Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanAbaran mahalı

Tarixi[redaktə]
Rayonun ərazisi I-V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI-XIII əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir.

XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920-1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr Ardı »

Qərbi AzərbaycanQırxbulaq kəndləri

Ellər rayonuAğadərəsi • Avdallar • Baş Gərni • Cadqıran • Ərəmis • Ərinc • Ərzni • Kərpicli • Qətran • Nor Açin • Nurnus • Ptxni • Voxçaberd Ardı »

Qərbi AzərbaycanAfad Qurbanov

Afad Məhəmməd oğlu Qurbanov — Azərbaycanın görkəmli dilşünas alimi, publisist, pedaqoq, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1983), filologiya elmləri doktoru, professor (1970), əməkdar elm xadimi (1981), Dövlət Mükafatı laureatı (1991).
Həyatı[redaktə]
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 50-ci illərdən etibarən isə Azərbaycan Pedaqoji Universitetində filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Ardı »

Qərbi AzərbaycanVasif İmanov

Həyatı[redaktə]
İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 2011-ci ildə "Tərəqqi" medalı Ardı »