Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıDəvdək

Dəvdək –(adı qədim türk sözləri "dev" (div)+"tau"(dağ)əmələ gəldiyini ehtimal etmək olar) mənşəcə Qafqaz albanlarından olan, VII əsrdə yaşamış Azərbaycan (Qafqaz Albaniyası) şairi. Onun yaradıcılığından dövrümüzə yalnız Cavanşirin ölümünə həsr etdiyi elegiya çatmışdır.

Moisey Kalankatlının öz əsərini alban dilində yazdığını inkar edən erməni alimləri etirazlarını əslində yalnız bir dəlillə göstərməyə çalışırlar: o da həmin əsərdə VII əsrdə yazılan və dövrümüzə "Alban ölkəsinin tarixi" vasitəsilə qədim erməni dilində çatan şair Dəvdəkin yazdığı böyük alban hökmdarı Cavanşirin ölümünə elegiyadır. Şair Dəvdək özündən sonra, erməni alimlərinin dili ilə desək, "qanı qanından olmayan alban hökmdarının" şərəfinə "akroşlir üslubunda" yazılan ağıdan başqa heç bir əsər qoymamışdır. Tədqiqatlar nəticəsində Ardı »

Qafqaz AlbaniyasıQədim alban ədəbiyyatı

Tarixi taleyin üzüdönüklüyündən Qafqaz Albaniyasının yerli mənşəli yazıları dövrümüzə qrabar (qədim erməni) dilində gəlib çatmışdır.Alban ədəbi ənənələrinin yaranıb formalaşmasında aparıcı rol xristianlığa məxsus idi.Yəni qədim Qafqaz ədəbiyyatı kim alban ədəbiyyatı da xristian ədəbiyyatı sayılırdı.X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunurdu.Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya),məktub şəklində yazışmalar,konon ədəbiyyatı,qərarlar,salnamələr aiddir.Musa Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri də alban dilində yazmış,XII əsrdə qrabar dilinə tərcümə edilmiş,orijinalı isə məhv edilmişdir.Xristianlığın ilkin yayıldığı dövrdə alban dini ədəbiyyatı surfil ədəbiyyat kimi inkişaf etsə də,V-VI yüzilliklərdə yunanfil- ellin istiqamətdə inkişaf etməyə başlamışdı.Tədqiqatçıların fikeincə bu təsiryunanlara deyil,monofizit suriyalılara məxsusdur.Alabn ədəbiyyatı ilk növbədə əlverişli tarii-mədəni Ardı »

Qafqaz AlbaniyasıƏsərin yazılmasında istifadə edilmiş mənbələr

K.V.Treverə görə əsərdə aşağıdakı mənbələrdən istifadə olunmuşdur:

Xalq rəvayət və hekayətləri
Monastr və qəsrlərin arxivində saxlanılmış ruhani və kübar şəxslərin bir-birinə göndərdiyi epistolyar janrda yazılmış məktublar #Müəllifin özünün məlumatları.
Fəridə Məmmədova isə bu mənbələrə aşağıdakılar da əlavə edir:

Alban aqioqrafik ədəbiyyatı(Alban müqəddəslərinin həyatı və əzabları),
Alban xronikaları (alban katalikosu Vironun xronikası),
Alban kilsə kanonları,
Alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi ağı,
Albanlara məxsus olmayan başqa dildə yazılmış mənbələr Romalı İppolitin (III əsr) xronikası, V-VII əsrlərdə yaşamış erməni müəlliflərinin əsərləri.
Tarixi əhəmiyyətinə görə Qafqaz mənbələri arasında Alban ölkəsini tarixinə bərabər ikinci bir əsər tapmaq qeyri mümkündür -qafqazşünas alim A.P.Novoseltsev əsərə belə qiymət verir. Bu,hər şeydən əvvəl Azərbaycan türklərinin əcdadlarının tarixi Ardı »

Qafqaz AlbaniyasıÇola

Çola — Arranın mühüm orta əsr şəhərlərindən biri. Xarabalıqları, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir. Qafqaz Albaniyasının vilayətlərindən biri. Çola şəhəri Alban Katolkiosluğunun ilk mərkəzi olmuşdur.

Çola vilayəti Dərbənd keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.

Tarixi[redaktə]
Çola şəhəri Qafqaz Albaniyasının Çola əyalətinə daxil idi. Mütəxəssislərin dediyinə görə, bu "indi Ardı »

Qafqaz AlbaniyasıSəhl ibn Sunbat - Mülkü

Tarixi mənbələr Səhl ibn Sunbatın əsas hakim olduğu ərazinin Şəki olduğunu qeyd edirlər. A. Y. Krımski belə güman edir ki, "Kür çayının o tayında, yəni sağ sahilindəki bəzi knyaz sülalələri ilə Səhlin, bəlkə də, çox qədimdən qohumluq əlaqələri var idi". Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur. F. Məmmədova yazır ki, Səhl, Bazarçay – Həkəriçay hövzəsində yerləşən strateji cəhətdən vacib Şəki vilayətinin hakimi olmuşdur və bu Şəki vilayətinin Kür çayından şimalda yerləşən Azərbaycanın Şəki şəhəri ilə heç bir əlaqəsi yoxdur.

Dinəvərinin verdiyi məlumata Ardı »

Qafqaz AlbaniyasıYesai Əbu Musanın Ərəblərə qarşı mübarizəsi

Babəkin üsyanı yatırıldıqdan bir neçə il sonra (851/2-ci ildə) xəlifə Mütəvvəkilin hökmranlığında, demək olar, bütün Zaqafqaziyada Xilafətə qarşı yeni güclü üsyan qalxdı. Mütəvəkkil üsyançılara qarşı Buğa əl-Kəbirin sərkərdəliyi altında böyük cəza ordusu göndərdi. Xəlifə əmr verdi ki, cəza dəstələri üsyan edənlərdən heç kəsə rəhm etməsinlər, "belində qılınc gəzdirən, silah daşıyan hər kəsi, üsyanda iştirak edənlərin" hamısını məhv etsinlər. Yalnız məşhur adamlardan biri Məhəmmədin dinini qəbul etsə, onun yanına gətirsinlər".

Xəlifənin göndərdiyi Buğa "erməniləri, albanları və onların patriklərini yoxlayırdı". Buğa əl-Kəbirin ordularından biri sanarlara qarşı müvəffəqiyyətsiz müharibədən sonra üsyan etmiş knyaz Yesai Əbu Musanı əzmək üçün göndərildi, o zaman Arranın böyük hissəsinə malik Ardı »

Qafqaz AlbaniyasıSünik - Tarixi coğrafiyası

Sünik böyük vilayət olmaqla Şərqi Ermənistanın böyük bir hissəsini əhatə etmişdir. Qərbdən və Şimal-Qərbdən Ayrarat vilayətinin tərkibindəki, mərkəzi Dvin şəhəri olan Vostan-Hayots havarı ilə, Cənubdan və Cənub-Şərqdən Vaspurakan vilayəti ilə, Şərqdən isə Qafqaz Albaniyasının Artsak vilayəti ilə həmsərhəd olmuşdur. Şərqdə Artsak və Sünik arasında sərhəddə Həkəri çayı axırdı, Cənub-Qərbdə isə Sünik, Vaspurakan vilayətinin tərkibində olan Naxçıvanla sərhədlənir, şimala doğru irəliləyən sərhəd Qeqarqunik. əyaləti ərazisindəki Qeqam gölünü və Araks çayına kimi uzanan Sotk əyalətini də əhatə edirdi. Aşxaratsuytsa görə Sünik 12 havara bölünürdü:

"“9. Ayraratdan şərqdə, Araks və Artsak arasında yerləşən Sünik on iki havara bölünürdü: 1.Erancak, 2.Çaquk, 3.Vayots-Zor, 4.Gelakuni, 5.Sotk, 6.Aqexeçk, 7.Çqak, Ardı »

Qafqaz AlbaniyasıSünik

Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən fəth edilən Sünik, b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Böyük Ermənistanın doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.

387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Ardı »