Qafqaz Albaniyası → Sünik (sülalə) - Ermənistanda
Ermənistanda III Kiçik Xosrovun hakimiyyəti dövründə (330—338) Vaqinak Süni Ermənistanın Aldznik vilayətinin hakiminə qarşı yürüşdə iştirak etmiş və bu vilayəti idarə etmək hüququ almışdır. 330-cu ilin sonunda Sünik sülaləsindən olan Andovk Süni yüksək hərbi mövqe əldə edir. Ermənistan çarı Tiranın (338—350) hakimiyyəti dövründə Sünik sülaləsindən olan Pisak Süni hökmdar sarayında “senekapet” (hökmdarın şəxsi təhlükəsizliyindən cavabdeh məmur) vəzifəsinə təyin olunur.
II Arşak (350—368) Ermənistanda hakimiyyətə gəldikdə Vaqinak Sünini şərq ordularının rəhbəri Andovk Sünini isə Aldznik və Tiqranakert rəhbəri təyin edir. Qızı Pərəncəmi Ermənistan hökmdarı II Arşaka ərə verən Andovk Süninin siyasi imkanları daha da genişlənmişdi. Öz romapərəst mövqeyi ilə tanınan Andovkun rəhəbrliyi Ardı »