Tarixi mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı olan Arranın Sünik sülaləsindən olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır:
“Dünyanın yaranması ilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıbsa bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itatətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan soyundan olan Arran onlara hakim təyin olunur. Arran Araks çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan adını ona görə vermişlər ki, Arranın özünü, yumşaq xasiyyətinə görə,”ağu”(“mehriban”) deyə çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Arranın oğullarının nəslindəndir.”
441-ci ildə Erməni mərzbanlığının hakimi (mərzbanı) təyin olunmuş Vasak Süniyə eyni zamanda Qafqaz Albaniyasında Çola keçidini (Dərbənd keçidi) qorumaq da tapşırılmışdı.
VIII əsrdə Qafqaz Albaniyasının böyük knyazı Cavanşir Sünik sülaləsi ilə növbəti qohumluq bağını yaratmışdır. O, Sünik hakiminin qızı ilə evlənmişdir. Bu haqqıda Moisey Kalankatlı yazır:
“Cavanşirin qələbələrini görüb eşidən Ermənistan və Gürcüstan əyanları onun üçün öz nəsillərindən qız seçib onunla qohum olmaq istədilər Lakin o, Sünik vilayəti knyazının Aruncan nəslindən özünə seçib onunla evləndi və bununla da süniklilərin hamısını çox sevindirdi.”
Tarix: 02.02.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qafqaz Albaniyası