Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanZəngəzur mahalı

Zəngəzur – Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.
Təbiəti[redaktə]
Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib. Zəngəzurun bərəkətli torpağında Bazarçay axır. Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə də bu əraziyə zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır. Uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 m-dir.

Tarixi[redaktə]
Çar Rusiyası dövründə Ardı »

Qərbi AzərbaycanDərəçiçək kəndləri

Axta rayonuAlabars • Aşağı Axta • Babakişi • Bjni • Dədəqışlaq • Dərəçiçək • Ərzəkənd • Gümüş • Qaxsu • Qorçulu • Qurufontan • Lusavan • Lusakert • Misxana • Paşakənd • Solak • Tayçarıx • Təkəlik • Yuxarı Axta Ardı »

Qərbi AzərbaycanQırxlar dağı

Qırxlar dağı - Zəngəzur silsiləsində dağ.

Qırxlar dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Culfa rayonunun Ləkətağ kəndinin və Ordubadın torpaqları ilə həmsərhəddir. Qırxlar dağının dəniz səviyyəsindən hündürlüyü 3089,2 metrdir. Zirvəsi ilin bütün aylarında qarla örtülü olur. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir sıra rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi.

Mənbəyini Qırxlar dağının ətəklərindən götürən çay Dəliçay adlanır və Ərəfsə kəndində Salvartı çayı, Taxtakörpü çayı və Xırdaçayla qovuşur, aşağı axarında isə Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür.

Qırxlar dağının zirvəsində əfsanələrlə dolu eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman Ardı »

Qərbi AzərbaycanAşağı Axta

Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər.

Aşağı Axta şəhəri Zəngi çayı sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. Ardı »

Qərbi AzərbaycanPəmbək kəndləri

Böyük Qarakilsə rayonuArcut • Aşağı Kilsə • Bozigah • Bzovdal • Darbas • Dərəkənd • Gözəldərə • Hacıkənd • Hacıqara • Hallavar • Heydarlı • Heyvandarlıq sovxozu • Xancığaz • Kolagirən • Qamışqut • Qranit zavodu • Mollaqışlaq • Nikitino • Pəmbək • Sarımsaxlı • Şahəli • Vartana • Voskresenovka • Yaqublu • Yuxarı Kilsə
Hamamlı rayonuAğbulaq • Avdıbəy • Bəykənd • Çigdəməl • Çotur • Əfəndi • Goran • Göy Yoxuş • Güllücə • Keşişkənd • Qaçağan • Qaltaxçı • Qaraboya • Qaral • Qızılörən • Qursalı • Muncuqlu • Nalbənd • Pəmb • Saral • Spitak • Tapanlı • Vardnav Ardı »

Qərbi AzərbaycanAbaran rayonu

Abaran - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Abaran mahalı ərazisində rayondur.

Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci yanvarın 3-nə kimi Abaran,daha sonra isə Aparan rayonu adlandırılıb. Ərazisi 816 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Baş Abaran (Baş Aparan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 59 km-dir. Rayon ərazisinin əsas hissəsini Abaran düzənliyi təşkil edir. Rayon ərazisindən Qarasu (dəyişdirilmiş adı Sev-Çur) çayının sol qolu olan Abaran (dəyişdirilmiş adı Kasax) çayı axır. Uzunluğu 98 km olan bu çayın hövzəsinin sahəsi 1852 kv. km-dir. Çay öz başlanğıcını Qərbi Azərbaycanda ən hündür dağ olan Alagöz (hündürlüyü 4090 m),(dəyişdirilmiş adı Araqats) dağının yamacından götürür. 1970-ci illərdə Ardı »

Qərbi AzərbaycanNəriman Əliyev (professor)

Həyatı[redaktə]
O, 1911-ci ildə Böyük Vedidə bir ailədə doğulmuşdur. Atası Cəlil vaxtilə Böyük Vedinin kattası olmuşdu. O, zəmanəsinin sayılan ziyalılarından biri idi.

Təhsili[redaktə]
Nəriman Əliyev ilk təhsilini Əli bəyin Böyük Vedidə təşkil etdiyi çoxsinifli məktəbdə alıb. 1929-cu ildə İrəvan şəhərindəki, Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumunu yüksək göstəricilərlə başa vurduqdan sonra Böyük Vediyə qayıdan Nəriman, vaxtilə oxuduğu məktəbdə müəllim işləyir. Elə həmin il İrəvan şəhərinə dəvət alır, Həşim bəy adına 9 sinifli türk məktəbində, eyni vaxtda Azərbaycan dilində fəaliyyət göstərən Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyatdan dərs deyir.

1930-cu ildə İrəvandan Bakı şəhərinə ezam edilir. Elə həmin il Azərbaycan Tibb İnstitutunun rektoru Nadir Məmmədlini əvəz edən istedadlı Ardı »

Qərbi AzərbaycanYuxarı Şorca

Tarixi[redaktə]
Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur (415, s.26). İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir (386, s.599). Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır.

Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.297) qeyd edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında Ardı »