571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin. Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:
“Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi.”
VII əsrdə Sasani – Bizans müharibəsi zamanı Sünik knyaginyası Bürək I İraklini rəhbərlik etdiyi Bizans qüvvələrinə yardım etmişdi. VII əsrin ortalarından etibarən Sünik sülaləsinin hakimləri cənubdan yaxınlaşan ərəb təhlükəsinə qarşı Bizans və erməni zadəganları ilə ittifaq yaratmağa çalışırdılar.
Tarix: 02.02.2015 / 14:39 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Qafqaz Albaniyası