Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qidalanma və DietaHər gün qoz yemək insanı cavanlaşdırar

Tərkibində zülal, minerallar, sink, kalsiyum, vitamin, antioksidant və maqnezium olan qoz, fındıq və badam insan sağlamlığı üçün çox faydalıdır. Bu quru meyvələrin orqanizmdə yağın miqdarını artırdığı, amma bu yağların tərkibində digər yağlardan fərli olaraq xolestrol olmadığı üçün orqanizmdəki xolestrenin aşağı düşməsinə də kömək etdiyi bildirilib. Hər gün 25-30 qram fındıq yemək gündəlik e vitamini ethiyacını 100 faiz ödəyir.

Fındıq bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Bundan başqa bu dadlı meyvə xolestroleni salır, ürəyin ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir. Fındığı heç də Ardı »

Qidalanma və DietaBritaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

Britaniyalı tədqiqatçılar kartofun ən vitaminli tərəvəz olduğunu müəyyənləşdiriblər.
Top News saytının verdiyi məlumata görə, britaniyalı tədqiqatçılar kartofun insanın bədən quruluşunu korlaması haqqındakı fikirlərini alt-üst ediblər.
Genişmiqyaslı tədqiqatlar dietoloqlara kartofun kələm, banan, qoz-fındıq kimi bitkilərdən daha əhəmiyyətli olduğunu söyləməyə imkan verir.
Bu tərəvəz bitkisi orqanizmin qan təzyiqini normallaşdırır.

Dietoloqlar Sian Porter və Siqrid Gibson 1000-ə qədər yaşlı və 900-ə qədər uşaq arasında tədqiqat aparıblar. Könüllülər kartof məhsulundan hazırlanan yeməkləri yedikdən sonra tədqiqatçlıar orqanizmin işində olan kiçik dəyişiklikləri qeydə alıblar. Müəyyən olunub ki, qabıqla bişirilmiş kartof banandan 5 dəfə artıq vitaminlidir və C vitanini onda 3 dəfə artıqdır.

Tədqiqatçılar həmçinin onu da qeyd edirlər ki, kartof onkoloji Ardı »

Qidalanma və DietaYeməkdən sonra əsla bu hərəkətləri etməyin!

Yeməkdən sonra əsla bu hərəkətləri etməyin !
Yemək yedikdən sonra edilməsi adət halını almış bəzi hərəkətlər var ki, o hərəkətlər sağlamlığımıza olduqca ziyandır. Bu sahədə aparılan tədqiqatlar zamanı yeməkdən sonra insan sağlamlığına ziyanlı olan bəzi ən təhlükəli hərəkətlər göstərilmişdir.
1) Tədqiqatlar göstərir ki, yemək yedikdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabərdir və bu da xərçəng risqini daha da artırır.
2) Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur, odur ki meyvəni yeməkdən 1 saat əvvəl və ya sonra yemək məsləhətdir.
3) Yeməkdən sonra dərhal çay içərkən çay yarpaqlarının tərkibində mövcud olan yüksək miqdardakı turşu yeməkdəki zülalın həzmini çətinləşdirir.
4) Yeməkdən sonra kəməri Ardı »

Qidalanma və DietaToyuqun dərisini bişirmədən öncə ayırın

"Science" verdiyi məlumata görə, alimlər toyuqu bişirərkən dərisini soymağı məsləhət görür.
Buna səbəb isə toyuq dərisində olan çoxlu miqdarda xolestrolun mövcud olmasıdır.

Bundan əlavə alimlər qırmızı ətin üzərində olan piylərdən də istifadə edilməsini uyğun saymır.
Onlar qırmızı əti bişirərkən onun kabab və ya buxarda bişməsini münasib olduğunu bildirib.

Qeyd edək ki, yağla bişirənlərə məsləhət görülür ki, çox az maye yağdan istifadə edərək əti qızarmamışdan öncə ocağın üzərindən götürsünlər.
Həkimlər yumurtadan da çox az istifadə etməyi məsləhət görürlər.
Həftə ərzində yalnız 4 ədəd yumurta yeməyi məqsədəuyğun sayılır. Ardı »

Qidalanma və DietaKiflənmiş qida öldürücü təsirə malikdir

Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.

Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet Ardı »

Qidalanma və Dietaİsti havalarda qidalanmanıza diqqət edin

Qızmar və isti havalar bir çox insanın qida rasionuna təsirsiz ötüşmür. Belə ki, istilik və rütubət artımı səbəbindən yaranan bədən istiliyi maddələr mübadiləsinin yavaşlamasına, maye itkisinə və bəzi sağlamlıq problemlərinə yol açır. Bir çoxlarında tərləmə ilə birlikdə mineral itkisi ilə nəticələnən huşunu itirmə, ürək bulanması, baş gicəllənməsi kimi hallar ola bilər.
Məlumata görə daha çox bu dövrdə qidaların pozulma riski çoxalır və qida qaynaqlı zəhərlənmələr yaşanır. Belə vəziyyətlərdən isə yaşlılar, hamilələr, uşaqlar, ürək və şəkər xəstəliyi olanlar daha çox təsirə məruz qalır. Bu baxımdan sağlamlığını qorumaq istəyən hər bir insandan başlıca olaraq sağlamlıq proseduralarını bilmək və ona riayət etmək tələb olunur. Ardı »

Qidalanma və DietaHansı qida məhsulları uşaqlar üçün təhlükəlidir?

Amerikanın Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Akademiya aşağıdakı qidalarla bağlı valideynlərə xəbərdarlıq edib. Beləliklə, uşaqlar üçün təhlükəli olan qida maddələri aşağıdakılardır:

1-Hamburger: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır.
2. Kartof qızartması: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.
3. Rəngli qənd: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, astma, revmatizm, xroniki yorğunluq sindromu Ardı »

Qidalanma və DietaKofeinli qəhvə görmə qabiliyyətini zəiflədir

ABŞ-ın Alabama Universitetinin Göz Elmi Mərkəzinin mütəxəssisləri kofeinli qəhvənin gözə ziyanını araşdırıblar. Elmi Mərkəzin həkimləri kofeinli qəhvənin çox istehlak olunmasının görmə qabiliyyətini zəiflətdiyini aşkar ediblər.

ABŞ-lı mütəxəssislərin araşdırmasına görə, kofeinli qəhvəni çox içənlərdə eksfoliativ qlaukoma növü göz təzyiqini artırır.

80 mini qadın olmaqla 120 min nəfər arasında aparılan araşdırmada hər hansı göz xəstəliyi olmayan və 40 yaşdan az olan insanlar iştirak ediblər.
İştirakçıların qəhvə aludəçilikləri və göz təzyiqi ilə göz təbəqələrindəki dəyişikliklər araşdırılıb.

Araşdırmada gündə 3 fincan və daha çox kofeinli qəhvə istehlak edənlərdə göz təbəqəsini mühafizə edən bağların zəifləməsi və göz təzyiqinin artması məlum olub.

Çay, isti şokolad və ya qazlı sular kimi tərkibində Ardı »