Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKatolikos V Qriqoris

Katolikosluğu[redaktə]
Xaçın məliyi II Vəlicanın oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1634-cü ildə Katolikos I Filipp Ağbaketsi tərəfindən təsdiqlənmişdi. 1650-ci illərdə alban və erməni keşişləri Qriqorisin qovulması barədə tələblər irəli sürməyə başladılar. Bunların ən başlıcası Vərəndə mahalının yepiskopu Petros idi. Lakin 1651-ci ildə Səfəvi hakimiyyəti Qriqorisin katolikosluğunu bir daha təsdiq edən əmr verdi. Qriqoris ölümündən öncə Petros Xançketsini oğulluğa götürərək katolikosluğu ona vəd etdi. Ardı »

Qafqaz AlbaniyasıAlban ölkəsinin tarixi

Alban ölkəsinin tarixi – mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatlının Cavanşirin sifarişiylə yazdığı əsər.

Alban ölkəsinin tarixi əsəri albanların tarixini, I-X əsrlər Qafqaz Albaniyasının və digər xalqlarınm tarixini öyrənmək baxımından son dərəcə qiymətli bir əsərdir. Alban ölkəsinin tarixi bir çox cəhətdən-sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya,Azərbaycanın etnogenezi problemi baxımından maraq doğurur.
Tarixçəsi[redaktə]
"Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi. . Qagiq xəbər verir ki,"elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i Ardı »

Qafqaz AlbaniyasıAlban ölkəsinin tarixi - Müəllifi

Bir qayda olaraq, "Ağvan tarixi"nin müəllifliyi iki Moiseyə Kalankatuklu və Moisey Dasxuranlıya isnad edilir. Lakin indiyədək bu məsələ qəti həll edilməmişdir; çünki həmin "Tarix"in müəllifinin, yaxud müəlliflərinin adı barəsində bir söz deyən olmamış, bu haqdakı mülahizələr isə son dərəcə ziddiyyətli olmuşdur. Bu barədə deyilən fıkirlər əsas etibarilə salnamənin öz mətninə əsaslanır; orada deyilir: "Kalankatuk kəndi həmin Uti vilayətindədir ki, mən özüm də oradanam". A.Y.Manandyan belə hesab edir ki, müəllifin "Kalankatuklu" təxəllüsü salnamənin mətninin yanlış şərh edilməsi nəticəsində sonrakı müəlliflər tərəfindən uydurulmuşdur, odur ki, A.Y.Manandyan müəllifi 'Utili Moisey" deyə adlandırır. . Bu ənənəyə riayət edən M.Abeqyan belə güman edir ki, salnamənin Ardı »

Qafqaz AlbaniyasıKatolikos I Yovsep

Katolikos I Yovsep - Albaniyanın XXIII katolikosu. Katolikos Anastasdan sonra kürsüyə çıxmış və on yeddi il kürsüdə oturmuşdur. Katolikos Yusif Amaras yepiskopluğundan seçilmişdir. Moisey Kalankatlı qeyd edir ki, onun beşinci taxt ilində erməni təqviminin iki yüzüncü ili tamam olmuşdur. Ardı »

Qafqaz AlbaniyasıKabalaka

Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.

Qəbələ bir arxeoloji abidə kimi,hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş,onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq,burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.

Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.

Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Qəbələ çayı) ilə Covurlu çay (Qala Ardı »

Qafqaz AlbaniyasıSünik (sülalə) - Atropatenada

571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin. Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:

“Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi.”
VII əsrdə Sasani – Bizans müharibəsi zamanı Sünik knyaginyası Bürək I İraklini rəhbərlik etdiyi Bizans qüvvələrinə yardım etmişdi. VII əsrin ortalarından etibarən Ardı »

Qafqaz AlbaniyasıAvey kilsəsi

Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə.

Qafqaz Albaniyasının əsas məbədlərindən biri olub. Məbəd düzbucaqlı formada inşa edilib. Məbədə qərb tərəfdən qədim yol başlayır. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını göstərir. İki otaqlı məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır. V-VII əsrlərə aid Ardı »

Qafqaz AlbaniyasıAlbaniyada din

Paqan dinlər
Xristianlıq dan əvvəlki dövrlərdə alban tayfalari arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuş, lakin bunların əksəriyyəti sonradan xristian məbədlərinə çevrilmiş, bir qismi isə ərəblərin Azərbaycana yürüşləri zamanı dağıdılmışdır. Həmçinin Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur.

Strabonun verdiyi məlumata görə Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələriindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb.

Qəbir abidələrndən Ardı »