Qidalanma və Dieta → Almanın faydaları inanılmazdır
Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır və orqanizmi gəncləşdirir.
Bu meyvənin tərkibində olan elementlərin ürək-damar sisteminə müsbət təsir etdiyi, qan damarlarının elastikliyini qoruduğu bildirilir.
Məlumata görə, alimlər onun tərkibində olan mikroelementləri hesablayıb. Nəticədə məlub olub ki, həmin elementlər ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır və immun sistemi gücləndirir.
Alma qabığı da almanın içinə nəzərən daha çox antioksidanta sahibdir. Cavanlıq meyvəsi hesab olunan alma ləzzətli dadı və sağlamlığa verdiyi faydaları baxımından ideal hesab olunur.
Alma böyrəkləri təmizləməkdə, xolesterolu aşağı salmaqda, baş ağrısını azaltmaqda, yüksək təzyiq probleminin həllində istifadə edilir. Bundan əlavə piylənmə xəstəliyi ilə müqayisədə əhəmiyyətli hesab olunur.
Diş Ardı »