Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaŞokolad yemək üçün 9 səbəb

Şokolad - ən vazkeçilməz şirniyyat növlərindən biridir. Bu şirin möcüzənin tarixi bizim eradan əvvəllə dayanır.
Qədim zamanlarda insanlar kakao toxumlarını üyüdüb enerji içkisi hazırlayardılar.
Bəs bu dadlı şirniyyatın faydalarını bilirsinizmi?

Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dəri və sümükləri qidalandırır.

Kakaoda qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə 3 dəfə çox antioksidant var.

Şokolad eyni zamanda kalsium mənbəyidir. Bu isə güclü sümüklər deməkdir.

Şokoladda insanın özünü yaxşı hiss etməsinə səbəb olan endorfin hormonu boldur.

Güclü dişlər üçün flüor, stresslə mübarizə üçün isə potaş əhəmiyyətlidir. Bunlar isə şokoladda boldur.

Tərkibindəki mis damarlar, hüceyrələrin sağlamlığı üçün vacibdir.

Gündəlik az miqdarda şokolad yemək qanın laxtalanmasının qarşısını alır.

Şokolad başqa şirniyyatlardan fərqli olaraq qan Ardı »

Qidalanma və Dietaİştahanı azaltmağın yolları

. Müxtəlif ətirlər - yerkökü, nanə və yaşıl almanın ətrini gündə 20-30 dəfə iyləmək.
2. Cökə dadı verən çayları qəndsiz içmək.
3. Vəzəri, cəfəri, ispanaq kimi yaşıl lifli tərəvəzlər və heyva yemək mədənin həcmini genişləndirərək toxluq hissi yaradır.
4. Kifayət qədər protein qəbul etmək. İnsanı kökəltməyən azyağlı, protein tərkibli qidalardan (yumurta ağı, dərisiz toyuq əti, süd və balıq) faydalanmaq.
5. Sarı ləbləbi, buğdalı çörək, vələmir əzməsi, yaşıl və sarı mərcimək, qırmızı lobya kimi şəkəri olmayan taxıl və paxlalı bitkilərdən istifadə etmək. Ardı »

Qidalanma və DietaArıqlaya bilməmənin əsl səbəbi

Əgər arıqlamağa qərar vermisinizsə əvvəlcə sağlamlığınıza diqqət etməlisiniz. Bunun nəticəsində çəkiniz öz-özünə normallaşacaq.

Əslində yedikləriniz və içdiklərinizin sizin üçün faydalı olmadığını bilirsiz. Bu qidalar şəkər tərkibli qidalardır. Şəkərlə dolu qidalar yeyirsiz və nəticədə orqanizminiz bunu həzm etməkdə çətinlik çəkir və yağ kimi depolayır. Bununla yanaşı orqanizminiz toksinlərlə nə edəcəyini bilmədiyi üçün bunu yağ kimi depolayır və bu yağlar selülitə çevrilir.

Belə qidalar orqanizmdə turşuların əmələ gəlməsinə səbəb olur. Həmçinin stres də turşuların miqdarını artırır. Nəticədə orqanizm turşu təbəqəsindən qorunmaq üçün onun üzərini yağla örtür.

Turşulardan qorunmaq üçün orqanizminiz depoladığı yağların əridilməsinə icazə vermir. Mütəmadi olaraq idman etsək belə, turşuların orqanlarımıza zərər verməməsi üçün orqanizm Ardı »

Qidalanma və DietaYayda insanı kökəldən 9 qida hansıdır?

Hansı qidalar insanlarda yay fəslində daha çox artıq çəki yaradır?

Yay mövsümü insanların ən çox əyləndiyi, tətilə getdiyi vaxtdır. İnsanlar gəzintiyə çıxır, təbiətdə manqal qalayır, dondurma yeyir, sərin su içirlər.
Amma yayda üstünlük verdiyimiz bu cür qidalar artıq çəki olaraq bədənimizdə yığılır.

Mütəxəssislər yayda ən çox çəki artıran 10 qidanı müəyyən ediblər.

1. Manqalda ət - manqalda qızardılan sosis ən çox çəki artıran bir nömrəli qidadır.
2. Sosisli sendviç - bir sendviçdə 320 kalori var. Amma bir sendviçlə doymaq çətindir.
3. Kartof salatı - sadə kartof salatında 436 kalori var. Ancaq eyni miqdarda kələm salatı sadəcə 150 kalori təşkil edir.
4. Buzlu içkilər - meyvəlilərin kaloriləri 245-490, Ardı »

Qidalanma və DietaQidaların həzm müddəti

Sağlam bir həyat üçün yediklərimizin həzm müddətini bilmək əsasdır. Əgər yediyimiz hər hansı bir qidanın həzm müddətini bilsək o zaman yeməkdən sonra planlaşdırdığımız idman hərəkətlərini və ya yatmağı bu müddətə uyğun şəkildə planlaşdırarıq. Beləliklə də həzm və ya digər hər hansı bir sağlamlıq problemi ilə rastlaşma ehtimalımız olmaz.

Bəzi gündəlik istifadə etdiyimiz qidaların həzm müddəti tədqiqatlar nəticəsində aşağıdakı kimi göstərilmişdir.

• Çay, kofe, enerji içkiləri və idmançılar üçün hazırlanmış xüsusi içkilərin həzm müddəti bir saatdır.
• Proteinlə zəngin olan süd, qatıq, ağ çörək, banan, taxıl məhsulları, balıq və düyü kimi qida məhsullarının həzm müddəti iki saatdır.
• Qara çörək, tort, piroq kimi şirniyyat məhsulları, yumurta, Ardı »

Qidalanma və DietaBu qidalar qan təzyiqini nizamlayır

Vitamin və minerallar baxımından yüksək olan qidalar, hər dərdə dərman olan ən təbii dərmanlar hesab olunur.
Bu qidalar saçımızı, dərimizi, bədənimizi hətta qanımızı belə nizama salır.
Qan şəkərinizi təşkil edən, laxtalanaraq şişmiş damarların enməsini təmin edən və yüksək qan təzyiqinizi aşağı salan qidalara darçın, mala soğanı, göyəm daxildir.

Darçın: Gözəl qoxulu ədviyyat olmaqla qan şəkərinizin səviyyəsini nizamlayır.

Mala soğanı: Qan təzyiqinizi aşağı salmaq üçün bu soğanı yemək kifayətdir.

Gavalı: Laxtalanaraq şişmiş damarların görünüşünü azaldır. Qan laxtalanmasına kömək edən trombin ehtiva edir. Ardı »

Qidalanma və DietaÇərəzin möcüzəvi təsirləri

Günümüzdə insan sağlamlığı üçün vacib sayılan qidalarla yanaşı əyləncə zamanı istifadə etdiyimiz cipsilər, müxtəlif çərəzlər istirahətimizə yeni rənglər əlavə edir.
Hansı çərəzlərin hansı xəstəliyə xeyirli olduğunu bilmək, sağlamlıq üçün möcüzəvi təsirlərini öyrənmək hər kəs üçün maraqlıdır. Bu baxımdan ilk öncə həmin qidalardan uyğun bir şəkildə istifadə önəmlidir. İnsan sağlamlığı üçün faydalı olan çərəzlərə fındığı, fıstığı (Antep), yer fındığını, günəbaxan tumunu, ağ və sarı ləbləbini, qozu, balqabaq tumunu və s. misal göstərmək olar.
Fındıq. Bu çərəzin bədəni qüvvətləndirdiyi bildirilir. Ürək narahatlıqlarının səbəbi kimi tanınan yüksək xolestrolun salınmasında ən əhəmiyyətli köməkçi hesab olunur. Fındıqda insan bədəninə faydalı kalsium, dəmir, karbohidrat, yağ və sink olduğu Ardı »

Qidalanma və DietaƏn xeyirli tərəvəzlər hansıdır?

Britaniyalı mütəxəssislər insan orqanizminə xeyirli qidaların siyahısını müəyyənləşdirib.
İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda ilk yeri pomidor tutub.
Araşdırma göstərib ki, pomidorun tərkbinidəki maddələr, C vitamini və sair ürək-damar sisteminin fəaliyyətinə son dərəcə müsbət təsir göstərir.
O, xərçəng xəstəliyinin müxtəlif növlərinin qarşısını da alır.
İkinci pillədə yulaf sıyığı gəlir. Onun tərkibində xüsusilə E vitamininin miqdarı çoxdur.
İlk üçlüyü kivi qapayır. Nar, portağal, sarımsaq da ən xeyirli tərəvəzlər sırasındadır. Ardı »