Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaQoz yeyin hər şey qoz kimi olacaq

ABŞ-ın Qərbi Vircina ştatında yerləşən Marshall Universiteti əməkdaşlarının araşdırmaları nəticəsində məlum olmuşdur ki,qoz süd vəzi xərçənginin qarşısını alır.Təcrübələrində süd vəzi xərçənginə tutula bilən siçan növlərindən istifadə eden elm adamları laboratoriya şəraitində bir qrup siçani normal qida ilə bəslədikləri halda digər bir qrupa isə hər gün bir ovuc qoz yedirmişlər.Nəticədə qoz yeyen siçanlarda süd vəzi xərçəngi əlamətlərinin digərlərinə nisbətən yox dərəcəsində olduğu qeydə alınmışdır.

Araşdırmanın rəhbəri Elaine Hardman qoz və bu kimi qida məhsulları ilə qidalanmaqla bir çox xroniki xəstəliklərin qarşısını almağın mümkün olduğunu vurğulamışdır.

Amerika Xərçəng Tədqiqatı Birliyinə təqdim olunan təcrübədə qozun tərkibində xərçəngin inkişafina mane olan omeqa 3 turşusu,antioksidan və bitki mənşəli Ardı »

Qidalanma və DietaGöbələk insan orqanizmi üçün çox faydalıdır

Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.
Bədəninizin müqavimətini artıran göbələk, bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür.
İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk, diabetli xəstələr üçün ideal bir qidadır.
Təbii insulin və ferment saxlaması baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməkləri əvəzinə seçim olunacaq ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı saxladığı liflər və fermentlər sayəsində zərərli xolesterin Ardı »

Qidalanma və DietaBalıq beyinin inkişafını gücləndirir

“Archives of Neurology” tibb jurnalının may ayındakı nömrəsində dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.

Son tədqiqatı aparan Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris “3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etdik” demişdir. Ardı »

Qidalanma və DietaSoğan yaşlanmanın qarşısını alır

Soğanın insan orqanizminə təsirini öyrənən Amerika və Yaponiya alimləri nəticədən xeyli təəcübləniblər.

«Arqumentı i faktı» qəzetində yer alan məlumata görə, indiyədək bu tərəvəzin insan orqanizminə bir çox xeyiri məlum olsa da, onun qocalma prosesini ləngitdiyini heç kim bilmirdi. Son araşdırma məhz bu nəticəni üzə çıxarıb. Məlum olub ki, soğan beyin hüceyrələrinin «mühafizə»sini gücləndirir, qocalmanı ləngidir.

Bu tərəvəzin daha bir xeyiri qadınlarda süd vəzi xərçəngi riskini azaltmasıdır. Ardı »

Qidalanma və DietaBöyrəkləri təmizləyən qidalar

Böyrəklərin yaxşı fəaliyyəti üçün bu yeməklərdən istifadə etmək uyğun görülür. Sağlam bir həyat üçün böyrək funksiyalarının düzgün bir şəkildə fəaliyyət göstərməsi son dərəcə əhəmiyyətlidir. Böyrək daşının meydana gəlməsinə maneə törətmək və gələcəkdə daha ciddi böyrək xəstəlikləriylə qarşı-qarşıya qalmamaq üçün böyrəklərin lazımsız və zərərli ünsürlərdən nizamlı olaraq təmizlənməsi vacibdir.
Böyrəkləri təmizləyən faydalı və lazımlı məhsullara bərabər, giləmeyvələrin, zəncəfilin, qatığın, cəfərinin, balqabaq tumunun, kurkumanın da faydalı olduğu bildirilir.
Böyrəkdən lazımsız ünsürləri təmizləməyə kömək edən çiyələk, böyürtkən, qarağat, üzüm və s. giləmeyvələrin təbiət tərəfindən bir çox xəstəliklərlə mübarizə aparmaq üçün antioksidant baxımından olduqca zəngin olduğu bildirilir. O, həmdə böyrək sağlamlığını gücləndirir.
Zəncəfilin qanı və böyrəyi Ardı »

Qidalanma və DietaBeyinə zərər verən qidalar

Məlumata görə beyin funksiyalarına şəkər, doymuş yağ, çipsi, pizza və digər xəmirli qidalar, aşağı karbohidratlı pəhrizlər, duzlu və qızardılmış yeməklər zərər vurur.
Şəkərdən çoxlu istifadə sağlamlıq üçün xeyirli hesab olunmur. Bu cür istifadənin insanın ağırlaşmasına, beyin funksiyalarının isə bağlanmasına səbəb olduğu bildirilir.
Harvardda aparılan araşdırmalar haqqında məlumatda doymuş yağ nisbətinin qidalanmada beyin funksiyalarına zərər verdiyi göstərilir. Zeytun yağı, avokado kimi sağlam yağlarla qidalananların yaddaşında isə güclənmə olduğu bildirilir.
Beynin inkişafını doğru təmin etməsi üçün uşaqların inkişaf dövrlərində onların qidalanmalarına xüsusi diqqət verilməli, çipsi, pizza və digər xəmirdən hazırlanan və artıq çəkiyə səbəb olan fast food yeməklərindən uzaq durulmalıdır.
Bədənin karbohidrata ehtiyacı Ardı »

Qidalanma və DietaDietanı pozan 10 səhv addım

Pəhriz saxlamağınıza baxmayaraq çəkiniz azalmırsa demək hardasa nə isə səhv edirsiniz. Sizlərə pəhrizi pozan 10 xətanı təqdim edirik:

1. Yemək yeməmək
Yeməyi ötürməyi vərdiş halına salmayın. Çünki ötürülən hər yeməkdən sonrakı yeməkdən daha çox qida qəbul edilir. Az və tez-tez qidalanmağa çalışın.
Üç saatdan çox ac qalmayın. Bu yolla həzm sistemi, qan şəkəri tənzimlənir və aclıq hiss etmirsiniz.

2.Pəhriz məhsullarına aldanmaq
Bəzi məhsulların üzərinə yazılan "light" onun istənilən qədər qəbul edilə biləcəyinə icazə olduğu mənasına gəlmir. Çünki onların tərkibində şəkər olmasa belə, yağ, un,duz kimi dadlandırıcılar var. Buna görə də onlar enerji dəyəri yüksəkdir. Nə isə almamışdan qabaq üzərindəki yarlıqlar yaxşı və Ardı »

Qidalanma və DietaFastFood yeməklər narkotiklərdən fərqlənmir

Florida ştatının Scripps Araşdırma İnstitutunun alimləri, siçanlar üzərində apardıqları testlərdə, hamburger, qızarmış kartof və keks kimi çox kalorili qidaların da narkotik kimi alüdəçilik yaratdığını müəyyən edib.
Siçanları 3 qrupa ayıran alimlər, ilk qrupdakı heyvanları sağlam qidalarla, ikinci qrupdakıları müəyyən miqdarda qarışıq yeməklərlə, son qrupdakıları isə sərhədsiz miqdarda pendirli keks ilə jambon kimi ət məhsulları və şokoladlı qidalarla bəsləyib.
İki qrupda heç bir problem hiss etməyən alimlər, istədikləri qədər qarışıq yeməklər yeyən siçanların sürətlə kökəldiklərini qeydə alıb. Son qrupdakı siçanların beyinlərinin də siqaret və narkotik alüdəçilərininki kimi zəiflədiyi müşahidə edilib. Bu qidalar kəsildikdə isə, siçanlar iki həftə normal qidalanmanı rədd edib.
Araşdırmanın nəticələrinə görə, Ardı »