Qafqaz Albaniyası → Bədii metal
Orta əsrlərin erkən mərhələsində tarixi Azərbaycan ərazisində sənətin dekorativ tətbiqi növləri daha çox inkişaf etmiş, daş və metal üzərində oyma sənətinin, zərgərlik və şüşə emalının yüksək keyfiyyətli məhsullarını hazırlayan sənətkarlıq mərkəzləri və bütöv məktəblər meydana gəlmişdi. Bu sənət növlərinin Azərbaycanda geniş intişarı yalnız yazılı qaynaqlardakı məlumatla deyil, arxeoloji komplekslərdə tapılan çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri ilə də təsdiq edilir. Məsələn, Şamaxıda, eramızın III əsrinə aid daş qutu qəbrində aşkar edilmiş zərli gümüş döyrə yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi başdan-başa ov səhnəsi ilə örtülmüşdür: dördnala çapan atın üstündəki süvari geri çevrilərək oxunu dağ keçisinə doğru tuşlamışdır. Texniki baxımdan nadir sənət Ardı »