Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moisey Kalankatuklu Albaniya Tarixi/Mxitar Qoş Alban Salnaməsi (kitab)

Moisey Kalankatuklu Albaniya Tarixi:Mxitar Qoş Alban Salnaməsi - kitab 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən "AVRASİYA PRESS" nəşriyyatında çap edilmişdir. Kitaba Azərbaycan tarixi üçün böyük əhəmiyyəti olan və erkən yerli mənbələrdən hesab edilən mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatuklunun Qafqaz Albaniyası hökmdarı Cavanşirin əmri ilə yazdığı Alban ölkəsinin tarixi əsəri və eləcə də mənşəcə qafqaz albanlarından olan salnaməçi-hüquqşünas Mxitar Qoşun tamamlanmamış Alban salnamələri əsərləri daxil edilmişdir.

Alban ölkəsinin tarixi əsərinin orijinalı (alban dilində olanı) Erməni Qriqoryan Kilsəsi nümayəndələri tərəfindən məhv edildiyindən əsər dövrümüzə qrabarca (qədim erməni dili) çatmışdır. Mxitar Qoş isə əsərini qrabar dilində yazmışdır. Hər iki əsəri Azərbaycan türkcəsinə akademik Ziya Bünyadov tərcümə etmişdir.

Həmçinin kitabın müqəddiməsinin və əsərlərə verilən şərhlərin də müəllifi Z.Bünyadovdur. Kitabın redaktoru Mahmud İsmayılovdur.

Annotasiya
Kitabda ulularımızın yaratdığı dövlətlərdən biri - Albaniya çarlığının siyasi, sosial-iqtisadi, eləcə də ictimai quruluşu tarixinin məsələləri V əsrdən başlayaraq VIII əsrə qədər, yəni Albaniya çarlığının süqutuna qədərki dövrü öz əksini tapmışdır.Bu əsərdə hadisələr X yüzilliyə qədər davam etdirilir.

Albaniyanın XI-XII əsrlər tarixinə həsr olunmuş "Alban salnaməsi"ndə isə iki əsr tarixi haqqında məlumat verilmişdir.Əsər yarımçıq qalsa da onda toplanan material qiymətli qaynaq rolu oynamaqla gələcək tarixçilər üçün çox maraqlıdır.


Tarix: 02.02.2015 / 13:55 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qafqaz Albaniyası
loading...