Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz AlbaniyasıKamaltəpə

Şəhərin Qala hissəsinin Cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onuun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir:

"Qəbələ möhkəmləndirilmiş şəərdir,çay onun divarlarının arxasından axır.Cümə məscidi şəhərdən kənarda ,bir təpənin üstündə yerləşir."

Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olası qeyd edilir.Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir.Hal hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur.Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan Ardı »

Qafqaz AlbaniyasıMüqəddəs Qriqoris

Müqəddəs Qriqoris - Alban katolikoslarından biri.Mxitar Qoşun katolikoslar siyahısında adı 8-ci yerdə çəkilir və qeyd edilir ki, "Müqəddəs Qriqorisə qədərki dövrdə katolikos kim olub bəlli deyil. Parfiya məşəli Qriqoris həmin kürsüdə ikiqat şöhrətə malik olmuşdu."

Həyatı[redaktə]
Qriqoris IV əsrin əvvəllərində, indiki Kayseridə - o zamanlar Caesaria Mazaca adlanan şəhərdə doğulmuşdu. Babası Müqəddəs I Qriqori, atası Müqəddəs I Vrtanes və qardaşı Müqəddəs I Husik Erməni Qriqorian Kilsəsi katolikosu olmuşdular. Əslən parfiyalı idi. 301-ci ildə Müqəddəs I Qriqori erməniləri xristianlaşdırdı və 24 il sonra nəvəsi Qriqorisi Qafqaz Albaniyasına göndərdi. Hələ 15 yaşı olan Qriqoris katolikos oldu. Qriqoris təxminən 340-cı illərdə Maskut çarlığı ərazisində Ardı »

Qafqaz AlbaniyasıKatolikos III İohann

Katolikosluğu[redaktə]
Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür. Ardı »

Qafqaz AlbaniyasıKatolikos VI Simeon

Katolikos VI Simeon - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu.

Katolikosluğu[redaktə]
Albanların müstəqil katolikosu idi. Erməni Qriqorian Kilsəsi tərəfindən qəbul olunmur. Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. 1676-cı ildə Katolikos IV Yakob Juğayetsi tərəfindən Katolikos II İyeremiya təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Simeon təyin olundu. Erməni katolikosu Katolikos I Yeliazar Ayntabsi özü şəxsən Gəncəsər monastırına gələrək onu lənətləmişdi. Onun yerinə gələn Katolikos Nahapet də Simeonu təsdiqləmədi. Simeon 1701-ci ildə vəfat etdi. Ardı »

Qafqaz AlbaniyasıGilgilçay səddi

Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi.

İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağı zirvəsinə doğru 60 km-cən uzanır.

Gilgilçay səddinə daxil olan Çıraq Qala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, Ardı »

Qafqaz AlbaniyasıDəbil kilsə məclisi

506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb.Bu yığıncaqda erməni,alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional,yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər.551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək,hüquqi cəhətdən avtokefal kilsə oldu.Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı.Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar.Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi.551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın,Çolanın,Lpinanın katolikosu”adını daşıyırdı. Ardı »

Qafqaz AlbaniyasıCavanşir

Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.
Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət[redaktə]
V əsrdə, bəlkə də daha əvvəl Azərbaycan Respublikasının indiki ərazisində Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz Albaniyası deyilən bir dövlət yaranır. Albaniya dövləti Qafqazda və Ön Asiyada baş verən hadisələrdə fəal şəkildə iştirak edir. VII əsrdə Qafqaz Albaniyası öz ağır günlərini yaşayır. Cənubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul etmiş Qafqaz Albaniyasında zərdüştiliyi yenidən bərpa etmək istəyir, Qərbdən Bizans təzyiq göstərərək, Alban kilsəsini öz nəzarətinə almağa çalışır, Ardı »

Qafqaz AlbaniyasıAlaniyada Sənətkarlıq

Metalişləmə
Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir.

Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki Ardı »