Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKatolikos II Davud - Albaniyanın XXIV katolikosu. Sələfi Katolikos Yusif kimi o da, Amaras yepiskopl

Katolikosluğu[redaktə]
Katolikos III İohannesdən sonra kürsüyə gəlmişdi, onun qardaşı idi. 1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir. Nersesin haqqında eşidən Çormoqun noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağrılan katolikos noyonun oğlu Bora noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi. Ardı »

Qafqaz AlbaniyasıQriqor Hammam

Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya padşahı alim, yazıçı.

Səhl ibn Sunbatın nəvəsi olan Qriqorun beş oğlu olmuşdu. Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,”ləğv edilmiş Alban dövlətini bərpa etmişdi.” Moisey Kalankatlı onun haqqında yazır: “Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb Ardı »

Qafqaz AlbaniyasıI Vaçe

I Vaçe — sənədlərdə adı keçən ikinci Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Sasanilər dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.

Roma-Sasani mübarizəsi[redaktə]
III-V əsrlərdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Sasanilər arasında mübarizə gedirdi. 260-cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianı məğlub edərək əsir aldı. Bu zaman Albaniya çarı I Vaçe Roma ilə ittifaqda idi . Ardı »

Qafqaz AlbaniyasıMüqəddəs Yelisey

Müqəddəs Yelisey və ya Eqişe - Alban katolikosu. Alban Avtokefal Həvari Kilsəsinin ilk katolikosu. Müqəddəs Faddeyin tələbəsi olmuş, Həvari Yakov tərəfindən Alban Avtokefal Həvari Kilsəsinin rəhbərliyinə təyin edilmişdir.

Həyatı[redaktə]
Moisey Kalankatlının məlumatına əsasən Eqişe Müqəddəs Faddeyin tələbəsi idi. Müqəddəs Faddeyin maskutlar tərəfindən şəhid edilməsindən sonra Yerusəlimə qayıdaraq, hadisə barədə digər həvarilərə danışıb və orada Yerusəlimin ilk patriarxı, İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Daha sonra Yerusəlimdən İrana oradan da maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır, oradan Uti vilayətinə gəlir. Daha sonra isə Gis zonasına gələrək Kiş kilsəsini tikir. Lakin bəzi tədqiqatçılar bu marşrutun doğruluğuna inanmır. Onların fikrincə Yelisey əvvəl Ardı »

Qafqaz AlbaniyasıXınıslı yaşayış yeri - Dördüncü dövr

Eramızın IV-V əsrlərinə aid olan sonuncu – dördüncü dövr üçün yalnız dəfn abidələri – IV əsr küp və torpaq qəbirləri və IV-VII əsrlərə aid daş qutu qəbirlər – səciyyəvidir. Xınıshda xristian qəbirləri aşkar edilməmişdir. Dəfh mərasimindəki dəyişiklikləri əhalinin həyatında baş verən müxtəlif siyasi hadisələr, ideologiyadakı dəyişikliklər, Sasanilərin Zərdüştiliyi yayması və onların yerli əhalinin dini görüşlərinə qarşı mübarizəsi ilə izah etmək mümkündür. Qəbirlərdə yanğın izlərinə rast gəlinir. Məskənin ərazisindən e.ə. IV əsrdən e.ə. I əsrə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdır. Ardı »

Qafqaz AlbaniyasıKatolikos II Petros

Katolikosluğu[redaktə]
Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikosluğunun son dönəmi II Həsən Cəlalın dövrünə düşür. Ardı »

Qafqaz AlbaniyasıKatolikos II Stepannos

Katolikosluğu[redaktə]
Katolikos II İohannesdən sonra taxta çıxmış və 1129-1131 illərdə il yarım müddətində taxtda oturmuşdur. Mxitar Qoş onun haqqında yazır:

O gənclik illərində katolikosluğa cəlb olunmuş, və katolikos kimi il yarım çalışmışdır. Onun ölümündən sonra Albaniya ölkəsi səkkiz il katolikossuz qalmış (1131-1139 11 iyun) və bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə Albaniyada başqa ölkələrdə ruhanilik etməli olan adamları katolikos seçirdilər. Bu dövrdə Müqəddəs Yağın miqdarı o qədər azalmışdı ki, uşaqları adı su ilə xaç suyuna çəkirdilər və üstün cüzi miqdarda sirkə yaxırdılar. Ardı »

Qafqaz AlbaniyasıUrnayr

Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı. Həyatı[redaktə]
Hökmdar Urnayrın adı ilk dəfə 314-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 314-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında Ardı »