Qafqaz Albaniyası → Alban xaç daşları.
Azərbaycan Respublikası və Ermənistan Respublikasının müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın Ardı »