Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaGecə vaxtı qidalanmaq zərərlidir

İş saatlarının gec bitməsi, evə gec dönmə halları düzgün qidalanmamağa səbəb olur. Kompüter və ya televiziya başında vaxt keçirənlər də gec saatlarda qidalanırlar. Bu cür hallar insan orqanizminə mənfi təsir göstərərir, bədəni həmin vaxtlarda qida qəbuluna öyrəşdirir. Ona görə də belə insanlar həzm sistemi xəstəliklərindən, reflüks, artıq çəki problemlərindən əziyyət çəkir. Bunun üçün düzgün və vaxtında qidalanmaq şərtdir. Nizamlı yuxu da vacibdir.
Hərdən gec saatlarında yuxudan durub qida qəbul edənlər də olur. Bunun fərqli səbəbləri ola bilər. Həmin səbəblərə qan şəkəri tarazlığında problemin olması və ya insanın gecələri eyni saatda qalxıb qida qəbul etməsini aid etmək olar. İkinci vəziyyət psixologiyanın qaydasında Ardı »

Qidalanma və DietaSəhər yeməyinin insana faydası

Adına müasirlik dediyimiz həyat tərzində səhər yeməyi də unudulmağa başlandı ya da ayaq üstü yeyilən bir sendviç də “səhər yeməyi” adlandırıldı. Hətta alimlər: ”kral kimi səhər yeməyi, şahzadə kimi günorta yeməyi, yoxsul kimi axşam yeməyi yeyin” deyiblər.

Səhər yeməyi niyə bu qədər əhəmiyyətlidir?
Həzm sistemimiz elə səliqəli işləmə tempinə malikdir ki, qidalarımızı xüsüsiyyətinə görə müəyyən müddətdə mənimsəyə bilir. Məsələn: 100 qr. meyvə, 1 stəkan süd və yaxşı çeynənmiş bir dilim həzm olunub mədədən bağırsağa keçməsi 3 saata başa gəlir. Gündəlik səhər yeməyinin təxminən yarısı yaxşı bir səhər yeməyindən təmin olunur. Beləliklə səhər yeməyi günün ən vacib öyünüdür. Bu qida gün boyunca fiziki və Ardı »

Qidalanma və DietaGündəlik nə qədər kalori alınmalıdır?

Maddələr mübadiləsi, bədənin təməl funksiyalarını davam etdirə bilmək üçün bir gündə ehtiyac duyulan minimum enerji miqdarıdır.
İstirahət anında bədənin kalori xərcləmə sürətinə baxılaraq qiymətləndirilir və adama görə müxtəlif olur.
Yemək yemək, yatmaq, təmizlik işləri görmək və s. bu kimi bənzəri fəaliyyətlər əsnasında bədənimiz davamlı olaraq kalori yandırır.

Maddələr mübadiləsinin sürətli olmasının kilo alıb vermədə əhəmiyyətli təsiri var. Bazal maddələr mübadiləsi sürətiniz nə qədər aşağıdırsa kilolu olma ehtimalınız o qədər yüksəkdir. Çox çəkiniz varsa ilk işiniz maddələr mübadiləsini sürətləndirmək olmalıdır. Bunu etmək üçün də əzələ toxumasını artırmaq lazımdır. Əzələ toxumanız nə qədər çoxdursa maddələr mübadiləsi də bir o qədər sürətlidir.
Bu səbəbdəndə nizamlı məşqlər Ardı »

Qidalanma və DietaBu məhsullar çəki azaltmağa kömək edir

Bəzi qidaların özəlliyi onların çəki azalmasına kömək etməsidir. Arıqlamağa kömək edən 7 məhsulun adını təqdim edirik.

Qara lobya
Bu məhsul lif və proteinlə zəngindir. Lakin buna baxmayaraq tərkibində yağ yoxdur. Onun tərkibində flavonoid var. Bu maddənin qarın bölgəsindəki yağ yandırılmasını sürətləndirir.

Partlayan qarğıdalı
Nə qədər yağlı və duzlu olsa da partlamış qarğıdalı arıqlamağa kömək edir. Taxıllar tərkibindəki zəngin minerallar və faydalı maddələrə görə, sağlamlıq üçün vacibdir.

Alma sirkəsi
Alma sirkəsi yağ yandırmaqda populyardır. Amma həddindən artıq istifadəsi məd də problem yarada bilər. Salat souslarında istifadəsi məsləhətdir.

Çərəzlər
Çərəzlərin tərkibindəki yağlar doymamış yağlardır. Bunun üçün də çəki artımına yol açmırlar. Əksinə piylənmənin qarşısını alır və yağ toplanmasına mane olur.

Soyuq kartof
Soyuq Ardı »

Qidalanma və DietaDilimlənmiş ya da kəsilmiş qidalar uşaqları rahatlaşdırır

Məlumata görə ABŞ-ın Cornell Üniversitetinin elm adamları 6-10 yaşlarında olan uşaqlar arasında tədqiqat aparıblar.
İştirakçılara dilimlənmiş qidalar (meyvələr, toyuq və s.) verilib. Araşdırma nəticələri müəyyən edib ki, bu cür qidalanma bəzi uşaqlarda yaranan aqressiya hallarını azaldır. Tədqiqatçılardan Brian Wansik bu münasibətlə iştirakçı olan uşaqların valideyinləri ilə görüşüb və onlara öz məsləhətərini verib.
Araşdırmaya imza atanlardan biri hesab olunan bu tədqiqatçı, diqqəti daha çox yemək vaxtı edilən xidmət işlərinə yönəldib.
Onun fikrincə xüsusi ilə yemək masasında uşaqların xoş vaxt keçirməsi üçün qidalar dilimlənmiş olmalıdır. Bu iştahı olmayan uşaqlara da yaxşı təsir göstərir.
Xüsusi ilə meyvələrdən dilimlənmiş kivi iştahı açmağa və görmə qabiliyyətini inkişaf etdirməyə təsirlidir.
Tərkibində Ardı »

Qidalanma və DietaÇips yedikdə biraz fikirləşin

Çipsi dünyanın fast food yeməkləri arasında ən ləzzətli yeməklərindən biri kimi tanınır. Məlumata görə bəzi insan qrupları var ki, çipsilərdən yemək onların sağlamlığına təsir baxımından zərərli hesab olunur. Həmin insanlarda çipsilərin artıq çəki, ürək xəstəliyi və s. xəstəliklərə yol açdığı da bildirilir.
Çipsinin eyni zamanda ana bətnindəki körpələrdə sağlamlıq probleminə səbəb olduğu deyilir. Məlumatda həmçinin uşaqlarda hiperaktivliyə, yetkinlərdə isə xərçəng kimi nəticələrə yol verdiyi bildirilir.
Türkiyə mətbuatında dərc olunan məqalədə avropada bu istiqamətdə araşdırıma aparıldığı, gənclərin həftədə ən az 2-3 dəfə çipsi yediyi, ingilislərin isə bir ildə 6 milyard paket çips istifadə etdiyi bildirilir. Bir sıra mütəxəssislərin fikrincə bu nəticələr fast-food sektorunun Ardı »

Qidalanma və DietaYeməkdən sonra çay içməyin!

Məlumata görə yeməkdən sonra çay və kofe içmək düzgün seçim deyil.
Bu insan səhhətində müxtəlif narahatlıqlara və problemlərə səbəb olur.
Giresun Universitetində fəaliyyət göstərən Dr. Nezih Küçükarslan, bir çoxlarının yeməkdən sonra çay içmə vərdişini az qala ənənə halına gətirdiklərini misal gətirib və bunun insan sağlamlığına olan mənfi tərəflərindən danışıb. Onun sözlərinə görə bu cür adətlər həzm sisteminə təsir göstərir, qan dövranının istənilən səviyyədə işləməsinə maneə törədir. Bu zaman həzm prosesində müxtəlif narahatlıqlar yaranır. Qəbizlik halları olmasa da yaranan qaz səbəbindən həzmdə çətinləşmələr olur. Bu cür insanlarda yuxuya meyillilik digər insanlara nisbətən yüksəkdir. Həmçinin onlarda iflicə tutulma riski çox olur. Məhz, buna görə Ardı »

Qidalanma və DietaBunlar baş ağrısına qarşı təsirlidir

Baş ağrısı stressli gün keçirənlərdə, yuxusuz olanlarda, zərərli vərdişləri tərgitməyənlərdə, səs-küy və izdihamlı mühitlərdə yaşayanlarda daha çox olur,
Boyundan və ya alın bölgəsindən başlayan baş ağrıları yuxarı ətraflara yayılaraq xronikiləşir. Günümüzdə bu ağrıları azaltmağın asan üsulları çoxdur.
Həmin üsullardan biri düzgün qidalanmadır. Banan, portağal, quşqonmaz bitkisi, qaynadılmış kartof, qatıq kimi qidalar da təsirlidir.
Banan
Maqnezium və CoQ10 sinir sistemi üzərində müsbət təsir göstərir. Eyni zamanda əzələ boşaldıcı və ağrı yüngülləşdirici xüsusiyyəti var. Bu maddələrin spanaqda, badamda, yumurtada, gül kələmində və brokolidə olduğu bildirilir.
Portağal
Tərkibində C vitami olan bu meyvə baş ağrılarını yüngülləşdirməyə kömək edir. Bununla bərabər meyvələrdən kivi, çiyələk və bir çox sitrus bitkiləri istifadə Ardı »