Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıQafqaz albanlarının şəxs adları (Digər adlar)

Alban tarixçisi Musa Kalankatlı əsərində X əsrə qədər Alban dövlətinin xeyli çarlarının və bəzi alban feodallarının və ruhanilərinin adlarını çəkmişdir.

A r a n – I əsrin ortalarında Alban çarının adı. Türkcə erən, ərən – şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli sözündəndir . Qeyd etmək lazımdır ki, ərən – döyüşçü sözü hələ er. əv. III minillikdə şumer dilində vardı . III əsrdə hun xaqanlarından Eran (bu ad V əsrə aid qədim erməni mənbəində qeyd olunub), XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Aran-Qazi və b. şəxs adları ilə müqayisə olunur.

I əsrdən IV əsrədək bəzi Alban çarlarının adları məlum deyil. Alban tarixçisi Ardı »

Qafqaz AlbaniyasıMoisey Kalankatuklu Albaniya Tarixi/Mxitar Qoş Alban Salnaməsi (kitab)

Moisey Kalankatuklu Albaniya Tarixi:Mxitar Qoş Alban Salnaməsi - kitab 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən "AVRASİYA PRESS" nəşriyyatında çap edilmişdir. Kitaba Azərbaycan tarixi üçün böyük əhəmiyyəti olan və erkən yerli mənbələrdən hesab edilən mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatuklunun Qafqaz Albaniyası hökmdarı Cavanşirin əmri ilə yazdığı Alban ölkəsinin tarixi əsəri və eləcə də mənşəcə qafqaz albanlarından olan salnaməçi-hüquqşünas Mxitar Qoşun tamamlanmamış Alban salnamələri əsərləri daxil edilmişdir.

Alban ölkəsinin tarixi əsərinin orijinalı (alban dilində olanı) Erməni Qriqoryan Kilsəsi nümayəndələri tərəfindən məhv edildiyindən əsər dövrümüzə qrabarca (qədim erməni dili) çatmışdır. Mxitar Qoş isə əsərini qrabar dilində yazmışdır. Hər iki əsəri Ardı »

Qafqaz AlbaniyasıGülüstan qalası (Goranboy)

Gülüstan qalası – Azərbaycanda qədim qala.

Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Ümumi məlumat[redaktə]
Gülüstan qalası Murovdağın ətəyində, Ağdərə və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200-250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur. Qalaya yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200-250 Ardı »

Qafqaz AlbaniyasıQanunnamə (Qoş)

Qanunnamə – müəllifi Qafqaz Alban tarixçisi Mxitar Qoş olan və Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən sayılan əsər.

Qanunnamədə o dövrün hüquq normaları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapmışdır.

Lakin erməni müəllifləri birmənalı olaraq Qanunnaməni erməni cəmiyyətinə aid edirlər. Vaxtilə Z.M.Bünyadov Qoşun bu əsərinin başlığı barədə belə bir qənaətə gəlir ki, bu əsər əlyazmahalında "Datastanaqirk" – Qanunnamə adı ilə tanınır; naşirlər onun adına "Xayots" – erməni sözünü əlavə edərək yeni ad yaratmışlar: "Darastanaqrik Xayots" yəni Erməni Qanunnaməsi. Buna, habelə Qoşun öz qanunnaməsini alban kilsəsinin alicənab başçısı ,Qafqaz Albaniyasının katalikosu III Stepanosun təkidi və xahişi Ardı »

Qafqaz AlbaniyasıVaraz Peroz

Varaz Peroz - Qafqaz Albaniyası şahzadəsi idi. Varaz Qriqorun böyük oğlu idi. O atasının III Yezdəgird tərəfindən həbs edilməsi zamanı Cavanşir ilə birlikdə üsyan etmişdi. Çox güman o Cavanşirdən əvvəl ölmüşdü, çünki oğlu Varaz Trdat 681-ci çar seçilmişdir. Ardı »

Qafqaz AlbaniyasıSünik (sülalə) - Qafqaz Albaniyasında

Tarixi mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı olan Arranın Sünik sülaləsindən olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır:

“Dünyanın yaranması ilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıbsa bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itatətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan soyundan olan Arran onlara hakim təyin olunur. Arran Ardı »

Qafqaz AlbaniyasıKatolikos IV İohannes

Katolikos IV İohannes - Albanların XXXVII katolikosu.

Katolikosluğu[redaktə]
O, Katolikos Samueldən sonra taxta çıxmış və səkkiz il yarım taxtda oturmuşdur. Qriqor Hammamın dövründə yaşamışdır. Dvin keşişliyindən gəlmişdi. Katolikos II Georgidən icazəsiz katolikos seçilib, daha sonra yenidən təyin edilmişdi. Hakimiyyətinin 4-cü ilində II Georgi ölmüşdü. Ardı »

Qafqaz AlbaniyasıAnahit kilsəsi

Anahid məbədi Göygöl rayonu Çaykənd kəndi ərazisində yerləşir. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anaid məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub.

Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahid məbədi yaxınlığında düşərgə salmışdı.Bu məlumat onu təsdiq edir ki,Anahid məbədi xristianlıqdan əvvəl Ay ilahəsi olan Anahidə (Roma panteonunda qarşılığı Ardı »