Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanMöhbəddin Səməd

Həyatı[redaktə]
Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki Ardı »

Qərbi AzərbaycanMirzə Allahverdiyev - Elmi fəliyyəti

Elmi fəliyyəti[redaktə]
Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır. Bəzi nəzəri mülahizələrə əsasən indiyədək tədqiq edilməmiş tiiran və tietanların transmissiya yağlarında yeyilmə və siyrilmə aşqarı kimi sinaqdan keçmiş və onların quruluşu ilə funksional xassələri arasındakı qanunauyğunluqlar əsasında optimal quruluşda yeni sinif yeyilmə və siyrilmə aşkarlarının sintezinin elmi əsaslarını işləyib hazırlamışdır. Bütün bunlar daha Ardı »

Qərbi AzərbaycanFirdovsi Kərimov

Həyatı[redaktə]
Kərimov Firdovsi Qəzənfər oğlu 10 yanvar, 1952-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun, Daşkənd kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində oхumuşdur. 1970-cı ildə Azərbaycan Politexnik inistutunun Mexanika fakültəsinin Tikinti və yol maşınları avadanlıqları ixtisasına qəbul olmuşdur. Oхuduğu müddətdə Fakültə Komsomol Təşkilatının katibi olmuşdur. 1975-ci ildə inistitutu bitirdikdən sonra təyinatla Mingəçevir Təcrübi İxtisaslaşdırılmış zavoduna göndərilmişdir.

1975-1998-ci illər ərzində zavodda texnoloq, baş texnoloq, sex rəisi və baş mexanik vəzifələrində çalışmışdır. 1998-2002-ci illərdə Azəravtonəqliyyat Konserninin Lisenziya idarəsinin Yevlax bölməsi üzrə aparıcı mütəxəssis Nəzarət qrup rəhbəri vəzifəsində çalışmışdır.

Hal hazırda "Alyans-MV" MMC-də baş direktor vəzifəsində çalışır.

Şəcərəsi[redaktə]
Temir
Yavıx
Rəsul
Hacı Kərim
Rəsul
Hüseyn
Qəzənfər
Firdovsi Kərimov Ardı »

Qərbi AzərbaycanMisir Mərdanov - Riyaziyyata aid kitabları

Мисир Дж. Марданов "Некоторые вопросы математической теории оптималных процессов в системах с запаздываниями." Бaky,1987, Изд-БГУ, (119 с).
Мисир Дж. Марданов "Исследование оптимальных процессов с запаздываниями при наличии ограничений", Баку, Изд-во «элм» 2009, 192 стр.
Мисир Дж. Марданов "Качественная теория оптимального управления системами Гурса-Дарбу" Баку, Изд-во, Elm, 2010, ( Совм. К. В. Мансимовым, 360 с).
Misir C. Mərdanov "Исследование особых управлений и необходимые условия оптимальности второго порядка в систмах с запаздыванием" Баку. Изд-во "Елм", 2013, 356 с. (совм. К. Б. Мансимов, Т. К. Меликов).
Misir C. Mərdanov "Elementar Riyaziyyatın Əlavə Fəsilləri və Olimpiadalar I-kitab" Təhsil Nəş-tı, 2010 (Sabir Mirzəyev və Eminağa Məmmədovla birgə, 352 səh.).
Misir C. Ardı »

Qərbi AzərbaycanMəmməd Oruc

Yaradıcılığı[redaktə]
Məmməd Oruc Azərbaycan ədəbiyyatının dəyərli yazıçılarından biridir. Onun oxucuların rəğbətini qazanan “Əzraillə söhbət”, “Köçürlümə”, “Oyun havası”, “Günlərin bir günündə” kimi maraqlı nəsr əsərləri var. "Ailə səadəti", "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.

M. Oruc Azərbaycan ədəbiyyatında özünəməxsus səsi və nəfəsi olan yazıçılardandır, o öz üslubu ilə daim seçilməyi bacarıb. Tənqidçilərin fikrincə, onun nəsri millilik kontekstində dünyəvi ideyaları özündə birləşdirə bilir. Ən əsası bu ümumiləşdirmələr çox maraqlı konteksdə üzə çıxır. M.Orucun nasir kimi ən üstün özəlliklərindən biri də ağrılarını kifayət qədər saf və təmiz düşüncəylə yazmaq və bunu oxucuya çatdırmaq bacarığıdır.

1993-cü ildən "Azərbaycan" jurnalının nəsr Ardı »

Qərbi AzərbaycanArdanış - Torpaq növləri

Ardanışın müəyyən ərazilərində şabalıdı torpaqlar yayılıb. Bu torpaqlar dağ-qara torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15-20% olan torpaqlar sarı torpaqlardır. "Sarı güney", "Puş yeri" və "Sarı yal" adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən Ardanışın şimal hissəsinə aid edilir. Meşə və kolluqlarda boz-qəhvəyi torpaqlar yayılıb. Ardanış və ətraf kəndlərin torpaq örtüyü elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən ötən əsrin 60-70-ci illərində geniş tədqiq olunmuşdur. Ardı »

Qərbi AzərbaycanƏli Eyvazov - Kitabları və məqalələri

Kitabları
Ə.Eyvazov. Cinayət-hüquqi sanksiyaların effektivliyinin nəzəri problemləri. Bakı, “Qanun”, 1997. 4,0 ç.v.
Humanizm və xeyirxahlıq missiyası. Bakı, “Nurlan”, 2007. 18,0 ç.v. İdeyanın və ön sözün müəllifi.
“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”. 2 cilddə. Bakı, “İdeal-Print, 2008. 66,5 ç.v. Nəşrin elmi məsləhətçisi.
«Культура и культурные шедевры Aзербайджана - уникальное послание будущим поколениям». Bakı, “İdeal-Print, 2009. 80 ç.v. Nəşrin elmi məsləhətçisi.
“Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”. 2 cilddə. II nəşri. Bakı, “İdeal-Print, 2010. 67 ç.v. Kitabın həmtərtibçisi.
Bərdə və bərdəlilər. Bakı, 2010. Nərgiz nəşriyyatı, 37.5 ç.v. Nəşrin elmi məsləhətçisi.
Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations. Baku, 2011. Kitabın həmtərtibçisi.
Dağıdılmış sərvətlər, Ardı »

Qərbi AzərbaycanFərrux Rüstəmov - Əsərləri

Prof. H.Əhmədovun əsərlərinin izahlı biblioqrafiyası (1990). 120 s.
Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən (1992). 112 s.
Günüuzadılmış qruplarda tərbiyə məsələləri (A.İsmayılovla birlikdə) (1993). 130 s.
M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin təlim-tərbiyə haqqında fikirləri (İ.İsayevlə). (1994), 112 s.
Azərbaycan pedaqoji biblioqrafiyası: məktəb və pedaqogika tarixinə aid ədəbiyyat (1995). 96 s.
Görkəmli pedaqogika tarixçisi Əyyub Tağıyev (1996). 32 s.
Azərbaycanda pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması və təkmilləşdirilməsi tarixi (1997). 26 s.--=-
Azərbaycanda pedaqoji terminalogiyanın inkişaf tarixindən (1997). 108 s.
Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1998). 486 s.
Pedaqogika kafedrasının tarixi: sələflər və xələflər (1999). 136 s.
Pedaqogika. Yeni kurs (Ə.Paşayevlə birlikdə) (2002). 512 s.
Ümumtürk pedaqoji Ardı »