Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban ölkəsinin tarixi

Alban ölkəsinin tarixi – mənşəcə qafqaz albanlarından olan tarixçi-salnaməçi Moisey Kalankatlının Cavanşirin sifarişiylə yazdığı əsər.

Alban ölkəsinin tarixi əsəri albanların tarixini, I-X əsrlər Qafqaz Albaniyasının və digər xalqlarınm tarixini öyrənmək baxımından son dərəcə qiymətli bir əsərdir. Alban ölkəsinin tarixi bir çox cəhətdən-sosial, iqtisadi, siyasi,dini-ideoloji, mədəniyyət, tarixi coğrafiya,Azərbaycanın etnogenezi problemi baxımından maraq doğurur.
Tarixçəsi
"Alban ölkəsinin tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu Ananiya Mokatsinin (943-967) Xaçına gəlməsi ilə əlaqədar olaraq təsadüf edilir. Katolikos Xaçına 958-ci ildən az sonra Qagiq Albaniya katolikosu olarkən (948-962) gəlmişdi. . Qagiq xəbər verir ki,"elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("orpes ev er i skzbane leal ev karqeal i patmutean Aquaniç") Müqəddəs Qriqori adından onu Albaniya katolikosu etmişdir. Qagiq bu tarix kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil, çünki "Albaniya – arxiyepiskopluq, Ermənistan isə – katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür və o tələb edir ki, "albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı (zor sireak orum ev çanqordn eak tesutean) həmin "Tarix"dən tapsınlar". Sonra Ananiya bu tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Varfolomey və apostol Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə qalmaqda davam edirdilər".

Lakin, bu hissə, "Ağvan tarixi"ndə yoxdur. Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki, Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə son dərəcə diqqətlə əlavə edilmişdi ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın xahişi ilə Ermənistan maarifçisi Müqəddəs Qriqori tərəfindən bu rütbəyə təyin olunmuşdu; onlar [albanlar] 440 il ərzində erməni taxt tacının müti benefısiyaları vəziyyətində qalmışdılar; Albaniya katolikosları ermənilərin əli ilə bu dini rütbəyə çatırdılar, çünki bu erməni [arxiyepiskopları]-patriarx, onlar [albanlar] isə – arxiyepiskop idi; bu vəziyyət Ermənistanın 25 katolikosunun hakimiyyəti ərzində, ta baş yepiskop Avraamadək [davam etmişdir].

Bu parça (əlavə izahatla birlikdə) "Ağvan tarixi"ndə verilmişdir: lakin bütün bunlar "Ağvan tarixi"nə əlavə edilmiş uydurma və qondarmadan başqa bir şey deyildir. Ananiya "Tarix"in mətnində oxumamışdı ki, (Kalankatlı, II, 47) "Albaniya patriarx taxt-tacı ermənilərinkindən qabaq təsis edilmişdi və bizimlə [ermənilərlə] həmfikir idi". Sonralar "Ağvan tarixi"nin adı, Uxtanesin X əsrin sonlarında tərtib edilən "Gürcülərlə ermənilər arasında kilsə əlaqələrinin kəsilməsi tarixi" əsərində çəkilir. Bu əsərdə həqiqətən mətnlər uyğun gəlir. Uxtanes 60-cı fəsildə yazır ki, öz mətnini o, "başqa bir tarixdən (iyaylme patmutene)" götürmüşdür, həm də Uxtanesin mətni "Ağvan tarixi"nin 47-ci fəslinin II hissəsi ilə kəlmə-kəlmə düz gəlir: burasını da qeyd etmək lazımdır ki, "Ağvan tarixi"ndə Avraamın məktubunun təkcə şərhi verildiyi halda, Uxtanes həmin məktubu daha tam şəkildə sitat gətirir . Bu isə yalnız onu göstərir ki, Uxtanes eyni mənbədən daha tam şəkildə istifadə etmişdir.

Uxtanesin 65-ci fəsildə qeyd etdiyi bəzi təfərrüatlar "Alban tarixi"ndən "i patmutene ivreanç (daha düzgünü aquaniç)", yaxud "alban tarixçilərindən (patmaqraçn aquaniç)" götürülmüşdür. Çox ehtimal ki, bu təfərrüat "Ağvan tarixi"nin II hissəsinin 48-ci fəslindən deyil, I hissəsinin 6-cı fəslindən götürülmüşdür. Yenə də aydın olur ki, Uxtanes də, Moisey Kalankatlı da eyni bir mənbədən istifadəetmişlər. XIII əsr müəllifi Stepannos Orbelianın əsərinin 25 və 26-cıfəsillərində "Ağvan tarixi"ndən danışması həmin tarixin müvafiq yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir;onun 25-ci fəsli isə tamamilə "Ağvan tarixi"nin "orta (ikinci)hissəsini" xatırladır.

"Ağvan tarixi"nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk tarixçi Mxitar Anetsi olmuşdur. O, "Ağvan tarixi"nin Sebeosla (VII əsr) Gevond (VIII əsr) arasında yazıldığını qeyd edir. Lakin Şapux Baqratunidən başlayaraq həmin tarixin Sebeosdan da qabaq olduğunu göstərirlər. Lakin "Ağvan tarixi" öz məzmununa görə orta əsr mənbələri sırasında başqa bir mövqe tutmalıdır.


Tarix: 30.01.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Qafqaz Albaniyası
loading...