Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaBirdən-birə çox arıqlamaq düzgündürmü?!

Bildiyiniz kimi sağlam bir həyat yaşamaq üçün hər şeydən öncə çəkimizə diqqət edərək onu normada saxlamağımız önəmlidir. Lakin təəssüf ki, bəzən ehtiyac olandan daha çox arıqlama halları baş verir ki, bu da sağlamlığımıza ciddi təsir edir.
Həddindən artıq arıqlama halları aşağıdakı sağlıq problemlərinə səbəb ola bilər.

• Karbonhidrat adlandırılan pəhriz növü beynimizdə yaddaş gücünü artıran serotonin maddələrinə ziyan verir.
• Tez bir zamanda çox arıqlamaq istəyənlərdə təyziqin düşməsi ilə əlaqədar olaraq ürək xəstəlikləri başlaya bilər.
• Həddən çox arıqlamalar protein çatışmamazlığına və əzələ problemlərinə gətirib çıxarır.
• Zəifləmə vücudda vitamin və mineralların azalmasına həmçinin dəri xəstəliklərinə səbəb ola bilər.
• Eyni zamanda dəmir azlığından qanda da problemlər Ardı »

Qidalanma və DietaSümükləri gücləndirən qidalar

Sümük narahatlığı günümüzdə yaşlı insan qrupları üçün aktual mövu olaraq qalmaqdadır. Sümüyün güclü olması, bədənin gənc yaşlardan etibarən möhkəm və güclü qalmasını, eyni zamanda orqanizmə dəstək verməsini təmin edir.
Sümük əriməsinin qarşısını lazimi proseduralar və tədbirlərlə almaq olar. Ev şəraitində isə istək əsnasında lazımi qidalar, möhkəmləndiricilər qəbul etməklə və düzgün idman etməklə sümük əriməsini önləməyin mümkün olduğu bildirilir. Məlumata görə edilən araşdırmalar sayəsində insan bədəninin 19-50 yaş aralığında 1000 mg, 50 yaş və daha çox yaş aralığında isə 1200 mg kalsiuma ehtiyacı olduğu üzə çıxıb.
Kalsium və digər əlavələr ilə sümükləri gücləndirməyə südün, sardinanın və somon balığının, tərəvəzlərin, soyalı qidaların, qoz-fındığın Ardı »

Qidalanma və Dieta: Çox ət yeyənlərə tövsiyə

Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər.
Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər.
Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Mərcimək, noxud, quru lobya kimi paxlalı bitkilər əslində həm orqanizmin protein ehtiyacını ödəyir, həm liflə zəngin olduğu üçün xolesterolu aşağı salır, həm də qəbizlik problemini aradan qaldırır. Buna görə də ətdən çox, belə məhsullardan istifadə etmək daha məqsədəuyğundur. Ardı »

Qidalanma və DietaDepressiyaya qarşı fındıq

Məlumata görə fındıq depressiya və stressə qarşı faydalıdır. İnsan üçün enerji mənbələrindən biridir. Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəlikərinin yaranmasının qarşısını da alır. Həmçinin inkişaf edən orqanizm üçün çox lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir neçə xeyirli məhsulun əlavə edilməsi çox gözəl dadın alınmasına şərait yaradır.
Amerika və Avropada fındıq yağını böyük populyarlıqla istifadə edirlər – onu hər evdə tapmaq mümkündür.
Amerikalılar sendviçin və digər desertlərin hazırlanmasında fındıq yağından istifadə edirlər.
Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar. Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə Ardı »

Qidalanma və DietaAlimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

"The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır ki, ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.

Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər. Tədqiqatçılar istifadə olunan qoyun ətinin həcmini müxtəlif şəkildə təyin edərək xolesterinin səviyyəsinin necə dəyişdiyini müəyyən ediblər.

Nəticədə 113-153 qram ətdən istifadə zamanı "ziyanlı xolesterin"in miqdarı 10 faiz aşağı düşüb. Buna görə də ekspertlər ətin ürəyə və damarlara ziyan vurması barədə Ardı »

Qidalanma və DietaYumurta ən yaxşı zülal qaynağıdır

Hüceyrənin quru çəkisinin böyük bir hissəsini təşkil edən zülallar və ya proteinlər canlı orqanizmdə rast gəlinən çox sayda üzvi birləşmələrin, hüceyrələrin tərkibində olduğundan mühüm əhəmiyyətə malikdirlər. Bu səbəbdən onlar mühüm funksional elementlər olaraq, maddələr mübadiləsini idarə edən fermentlər hesab olunur.
Eləcə də onların köməyi ilə genetik məlumatları da realizə etmək olur. Zülalların əsas quruluş vahidi amin turşulardır. Orqanizmdə zülal çatmasa iş qabiliyyəti zəifləyər, uşaqlarda fiziki və əqli inkişaf pozulmaları və xəstəliklər əmələ gələr. Ona görə də zülal insan və heyvanlar ücün ən vacib qida maddəsi hesab olunur. Bioloji funksiyalarına görə isə zülallar fermentlərə, nəqledici zülallara, ərzaq zülallarına, hərəkətverici zülallara, qoruyucu (mühafizə) Ardı »

Qidalanma və DietaSağlam qidalanma genetik quruluşa təsir edir

Sağlam qidalanma insanın həyat müddətinə və genetik quruluşuna təsir edir. İmmunitet, bədənin təbii müdafiə sistemi olduğu üçün qidalanma tərzi həyat formasına, yaşanılan ətraf mühitə, sağlamlıq proseduralarına və həyat müddətinə bağlı olmalıdır. Bunu Marmara Universitetində pəhriz sahəsində fəaliyyət göstərən Prof. Dr. Funda Elmacıoğlu bildirib. Onun sözlərinə görə "immunitet sistemi", bədənin quruluşuna yad olan maddələri tanımaq və onları zərərsizləşdirmək gücünə malikdir.
Belə olduqda sağlamlıq problemləri önlənir, həyat insanlar üçün sağlam, mənalı və zövqlü olur.
Lakin, ekoloji cəhətdən təmiz olmayan mühitdə yaşamaq, pis qidalanmaq, hərəkətsiz həyat, keyfiyyətsiz yuxu, xroniki stress və s. faktorlar immuniteti zəiflədir və sağlamlıq problemləri yaradır. Bunun üçün lazımi prosedurlardan əlavə qida Ardı »

Qidalanma və DietaÇox yemək yaddaşı zəiflədir?

Amerikalı alimlər hesab edirlər ki, həddən ziyadə çox yemək insanın hafizə və yaddaşına pis təsir edir.
"Scientist" bildirir ki, ABŞ-ın Arizona ştatındakı Mayo Klinikasının alimləri yaşlı və qarınqulu insanlarda hafizə itkisi ilə huşsuzluq riskinin 2 dəfə artdığını vurğulayıblar.

Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, hər gün 2100 kaloridən artıq yemək yemək beynin koqnitiv funksiyalarını normal qidalanan insanlarla müqayisədə pisləşdirir.

Belədə az kalorili qidalanma yaşlı insanlara hafizə və yaddaşlarını qorumağa imkan verir.
Normal qidalanma hətta Alsheymer xəstəliyinin qarşısını da alır. Ardı »