Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanKamran Musayev - Təhsili

1990-1992-ci illərdə Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakultəsi (Azərbaycan,Bakı)
1992-1996-cı illərdə İstanbul Universiteti,Tibb Fakultəsi (Türkiyə,İstanbul)
1996-2002-ci illərdə Cərrahpaşa, Tibb Fakultəsi (Türkiyə,İstanbul)
1996-2002-ci illərdə Qədir Xas Universiteti Florence Nightingale Xəstəxanası, Ürək-Damar Cərrahiyəsi (Türkiyə,İstanbul) Ardı »

Qərbi AzərbaycanRoza Arazova - Elmi Fəaliyyəti

60-dan çox elmi məqalənin, 2 elmi monoqrafiyanın, 2 dərslik və metodik vəsaitin müəllifidir. Roza Arazovanın elmi axtarışları Cənubi Qafqazda, o cümlədən Azərbaycanda, e.ə. VI-IV min. qədim əkinçilik mədəniyyəti, istehsal təsərrüfatı və əmək alətlərinin öyrənilməsinə həsr edilmişdir. Bu elmi araşdırmalarla əlaqədar olaraq müəllif ilk dəfə Azərbaycan arxeologiyasında eksperimental- trasoloji üsuldan geniş istifadə etmişdir. Roza Arazova Rusiyada, Moldovada, Baltikayanı dövlətlərdə, Orta Asiyada aparılan arxeoloji ekspedisiyalarda və bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda (İtaliya, Almaniya, Rusiya) iştirak etmişdir. Tədqiqatçının bəzi seçilmiş elmi əsərləri aşağıdakılardır:

1. Каменные орудия труда земледельческого-скотоводческих племен западного Азербайджана,Баку, Элм, 1986.
2. Археологические памятники северо-восточного Азербайджана, Баку, Элм, 1991 (şərikli müəlliflik- Xəlilov Ardı »

Qərbi AzərbaycanRamiz Bayramov - Elmi yenilikləri

Qida borusu, mədə, mədəaltı vəzi, yoğun və düz bağırsaq xərçəngi olan xəstələrin radikal cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılmasına dair əldə etdiyi nailiyyətlər təkcə ölkədaxili deyil, Avropanın, Rusiyanın, Ukraynanın, Belarusiyanın, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın aparıcı elmi-tibbi jurnallarında müntəzəm olaraq dərc edilmişdir. Onkologiyada bir sıra qaranlıq məqamlara aydınlıq gətirən erkən mədə xərçəngi proporsiyası effekti fenomenini irəli sürmüş və həmin ideyanın müəllifi kimi Qastrointestinal Onkologiyaya dair ESMO-nun 14-cü Dünya Konqresinə (Barselona, İspanya, 2012) və ESSO-nun Cərrahi Onkologiyaya dair 34-cü Dünya Kongresinə (Liverpul, Böyük Britaniya, 2014 ) məruzə etmək üçün dəvət edilmiş və qeyd edilən konqreslərdə göstərilən fenomenin elmi əhəmiyyətinə dair çıxışlar etmişdir., , , , Ardı »

Qərbi AzərbaycanFiruzə Əfəndiyeva

Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı.

Həyatı[redaktə]
Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.

Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.
Əsərləri[redaktə]
Bir yurdun simfoniyası. Bakı: Nurlan, 2008, 224 səh. Ardı »

Qərbi AzərbaycanƏziz Əliyevin övladları

Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri mehriban övladları valideyn tərbiyəsinə layiq və sadiq övladlar olmuşlar.

Qızı Zərifə xanım Əliyeva atasının şərəfli yolunu davam etdirmişdir. O görkəmli oftalmoloq olmuş, Azərbaycan SSR Elmlər Akademiyasını müxbir üzvü seçilmişdir.

Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olmuşdur.

Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor olmuşdur.

Oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasını müxbir üzvüdür. Ardı »

Qərbi AzərbaycanBala Əfəndiyev

Bala İbrahim oğlu Əfəndiyev — Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz

Həyatı[redaktə]
Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasının çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənddə kəndində doğulub. O, dünyaya gəlməmiş atası İbrahim kişi dünyasını dəyişib. Əmisi molla Məhəmməd və atalığı Ənməd Hacı Əli oğlu Balanı elə öz kəndlərində molla məktəbinə göndərib. Ancaq balaca Balada elm və sənətə olan böyük həvəsi görüb, ona 1907-ci ildə təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağı məsləhət görürlər. Bala Əfəndiyev həmin hazırlıq siniflərində təhsilini davam etdirir.

Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz hər iki respublikada çox yüksək vəzifələrdə çalışmış, sonralar bir çoxları Ardı »

Qərbi AzərbaycanTalin rayonu

Tarixi[redaktə]
Talin rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1288 kv km-dir. Rayon mərkəzi Yuxarı Talin qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 74 km-dir. Talin rayonunun bir tərəfindən Arpaçayı (dəyişdirilmiş adı Axuryan) axır. Alagöz dağının bir hissəsi və Qaraburun yaylası da Talin rayonu ərazisinə düşür.

Əhalisi[redaktə]
Quldərviş – 1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.
Əkərək – 1918-ci il. 670 nəfər əhalisi ollmuşdur. Daşnak hökumətinin fitvası ilə bandit dəsələri kəndi dagıtmış, əhalinin böyük hissəsini qırmış, salamat quraranları Türkiyəyə qaçmaga məcbur emişlər. Qaçqınlar yolda böyük tələfat vermişlər. Dərhal kəndə gəlmə ermənilər doldurulmuş, Ardı »

Qərbi AzərbaycanAşıq Nəcəf

Həyatı[redaktə]
Bayramov Nəcəf Allahverdi oğlu 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Nəcəf olduqca yaraşıqlı, boylu-buxunlu,cüsəlli insan olub. Mükəmməl bilik, dərin hafizə, möcüzəli səs sahibi olan Aşıq Nəcəf səliqə-səhmanı, ədəb-ərkanı ilə həmişə diqqəti çəkər, aşıqdan çox bəyə, bəyzadələrə oxşayarmış.

Aşıq Nəcəf Aşıq Ələsgərə on il şəyirdlik edib, onunla ağır məclislər yola salıb. Aşıq Nəcəf Dədə Ələsgərin (1821-1926) ən çox sevdiyi şəyirdlərindən olmuşdur. Onun səsi Aşıq Əsədin (1874-1951) səsi ilə uyğun gəldiyindən hər ikisinə məsləhət görərmiş ki, siz daim bir yerdə olun, bir yerdə çalıb oxuyun. Yüksək səs tempirinə görə Aşıq Nəcəflə Aşıq Əsəd otuzluq lampanı dəfələrlə toy məclislərində söndürərmişlər. Aşıq Əsəd həmişə Ardı »