Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıUti

Uti, Utik (yunan mənbələrində Otena) — Qafqaz Albaniyasında tarixi vilayət. Antik və orta əsr mənbələrinə görə indiki düzənlik Qarabağdan Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini əhatə edirdi.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti şərqdən Paytakaran, cənubdan Artsak, şimaldan Kür çayı arasındaydı; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Albaniyanın ikinci və sonuncu paytaxtı olan Bərdə (Partav) şəhəri bu vilayətdə yerləşirdi. 551-ci ildən Bərdə Albaniya katolikosunun (patriarxının), 630-cu ildən isə Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Uti əyaləti - qavarı öz növbəsində inzibati vahidlərə bölünürdü; onlardan ən mühümü Sakasena (Şakaşen) və Qardman (Girdiman) idi.

Utidə məskunlaşmış utilər, qarqarlar, Ardı »

Qafqaz AlbaniyasıYelena Mehrani

Yelena Mehrani — Varaz Qriqorun qızı, Qafqaz Albaniyasının şahzadəsi və Ermənistan knyaginyası. Qriqor Mamikonyanla evlənmişdi. Varaz Trdata kömək edərək Müqəddəs Qriqorinin çənəsini ona göndərmişdi. Övladı olmamışdır. Onun xahişi ilə Qriqor Aruç kilsəsini inşa etdirmişdir. Ardı »

Qafqaz AlbaniyasıSəhl ibn Sunbat

Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi III Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi.

Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir əl-Şərabi ət-Türki tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir.

Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur Ardı »

Qafqaz AlbaniyasıGirdiman qalası

Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Laqodexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir. Ardı »

Qafqaz Albaniyası"Qafqaz Albaniyasının incəsənəti"

"Qafqaz Albaniyasının incəsənəti" — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf Ardı »

Qafqaz AlbaniyasıKatolikos II Qriqoris

Katolikosluğu[redaktə]
1131-1139-cu illərdə Alban Həvari Kilsəsi katolikossuz qaldıqdan sonra o, 1139-cu il 11 iyunda kürsüyə qalxıb və 1155-ci ilə kimi 16 il müddətində kürsüdə oturub.

Hakimiyyətə gəlməsi[redaktə]
Mxitar Qoş isə onun katolikosluq kürsüsünə çıxması ilə bağlı maraqlı faktlar qeyd edir. O, yazır:

...8 il keçdikdən sonra, daha doğrusu erməni təqviminin 588-ci ilində (15 fevral 1139-14 fevral 1140) Ərməniyyə katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan Ərzurum yepiskopu Sahak - məşhur David vardapetin (Alavik Gəncəlinin oğlu Davud - "Nəsihətverici Qaydalar" əsərinin müəllifi. Erməni tarixçisi N.Emin həmin əsəri "diqqətə layiq olmayan", "dəyərsiz" adlandırır.) şagirdi, ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə əməl edərək öz adamları Ardı »

Qafqaz AlbaniyasıVaxtanq Taqavorazn

Vaxtanq Taqavorazn (doğum tarixi bilinmir – 1214) - 1182—1214 – cü illərdə hakimiyyətdə olmuş Xaçın knyazı. Hakimiyyəti Aterk ərazisini əhatə etmişdir. Xudavəng monastır kompleksinə daxil olan kafedral kilsə 1214-cü ildə Vaxtanq Taqavoraznın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir.

Vaxtanq, Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olmuşdur. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras almışdır. 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur “Qanunnamə”sini tamamlamışdır. Vaxtanqın iki oğlu olmuş, onlardan biri – Qriqor uşaq vaxtı ölmüş, digər oğlu Həsən isə Səlcuqlularla döyüşdə öldürülmüşdür.

Vaxtanqın ölümündən sonra Aterk ərazisi I Həsən tərəfindən idarə edilən Yuxarı Xaçın və II Vaxtanq Tanqik Ardı »

Qafqaz AlbaniyasıKatolikos V Qriqoris

Katolikosluğu[redaktə]
Xaçın məliyi II Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1634-cü ildə Katolikos I Filipp Ağbaketsi tərəfindən təsdiqlənmişdi. 1650-ci illərdə alban və erməni keşişləri Qriqorisin qovulması barədə tələblər irəli sürməyə başladılar. Bunların ən başlıcası Vərəndə mahalının yepiskopu Petros idi. Lakin 1651-ci ildə Səfəvi hakimiyyəti Qriqorisin katolikosluğunu bir daha təsdiq edən əmr verdi. Qriqoris ölümündən öncə Petros Xançketsini oğulluğa götürərək katolikosluğu ona vəd etdi. Ardı »