Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıSəhl ibn Sunbat - Hakimiyyəti

Hakimiyyəti[redaktə]
IX əsrdə Azərbaycanda siyasi vəziyyət[redaktə]
Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, 642-ci ildə baş verən fəthlərdən sonra Həmədana hücumla mümkün olmuşdu. Tarixçi Ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nəhavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər. 639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, Ardı »

Qafqaz AlbaniyasıKatolikos Nerses

Katolikos Nerses Bakur - Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı.

Katolikosluğu[redaktə]
Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi. Əbdülmalik Nerses Bakuru katolikosluqdan kənarlaşdırdı.

Moisey Kalankatlı onun haqqında yazır:

Katolikos Nerses Girdiman Ardı »

Qafqaz AlbaniyasıXınıslı yaşayış yeri - Birinci dövr

Birinci dövr e.ə. IV-II əsrləri əhatə edir. Aşkar edilmiş evlər gil palçıqla çay daşından və çapıq daşdan tikilmişdir. Döşəmələr saman qarışdırılmış gil suvaqla suvanmışdır. Bu mədəni təbəqədə əldə qayırılmış, bəzən qırmızı şirlə örtülmüş müxtəlif formalı gil kasalar, bardaqlar, vazalar, manqal hissələri, həmçinin, gildən düzəldilmiş heyvan fiqurları, təkər modelləri, daş həvəngdəstə, kirkirə və digər məişət əşyaları tapılmışdır. Çoxlu miqdarda heyvan sümüklərinin və daşlaşmış buğda dəninin tapılması təsərrüfat həyatından xəbər verir. Qəbir quyularında bir adam dəfn olunmuş, oraya gil qablar və bir sıra digər əşyalar qoyulmuşdur. Ardı »

Qafqaz AlbaniyasıHereti Tarixi

Moisey Kalankatlının müəllifi olduğu "Alban ölkəsinin tarixi"ndə Qafqaz Albaniyası katolikosu IV Davudun (822-853) həmdövrü olmuş hansısa Şəki hakimindən bəhs edilir, amma həmin Şəki hakiminin adı çəkilmir.

D. L. Musxelişvili bildirir ki, Heretinin şimal hissəsi Suceti vasitəsiylə İberiya çarlığına, daha dəqiqi Kaxeti (və Kuxeti) əyalətinə birləşdirilmişdir və bu ərazi gürcü mənbələrində ən geci IX əsrdən başlayaraq Kaxeti adlanır. L. Mroveli yazır ki, IV əsrdə çar Mirian Kaxeti və Kuxetini oğlu şahzadə Revə verdi və onu Ucarmada yerləşdirdi.

Osman ibn Əffanın xəlifəliyi dövründə (644-656) isə ərəblər Salman ibn Rəbiənin konandanlığı altında Qafqaz Albaniyasına da hücum etmiş, Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə Ardı »