Qərbi Azərbaycan → Ardanış - Su mənbələri
Ardanış ərazisi su mənbələri ilə zəngindir. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin ərazisində gözələr nəzərə alınmamaqla 98 bulaq olub. Bulaqların suyuna da iki cür ad vermişdilər: ağ su və qara su. Ağ su güneydə yerləşən bulaqların, qara su isə quzey ərazilərdə yerləşən bulaqların suyudur. Məişət və təsərrüfat əhəmiyyətli iki çay yaşayış məntəqəsinin bilavasitə içərisindən keçir. Cüllab (buradan axan su soyuq, ləzzətli və təmizdir.) kəndin içərisi ilə şimaldan cənuba, Qara çay kəndin içərisində qərbdən şərqə doğru axır. Bu çay öz mənbəyini quzeydən aldığı üçün onun adını Qara çay qoyublar. Sıldırım qayalığın dibindən çıxan gur bulağın suyu ilə qidalanan bu çay da 1918-ci Ardı »