Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanUluxanlı

Tarixi[redaktə]
Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar.

1928-çi ildə Uluxanlıda ermənilər tərəfindən 500 təsərrüfat dağıdılmış, 3173 adam qətlə yetirilmişdir.

Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır.

1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. (Xəlilov Ardı »

Qərbi AzərbaycanAşıq Novruz

Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (d. 24 aprel, 1929, Göyçə, Daşkənd - ö. 3 noyabr, 2000, Bərdə rayonu, Yeni Daşkənd) — aşıq, şair.

Həyatı[redaktə]
Şairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir.

Hələ uşaqlıqdan saza-sözə çoх böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur.

Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür.

1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür.

1955-ci ildə ailə Ardı »

Qərbi AzərbaycanSəməd ağa Nəsibbəyov

Həyatı[redaktə]
Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur.

Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir.

O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin Ardı »

Qərbi AzərbaycanGülnaz Əliyeva

Həyatı[redaktə]
Gülnaz Əliyeva 1977-ildə Ermənistan SSR Ararat rayonu Xalisa kəndində anadan olub. ANS televiziyasının arxivində 1996-cı ildən çalışır. ANS Televiziyasının Tarix və səlnamə departamentinin rəisidir.

Filmoqrafiya[redaktə]
80 kilometr yerin altı ilə (film, 2002)(qısametrajlı sənədli film)(ANS tv)
ADıNA günü (film, 2010)(qısametrajlı sənədli film)(ANS)-arxivarius
Azərbaycan naminə! (film, 2004)
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
İnsan (film, 2003)
Milçək (film, 2006)
Payızın 17 anı (film, 2007)
Seans (veriliş, 2007) Ardı »

Qərbi AzərbaycanQacaran

Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır.
Tarixi[redaktə]
Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır.

Zəngəzur mis-molibden zavodu[redaktə]
Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya Ardı »

Qərbi AzərbaycanAğbaba kəndləri

Ağbaba mahalı
Amasiya rayonuAlakilsə • Balıqlı • Bəndivan • Cələb • Çaxmaq • Çaybasar • Çivinli • Düzkənd • Ellərkənd • Göllü • Güllübulaq • Güllücə • İyli • Hozukənd • Qaraçanta • Qaraməmməd • Qonçalı • Qrabulaq • Mağaracıq • Oxçuoğlu • Öksüz • Sultanabad • Təpəkənd • Təzə İbiş • Yeniyol
Qızıl Qoç rayonuAlıxan • Başkənd • Bozyoxuş • Böyük Şiştəpə • Cızıxlar • Ciftəli • Çorlu • Dərəköy • Düzxaraba • Güllübulaq • Gürcüyolu • Kefli • Kiçik Sarıyal • Kiçik Şiştəpə • Korbulaq • Qazançı • Qızılkilsə • Qızıl Qoç • Qurdbulax • Palıdlı • Salut • Samurlu • Ardı »

Qərbi AzərbaycanBasarkeçər

Basarkeçər — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində Basarkeçər rayonunun mərkəzi. 1969-cu ildən Vardenis.
Tarixi[redaktə]
Basarkeçər İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.61) qeyd edilmişdir.

1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur.

Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir (386, s.599-602; 415, s,110). 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873 - cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır (415, s.26-27). 1908, 1914, 1916-cı Ardı »

Qərbi AzərbaycanAğtala qalası

1887 – 1889 – cu illərdə məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jacques de Morgan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – tunc və dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir. Kompleksin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır. Kompleks X əsrdə Baqaratilər sülaləsindən olan Kürük tərəfindən inşa edilmişdir. Kürük yəhudi mənşəli Baqratilər sülaləsindən olan hökmdar III Aşot və Xosrovşah xanımın oğlu olmuşdur. Kürükün qardaşları III Smbat və I Qaqik Baqratuni isə Baqratlılar sülaləsinin ən güclü hökmdarlarından olmuşdur. Ardı »