) və “Qərib məzar” (2009) kitabları oxucuların ixtiyarına verilmişdir.

Kitabları[redaktə]
Həsrət karvanı
Qaytarın dünyanı qoyun yerinə
Bir Ardı »

Qərbi AzərbaycanAşağı Körpülü

Tarixi[redaktə]
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.

Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Görkəmli şəxsiyyətləri[redaktə]
Roza Arazova (Arazova Roza Ardı »