Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi Azərbaycanİntiqam Bəşirov

İntiqam Bəşirov — (İqtisadiyyat elmləri)üzrə doktor (PhD), Xəzər Universiteti nin müəllimi.

Həyatı və təhsili[redaktə]
1965-ci ildə Ermənistan Respublikasının Vedibasar mahalının Xalisa kəndində anadan olub.

Elmi Əsərləri[redaktə]
Yeni Rəqabət Şərtlərində Şirkətlərin Yol Xəritəsi- Azərbaycan Şərab Sektoru Müəssisələri Üzərinə Bir Dəyərləndirmə(Doktorantura) .2005
Xidmət Sektorunda Müştəri Məmnuniyyəti(Heydər Əliyev Xatirəsinə Həsr Olunmuş Simpozyum. (AzDUI). 2003
Azərbaycandaki Sənaye Müəssisələrində Marketinq Problemləri(Heydər Əliyev Xatirəsinə Həsr Olunmuş Simpozyum. AzDUI). 2003
Azərbaycandaki Marketlərin İdarəetmə və Təşkəlatı Problemləri və Həlli Yolları(Maqisturatura). 2000
Soyqırım Həqiqəti (İləri Jurnalı. Türkiyə). 1999 Ardı »

Qərbi AzərbaycanQulu Xəlilov

Qulu Xəlilli (azərb. Qulu Qasım oğlu Xəlilov) — Azərbaycanlı yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi
Həyatı[redaktə]
Qulu Xəlilov 1930-cu ildə indiki Ermənistan SSR-nin Sisyan rayonunun Qızılcuq kəndində anadan olub.

1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçürülmüşdür.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirəndən sonra, aspiranturada oxumuşdur. Qulu Xəlilli ""Vaqif pyesi və tarixi dram janrı" mövzusunda namizədlik, sonralar isə "Azərbaycan romanının inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi çalışmışdır.

Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib. Onuu ikinci Fəxri Xiyabanda Ardı »

Qərbi AzərbaycanQoşabulaq (Göyçə)

Tarixi[redaktə]
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd və dаğ аdı. Dаğdа оlаn qоşа bulаğın аdındаn götürülmüşdür.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 2 km məsаfədə yеrləşir. 19 аprеl 1991-ci ildə kəndin adı Şadcrek qoyulmuşdur.

Qoşabulaq kəndi Göyçə gölünün şərqində rayon mərkəzindən 6 km cənub-şərqdə dəniz səviyyəsindən 2023 m hündürlükdə yerləşir.

Mədəniyyəti[redaktə]
Coğrafiyası və iqlimi[redaktə]
Tarixən kəndin ərazisi 4000 hektardan çox olmuşdur.

Əhalisi[redaktə]
Kəndin əhalisinin statistik göstəricisi belə olmuşdur. 1831-ci ildə 117 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 419 nəfər, 1897-ci ildə 456 nəfər, 1914-cü ildə 672 nəfər,
1918-1920-ci illərdə kənd daşnaklar tərəfindən dağıdılmışdır. 1921-ci ildə kəndin əhalisi yenidən kəndə qayıtmışlar.
1922-ci ildə 387 nəfər, 1926-cı ildə 291 nəfər, 1931-ci ildə 383 nəfər, 1988-ci Ardı »

Qərbi AzərbaycanQocaman Qocamanov

Həyatı[redaktə]
Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır.

1941-1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə Ardı »

Qərbi AzərbaycanQoturbulaq

Qoturbulaq - Çəmbərək (Krasnoselo) rayonunda kənd.

Tarixi[redaktə]
Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir.

Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır. Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.

1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür.

SSRİ dövründə Ardı »

Qərbi AzərbaycanMəzahir Həsənov (I)

Məzahir Əbülfəz oğlu Həsənov — “Tərəqqi” medalı laureatı

Həyatı[redaktə]
Məzahir Həsənov 1962-ci il iyulun 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olmuşdur.

Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akademiyasını və İ.A.Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirmişdir.

Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, “Sankt-Peterburqun Azərbaycan diasporu” Regional İctimai təşkilatı sədrinin birinci muavinidir.

Mükafatları[redaktə]
“Rusiya DİN-in 200 illiyi” və “Sankt- Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Ardı »

Qərbi AzərbaycanElşad Qoca

Elşad Qoca — Yazıçı, tərcüməçi və tədqiqatçı jurnalist, ən yeni tariximizə dair bir sıra dəyərli kitabların müəllifi.

Həyatı[redaktə]
İsayev Elşad Qoca oğlu 02 may 1959-cu ildə Ermənistan SSR-nin Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Ailəlidir, 2 övladı var.

BDU jurnalistika fakültəsinin məzunu olan yazıçı bir müddət "Kənd həyatı" və "Səhər" qəzetlərində çalışıb, "Sərhəd" qəzetinin hərbi müxbiri olub, döyüş bölgələrindən yazdığı reportajlara görə mükafata layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

Elşad Qoca bir vaxt maraqlı uşaq nağılları və hekayələr yazmış, dünyanın ünlü uşaq yazıçılarının əsərlərini azyaşlı oxucular üçün dilimizə çevirmişdir. Son illər daha ciddi mövzulara üz tutmuşdur. "Cəllad etirafı" (1999), "Sibir Ardı »

Qərbi AzərbaycanVaqif Hümbətov

Həyatı[redaktə]
Hümbətov Vaqif Oruc oğlu 1948-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1971-ci ildə indiki Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1977-ci ildə doğma kəndində baş zootexnik, 1983-cü ildə isə sovxoz direktoru olub.

1987-ci ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda şöbə müdiri olub. Kənd təsərrüfatı elmləri namizədidir.

Hazirda “Abşeron” heyvandarlıq təcrübə stansiyasının elmi katibidir.

Doğma Aşağı Şorca ilə bağlı xeyli statistik və bir sıra digər tarixi məlumatları yaddaşında cəmləmişdir. Ardı »