Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaDondurulmuş qidalar etibarlıdırmı?!

Müasir dördə vaxtdan səmərəli istifadə çox önəmlidir. Bu səbəbdən də gündəlik həyatımızda bəzi hallar var ki onların asan həll yolu tapılmışdır bu sahələrdən biri də qidalanma sahəsidir. Beləki dondurulmuş qidalar bizə zaman qazandırmaq üçün düşünülmüş üsullardandır. Lakin bəzən alıcılar dondurulmuş qidanın keyfiyyətinə və təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
ABŞ və Avropada dondurulmuş qidadan istifadə təqribən 50 il bundan əvvələ təsadüf edir.
Qidanı donduran zaman onun ətrafındakı su buz kristallarına çevrilərək qidanın fiziki, kimyəvi və mikrobioloji cəhətdən keyfiyyətini itirməsinə mane olur onun təzəliyini qoruyub saxlayır. Lakin dondurulmuş qidanın bəzi istifadə qaydaları var ki bunları bilmək vacibdir:
• Dondurulmuş qidanı isti suya salaraq və ya isidərək donunun Ardı »

Qidalanma və DietaBalıq alarkən diqqətli olun

Bazarlarda, yarmarkalarda, yaxud digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşların nəzərinə çatdırır ki, keyfiyyətsiz balıq və balıq məhsullarının istifadəsi insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Buna görə də, balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər, eləcə də digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti vardır. Fizioloji normaya əsasən orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Ticarət Ardı »

Qidalanma və DietaNar suyunun bilinməyən faydaları

Prostat xərçəngi və ya prostat iltihablanmaları: sidik problemlərinə səbəb olaraq fiziki narahatlığa səbəb olmaqla qalmır, kişilərə psixoloji və sosioloji baxımdan da təsir göstərir"
Med.Az-ın verdiyi məlumata görə, həkimlər prostat xərçənginə yaxalanma riskini azaltmaq üçün ət, marqarin, yağda qızardılmış qidalar, yağlı süd məhsullarını və kalsiyum qəbulunu qida rasionunda azaltmağı məsləhət görür. Prostat xərçənginin qarşısını almaq üçün tərəvəz, tərkibində likopen olan qidalar, dəniz məhsulları, taxıllar, tərkibində E vitamini olan quru meyvələr, şirin kartof, avakado, yaşıl çay və nar suyu ilə qidalanmağı tövsiyə edirlər.

Bəs niyə nar suyu?

Nar suyunun ürəyə xeyirli olduğu bir çox araşdırmalarda isbatlanıb. Tərkibindəki “tannin” və “antosiyanidin” lərlə yüksək bir antioksidant gücünə Ardı »

Qidalanma və DietaGöz ətrafında olan problemlər və onun müalicəsində qidalanmanın əhəmiyyəti

Türkiyənin sağlamlıq saytlarında göz və onun müalicə yolları haqda məlumatlara tez-tez rast gəlirik.

Bu məlumatların birində günümüzdə aktual mövzulardan biri olan göz ətrafında olan problemlər və onun müalicəsində qidalanmanın əhəmiyyətinə toxunulub.

Bu vacib mövzuda tərkibində antioksidant və sink olan məhsullarla qidalanmaq məsləhət görülüb.
Bütün bunların yanında unudulmaması lazım olan bir başqa faktor isə nizamsız qidalanmanın göz ətrafındakı bənövşəyilikləri artıra bilməsidir.

Antioksidant vitaminlərdən kasıb bir dieta qəbul edilməsi, sinkin qeyri-kafi qəbulu, tərəvəz və meyvənin yetərincə istifadə edilməməsi göz ətrafındakı problemlərə səbəb ola bilər. Günümüzdə aktual mövzulardan biri olan göz ətrafında problemləri həll etmək üçün göz altı bənövşəyiliklərini aradan qaldırmaq üçün balanslı qidalanmaq, Ardı »

Qidalanma və DietaTələsərək yemək zərərlidir

Düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır.
Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün vacib və faydalı hesab olunur.
Səhər, günorta, axşam yeməyindən sonra bir sıra insanlarda aclıq hissləri yarana bilər. Əslində aclıq hissi bəzi hallarda aldadıcı olur.
Buna görə də hər yeyilmiş ərzağın həzm olunması üçün mədəyə müəyyən vaxt tələb olunur.
Bu baxımdan hansı ərzağın hansı müddətə həzm olunduğunu bilmək, ola biləcək narahatçılıqlara kömək edə bilər. Xəstəliyi olan kəslər üçün bu daha vacibdir.
Bu mövzu ilə əlaqədar lazimi proseduralardan əlavə qida qəbul edərkən tələsməyərək Ardı »

Qidalanma və DietaSüddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

Məsələn, süd sümük toxumasının formalaşmasına kömək edir, bədəni vitamin və zülallarla təmin edir. İndi isə mütəxəssislərə məlum olub ki, süd hafizəni saxlamağa da kömək edir. Bu barədə "The Daily Mail" xəbər verir.

ABŞ-ın Men Universitetində aparılan tədqiqatın nəticələrinə görə, süddən, eləcə də yoğurt, pendir və hətta dondurma kimi süd məhsullarından müntəzəm şəkildə istifadə edən adamlar beynin vəziyyətini qiymətləndirən testlərin öhdəsindən daha yaxşı gəlirlər.

Belə ki, süd məhsullarından ən azı həftədə 5-6 dəfə istifadə edənlər yaddaş testlərinin öhdəsindən daha yaxşı gəldikləri halda, bunu bu məhsulu az istifadə edənlər barədə demək olmaz. Belə ki, bu adamlar bəzi testlərin öhdəsindən süddən həftədə 2-4 dəfə istifadə edənlərə Ardı »

Qidalanma və DietaArtıq çəki problemləri olanların diqqətinə

Artıq çəkidən azad olmaq istəyənlər səhər yeməyində pəhriz saxlasalar daha yaxşı olar. Belə ki, bir sıra araşdırmalara görə kiçik səhər yeməyi yeyən insanların artıq çəki problemləri az müşahidə olunub.
Gün ərzində fiziki fəallığı çoxaltmaq, idmanla məşğul olmaq, evdə daha çox hərəkət etmək, lazımi işlərlə məşğul olmaq artıq çəki probleminin həllinə kömək edir.
Bundan əlavə aşağıdakı məsləhətlərə də əməl etmək olar:

1. Kola, hazır meyvə şirələri, qazlı, turşu tərkibli içkilər əvəzinə mineral sular, təzə sıxılmış meyvə şirələri, süd məhsullarından hazırlanan içkilər için.
2. Yeməyi siqnalverici qazanlarda bişirin. Bu qazanlar həm sağlamlıq üçün, həm də praktiki baxımdan yararlıdır.
4. Xörəklərə mümkün qədər az duz səpin, yağını Ardı »

Qidalanma və DietaKofe sağlamlığın rəhnidir

ABŞ-ın Beynəlxalq Xərçəng Tədqiqatları İnstitutunun əməkdaşlarının apardığı araşdırmalara görə gündə 2 və ya 3 fincan kofe içmək insanı bəzi xəstəliklərdən qoruyur.
766 qaraciyər xəstəsi üzərində 4 il aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, gün ərzində 2-3 fincan kofe içənlərin Hepatit C və digər bir sıra qaraciyər xəstəliklərinə tutulma risqi içməyənlərə nisbətən 53% azdır.
Dünya Sağlıq Təşkilatının verdiyi statistikaya görə dünyada hər il 3-4 milyon insan Hepatit C xəstəliyinə yoluxur və bu yoluxmaların 70% qaraciyər serrozu və ya xərcəngi ilə nəticələnir.
Tədqiqatçılar bu statistikanın olduqca ciddi bir rəqəm olduğunu və kofedən istifadə etməyin faydalı olacağını vurğulayırlar. Ardı »